Surah əl-Adiyat - Al-‘Ādiyāt

Azəri Translation11 Aya count
This page contains the Arabic text, audio recitation, and Azəri translation of Surah əl-Adiyat - Al-‘Ādiyāt.
وَٱلۡعَـٰدِیَـٰتِ ضَبۡحࣰا ﴿١﴾
And olsun tövşüyərək qaçan atlara!(1)
Tafseer:
فَٱلۡمُورِیَـٰتِ قَدۡحࣰا ﴿٢﴾
And olsun (dırnaqları ilə) qığılcım çıxaran atlara!(2)
Tafseer:
فَٱلۡمُغِیرَ ٰ⁠تِ صُبۡحࣰا ﴿٣﴾
And olsun sübh çağı həmlə edən atlara.(3)
Tafseer:
فَأَثَرۡنَ بِهِۦ نَقۡعࣰا ﴿٤﴾
(Hücuma keçərək) tozanaq qaldıran atlara.(4)
Tafseer:
فَوَسَطۡنَ بِهِۦ جَمۡعًا ﴿٥﴾
Onunla (tozanaqla) dəstənin içərisinə soxulan atlara.(5)
Tafseer:
إِنَّ ٱلۡإِنسَـٰنَ لِرَبِّهِۦ لَكَنُودࣱ ﴿٦﴾
Həqiqətən, insan Rəbbinə qarşı çox nankordur.(6)
Tafseer:
وَإِنَّهُۥ عَلَىٰ ذَ ٰ⁠لِكَ لَشَهِیدࣱ ﴿٧﴾
O özü də buna şahiddir.(7)
Tafseer:
وَإِنَّهُۥ لِحُبِّ ٱلۡخَیۡرِ لَشَدِیدٌ ﴿٨﴾
Həqiqətən o, xeyirə (var-dövlətə) çox hərisdir.(8)
Tafseer:
۞ أَفَلَا یَعۡلَمُ إِذَا بُعۡثِرَ مَا فِی ٱلۡقُبُورِ ﴿٩﴾
Məgər o bilmir ki, qəbirlərdə olanlar (dirilib) çıxardılacağı(9)
Tafseer:
وَحُصِّلَ مَا فِی ٱلصُّدُورِ ﴿١٠﴾
və sinələrdə (qəlblərdə) olanlar aşkar ediləcəyi zaman –(10)
Tafseer:
إِنَّ رَبَّهُم بِهِمۡ یَوۡمَىِٕذࣲ لَّخَبِیرُۢ ﴿١١﴾
O gün Rəbbi onlardan xəbərdardır.(11)
Tafseer: