Azəri
Surah əl-Fil - Al-Feel - Aya count 5
أَلَمۡ تَرَ كَیۡفَ فَعَلَ رَبُّكَ بِأَصۡحَـٰبِ ٱلۡفِیلِ ﴿١﴾
(Ey Peyğəmbər!) Məgər Rəbbinin fil sahiblərinə nə etdiyini görmədinmi?
أَلَمۡ یَجۡعَلۡ كَیۡدَهُمۡ فِی تَضۡلِیلࣲ ﴿٢﴾
Məgər (Rəbbin) onların hiyləsini boşa çıxartmadımı?
وَأَرۡسَلَ عَلَیۡهِمۡ طَیۡرًا أَبَابِیلَ ﴿٣﴾
Onların üzərinə dəstə-dəstə quşlar göndərdi.
تَرۡمِیهِم بِحِجَارَةࣲ مِّن سِجِّیلࣲ ﴿٤﴾
(O quşlar) onların üstünə (odda bişmiş) gildən daşlar yağdırdı.
فَجَعَلَهُمۡ كَعَصۡفࣲ مَّأۡكُولِۭ ﴿٥﴾
(Allah) onları sanki yeyilmiş əkin yarpağına döndərdi.