Surah əş-Şuəra - Ash-Shu‘arā’

Azəri Translation227 Aya count
This page contains the Arabic text, audio recitation, and Azəri translation of Surah əş-Şuəra - Ash-Shu‘arā’.
طسۤمۤ ﴿١﴾
Ta. Sin. Mim.(1)
Tafseer:
تِلۡكَ ءَایَـٰتُ ٱلۡكِتَـٰبِ ٱلۡمُبِینِ ﴿٢﴾
Bunlar aydın Kitabın ayələridir.(2)
Tafseer:
لَعَلَّكَ بَـٰخِعࣱ نَّفۡسَكَ أَلَّا یَكُونُواْ مُؤۡمِنِینَ ﴿٣﴾
Onların iman gətirmədiyinə görə özünü həlakmı edəcəksən?(3)
Tafseer:
إِن نَّشَأۡ نُنَزِّلۡ عَلَیۡهِم مِّنَ ٱلسَّمَاۤءِ ءَایَةࣰ فَظَلَّتۡ أَعۡنَـٰقُهُمۡ لَهَا خَـٰضِعِینَ ﴿٤﴾
Biz istəsəydik, göydən onlara elə bir ayə göndərərdik ki, onlar da Ona itaətkarlıqla boyun əyərdilər.(4)
Tafseer:
وَمَا یَأۡتِیهِم مِّن ذِكۡرࣲ مِّنَ ٱلرَّحۡمَـٰنِ مُحۡدَثٍ إِلَّا كَانُواْ عَنۡهُ مُعۡرِضِینَ ﴿٥﴾
Rəhmandan onlara yeni bir ayə gəlməz ki, ondan üz çevirməsinlər.(5)
Tafseer:
فَقَدۡ كَذَّبُواْ فَسَیَأۡتِیهِمۡ أَنۢبَـٰۤؤُاْ مَا كَانُواْ بِهِۦ یَسۡتَهۡزِءُونَ ﴿٦﴾
Onlar (ayələri) təkzib etdilər. İstehza etdiklərinin xəbəri onlara yetişəcəkdir.(6)
Tafseer:
أَوَلَمۡ یَرَوۡاْ إِلَى ٱلۡأَرۡضِ كَمۡ أَنۢبَتۡنَا فِیهَا مِن كُلِّ زَوۡجࣲ كَرِیمٍ ﴿٧﴾
Yoxsa, onlar yer üzündə cürbəcür gözəl bitkilər bitirdiyimizi görmürlərmi?(7)
Tafseer:
إِنَّ فِی ذَ ٰ⁠لِكَ لَـَٔایَةࣰۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِینَ ﴿٨﴾
Həqiqətən də, bunda bir ayə vardır. Lakin onların əksəriyyəti mömin olmadı.(8)
Tafseer:
وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلۡعَزِیزُ ٱلرَّحِیمُ ﴿٩﴾
Şübhəsiz ki, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.(9)
Tafseer:
وَإِذۡ نَادَىٰ رَبُّكَ مُوسَىٰۤ أَنِ ٱئۡتِ ٱلۡقَوۡمَ ٱلظَّـٰلِمِینَ ﴿١٠﴾
Bir zaman Rəbbin Musaya demişdi: “Get o zalım qövmün –(10)
Tafseer:
قَوۡمَ فِرۡعَوۡنَۚ أَلَا یَتَّقُونَ ﴿١١﴾
Firon qövmünün yanına! Onlar qorxmurlarmı?”(11)
Tafseer:
قَالَ رَبِّ إِنِّیۤ أَخَافُ أَن یُكَذِّبُونِ ﴿١٢﴾
(Musa) dedi: “Ey Rəbbim! Qorxuram ki, onlar məni yalançı hesab edələr,(12)
Tafseer:
وَیَضِیقُ صَدۡرِی وَلَا یَنطَلِقُ لِسَانِی فَأَرۡسِلۡ إِلَىٰ هَـٰرُونَ ﴿١٣﴾
(belə olduqda) ürəyim sıxılar, dilim də söz tutmaz. Buna görə Haruna da (vəhy) göndər.(13)
Tafseer:
وَلَهُمۡ عَلَیَّ ذَنۢبࣱ فَأَخَافُ أَن یَقۡتُلُونِ ﴿١٤﴾
Onların məndən əvəzini çıxmaq istədikləri bir günahım da var. Buna görə məni öldürəcəklərindən qorxuram”.(14)
Tafseer:
قَالَ كَلَّاۖ فَٱذۡهَبَا بِـَٔایَـٰتِنَاۤۖ إِنَّا مَعَكُم مُّسۡتَمِعُونَ ﴿١٥﴾
(Allah) dedi: “Xeyr, (bu mümkün deyil!) İkiniz də ayələrimizlə (onların yanına) gedin! Şübhəsiz ki, Biz də sizinləyik, (hər şeyi) eşidirik.(15)
Tafseer:
فَأۡتِیَا فِرۡعَوۡنَ فَقُولَاۤ إِنَّا رَسُولُ رَبِّ ٱلۡعَـٰلَمِینَ ﴿١٦﴾
Fironun yanına gedib deyin: “Biz aləmlərin Rəbbinin elçiləriyik!(16)
Tafseer:
أَنۡ أَرۡسِلۡ مَعَنَا بَنِیۤ إِسۡرَ ٰ⁠ۤءِیلَ ﴿١٧﴾
İsrail oğullarını bizimlə göndər!”(17)
Tafseer:
قَالَ أَلَمۡ نُرَبِّكَ فِینَا وَلِیدࣰا وَلَبِثۡتَ فِینَا مِنۡ عُمُرِكَ سِنِینَ ﴿١٨﴾
(Firon) dedi: “Biz səni körpə ikən (himayəmizə alıb) böyütmədikmi? Sən ömrünün bəzi illərini bizimlə yaşamadınmı?(18)
Tafseer:
وَفَعَلۡتَ فَعۡلَتَكَ ٱلَّتِی فَعَلۡتَ وَأَنتَ مِنَ ٱلۡكَـٰفِرِینَ ﴿١٩﴾
Elədiyin (pis) əməli də elədin (Qibtini öldürdün). (Doğrudan da,) sən bir nankorsan!”(19)
Tafseer:
قَالَ فَعَلۡتُهَاۤ إِذࣰا وَأَنَا۠ مِنَ ٱلضَّاۤلِّینَ ﴿٢٠﴾
(Musa) dedi: “Mən onu edərkən nadanlardan olmuşam.(20)
Tafseer:
فَفَرَرۡتُ مِنكُمۡ لَمَّا خِفۡتُكُمۡ فَوَهَبَ لِی رَبِّی حُكۡمࣰا وَجَعَلَنِی مِنَ ٱلۡمُرۡسَلِینَ ﴿٢١﴾
Mən sizdən qorxduğum üçün yanınızdan qaçıb getdim. Sonra Rəbbim mənə hökmranlıq verdi və məni elçilərdən etdi.(21)
Tafseer:
وَتِلۡكَ نِعۡمَةࣱ تَمُنُّهَا عَلَیَّ أَنۡ عَبَّدتَّ بَنِیۤ إِسۡرَ ٰ⁠ۤءِیلَ ﴿٢٢﴾
Başıma qaxdığın o nemətin də İsrail oğullarını özünə kölə etdiyinə görədir”.(22)
Tafseer:
قَالَ فِرۡعَوۡنُ وَمَا رَبُّ ٱلۡعَـٰلَمِینَ ﴿٢٣﴾
Firon dedi: “Aləmlərin Rəbbi nədir?”(23)
Tafseer:
قَالَ رَبُّ ٱلسَّمَـٰوَ ٰ⁠تِ وَٱلۡأَرۡضِ وَمَا بَیۡنَهُمَاۤۖ إِن كُنتُم مُّوقِنِینَ ﴿٢٤﴾
(Musa) dedi: “Əgər yəqinliklə inanırsınızsa, (bilin ki,) O, göylərin, yerin və onların arasında olanların Rəbbidir!”(24)
Tafseer:
قَالَ لِمَنۡ حَوۡلَهُۥۤ أَلَا تَسۡتَمِعُونَ ﴿٢٥﴾
Firon ətrafındakılara dedi: “(Onun nə danışdığını) eşitmirsinizmi?”(25)
Tafseer:
قَالَ رَبُّكُمۡ وَرَبُّ ءَابَاۤىِٕكُمُ ٱلۡأَوَّلِینَ ﴿٢٦﴾
(Musa) dedi: “O sizin də, ulu babalarınızın da Rəbbidir!”(26)
Tafseer:
قَالَ إِنَّ رَسُولَكُمُ ٱلَّذِیۤ أُرۡسِلَ إِلَیۡكُمۡ لَمَجۡنُونࣱ ﴿٢٧﴾
(Firon) dedi: “Sizə göndərilmiş bu elçi, sözsüz ki, dəlidir!”(27)
Tafseer:
قَالَ رَبُّ ٱلۡمَشۡرِقِ وَٱلۡمَغۡرِبِ وَمَا بَیۡنَهُمَاۤۖ إِن كُنتُمۡ تَعۡقِلُونَ ﴿٢٨﴾
(Musa) dedi: “Əgər anlayırsınızsa, (bilin ki,) O, şərqin, qərbin və bunların arasında olanların Rəbbidir!”(28)
Tafseer:
قَالَ لَىِٕنِ ٱتَّخَذۡتَ إِلَـٰهًا غَیۡرِی لَأَجۡعَلَنَّكَ مِنَ ٱلۡمَسۡجُونِینَ ﴿٢٩﴾
(Firon) dedi: “Əgər məndən başqa məbud qəbul etsən, səni zindana atılanlardan edəcəm!”(29)
Tafseer:
قَالَ أَوَلَوۡ جِئۡتُكَ بِشَیۡءࣲ مُّبِینࣲ ﴿٣٠﴾
(Musa) dedi: “Bəs sənə açıq-aşkar bir şey gətirsəm necə?”(30)
Tafseer:
قَالَ فَأۡتِ بِهِۦۤ إِن كُنتَ مِنَ ٱلصَّـٰدِقِینَ ﴿٣١﴾
(Firon) dedi: “Əgər doğru danışanlardansansa, gətir onu!”(31)
Tafseer:
فَأَلۡقَىٰ عَصَاهُ فَإِذَا هِیَ ثُعۡبَانࣱ مُّبِینࣱ ﴿٣٢﴾
(Musa) əsasını (yerə) atınca, o dərhal dönüb açıq-aşkar bir ilana çevrildi.(32)
Tafseer:
وَنَزَعَ یَدَهُۥ فَإِذَا هِیَ بَیۡضَاۤءُ لِلنَّـٰظِرِینَ ﴿٣٣﴾
Əlini (qoynundan) çıxardan kimi o, baxanların (gözü qabağında) ağappaq (nur saçan bir əl) oldu.(33)
Tafseer:
قَالَ لِلۡمَلَإِ حَوۡلَهُۥۤ إِنَّ هَـٰذَا لَسَـٰحِرٌ عَلِیمࣱ ﴿٣٤﴾
(Firon) ətrafındakı zadəganlara dedi: “Həqiqətən də, bu, bilikli bir sehrbazdır!(34)
Tafseer:
یُرِیدُ أَن یُخۡرِجَكُم مِّنۡ أَرۡضِكُم بِسِحۡرِهِۦ فَمَاذَا تَأۡمُرُونَ ﴿٣٥﴾
O öz sehri ilə sizi torpağınızdan çıxartmaq istəyir. Nə təklif edirsiniz?”(35)
Tafseer:
قَالُوۤاْ أَرۡجِهۡ وَأَخَاهُ وَٱبۡعَثۡ فِی ٱلۡمَدَاۤىِٕنِ حَـٰشِرِینَ ﴿٣٦﴾
Onlar dedilər: “Onu qardaşı ilə bir qədər gözlət və şəhərlərə (adam) yığanlar göndər ki,(36)
Tafseer:
یَأۡتُوكَ بِكُلِّ سَحَّارٍ عَلِیمࣲ ﴿٣٧﴾
bütün bilikli sehrbazları sənin yanına gətirsinlər”.(37)
Tafseer:
فَجُمِعَ ٱلسَّحَرَةُ لِمِیقَـٰتِ یَوۡمࣲ مَّعۡلُومࣲ ﴿٣٨﴾
Beləliklə, sehrbazlar bəlli bir günün müəyyən edilmiş vaxtında toplandılar.(38)
Tafseer:
وَقِیلَ لِلنَّاسِ هَلۡ أَنتُم مُّجۡتَمِعُونَ ﴿٣٩﴾
İnsanlara deyildi: “Siz də yığışırsınızmı?(39)
Tafseer:
لَعَلَّنَا نَتَّبِعُ ٱلسَّحَرَةَ إِن كَانُواْ هُمُ ٱلۡغَـٰلِبِینَ ﴿٤٠﴾
Əgər sehrbazlar qalib gəlsələr, ola bilsin ki, biz də onlara tabe olaq”.(40)
Tafseer:
فَلَمَّا جَاۤءَ ٱلسَّحَرَةُ قَالُواْ لِفِرۡعَوۡنَ أَىِٕنَّ لَنَا لَأَجۡرًا إِن كُنَّا نَحۡنُ ٱلۡغَـٰلِبِینَ ﴿٤١﴾
Sehrbazlar gələn kimi Firona: “Əgər qalib gəlsək, bizə bir mükafat veriləcəkmi?”– dedilər.(41)
Tafseer:
قَالَ نَعَمۡ وَإِنَّكُمۡ إِذࣰا لَّمِنَ ٱلۡمُقَرَّبِینَ ﴿٤٢﴾
(Firon) dedi: “Bəli! Belə olacağı təqdirdə sizi (özümə) yaxın adamlardan edəcəyəm”.(42)
Tafseer:
قَالَ لَهُم مُّوسَىٰۤ أَلۡقُواْ مَاۤ أَنتُم مُّلۡقُونَ ﴿٤٣﴾
Musa onlara: “Nə atacaqsınızsa, atın!”– dedi.(43)
Tafseer:
فَأَلۡقَوۡاْ حِبَالَهُمۡ وَعِصِیَّهُمۡ وَقَالُواْ بِعِزَّةِ فِرۡعَوۡنَ إِنَّا لَنَحۡنُ ٱلۡغَـٰلِبُونَ ﴿٤٤﴾
Onlar iplərini və əsalarını (yerə) atıb: “Fironun qüdrətinə and olsun ki, biz qalib gələcəyik!”– dedilər.(44)
Tafseer:
فَأَلۡقَىٰ مُوسَىٰ عَصَاهُ فَإِذَا هِیَ تَلۡقَفُ مَا یَأۡفِكُونَ ﴿٤٥﴾
Musa əsasını (yerə) atdı və əsa onların uydurduqları şeyləri uddu.(45)
Tafseer:
فَأُلۡقِیَ ٱلسَّحَرَةُ سَـٰجِدِینَ ﴿٤٦﴾
Sehrbazlar səcdəyə qapandılar(46)
Tafseer:
قَالُوۤاْ ءَامَنَّا بِرَبِّ ٱلۡعَـٰلَمِینَ ﴿٤٧﴾
və dedilər: “Biz aləmlərin Rəbbinə iman gətirdik –(47)
Tafseer:
رَبِّ مُوسَىٰ وَهَـٰرُونَ ﴿٤٨﴾
Musanın və Harunun Rəbbinə!”(48)
Tafseer:
قَالَ ءَامَنتُمۡ لَهُۥ قَبۡلَ أَنۡ ءَاذَنَ لَكُمۡۖ إِنَّهُۥ لَكَبِیرُكُمُ ٱلَّذِی عَلَّمَكُمُ ٱلسِّحۡرَ فَلَسَوۡفَ تَعۡلَمُونَۚ لَأُقَطِّعَنَّ أَیۡدِیَكُمۡ وَأَرۡجُلَكُم مِّنۡ خِلَـٰفࣲ وَلَأُصَلِّبَنَّكُمۡ أَجۡمَعِینَ ﴿٤٩﴾
(Firon) dedi: “Mən sizə izin verməmişdən əvvəl siz ona imanmı gətirdiniz? Şübhəsiz ki, o sizə sehr öyrədən böyüyünüzdür. Tezliklə biləcəksiniz! Mütləq sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirib hamınızı çarmıxa çəkdirəcəyəm”.(49)
Tafseer:
قَالُواْ لَا ضَیۡرَۖ إِنَّاۤ إِلَىٰ رَبِّنَا مُنقَلِبُونَ ﴿٥٠﴾
Onlar dedilər: “Zərər yox, biz (onsuz da) öz Rəbbimizə qayıdacağıq.(50)
Tafseer:
إِنَّا نَطۡمَعُ أَن یَغۡفِرَ لَنَا رَبُّنَا خَطَـٰیَـٰنَاۤ أَن كُنَّاۤ أَوَّلَ ٱلۡمُؤۡمِنِینَ ﴿٥١﴾
Biz (Firon xalqı arasından) ilk iman gətirənlər olduğumuza görə Rəbbimizdən günahlarımızı bağışlayacağını umuruq”.(51)
Tafseer:
۞ وَأَوۡحَیۡنَاۤ إِلَىٰ مُوسَىٰۤ أَنۡ أَسۡرِ بِعِبَادِیۤ إِنَّكُم مُّتَّبَعُونَ ﴿٥٢﴾
Biz Musaya: “Qullarımla birlikdə gecə yola çıx. Çünki siz təqib olunacaqsınız”– (deyə) vəhy etdik.(52)
Tafseer:
فَأَرۡسَلَ فِرۡعَوۡنُ فِی ٱلۡمَدَاۤىِٕنِ حَـٰشِرِینَ ﴿٥٣﴾
Firon şəhərlərə (əsgər) toplayanlar göndərdi.(53)
Tafseer:
إِنَّ هَـٰۤؤُلَاۤءِ لَشِرۡذِمَةࣱ قَلِیلُونَ ﴿٥٤﴾
(O dedi:) “Bunlar kiçik bir dəstədir.(54)
Tafseer:
وَإِنَّهُمۡ لَنَا لَغَاۤىِٕظُونَ ﴿٥٥﴾
Onlar bizi qəzəbləndirmişlər.(55)
Tafseer:
وَإِنَّا لَجَمِیعٌ حَـٰذِرُونَ ﴿٥٦﴾
Biz hamımız ayıq-sayıq olmalıyıq.”(56)
Tafseer:
فَأَخۡرَجۡنَـٰهُم مِّن جَنَّـٰتࣲ وَعُیُونࣲ ﴿٥٧﴾
Biz (o zalım tayfanı) bağlardan və çeşmələrdən çıxartdıq;(57)
Tafseer:
وَكُنُوزࣲ وَمَقَامࣲ كَرِیمࣲ ﴿٥٨﴾
xəzinələrdən və gözəl yerlərdən də (uzaqlaşdırdıq).(58)
Tafseer:
كَذَ ٰ⁠لِكَۖ وَأَوۡرَثۡنَـٰهَا بَنِیۤ إِسۡرَ ٰ⁠ۤءِیلَ ﴿٥٩﴾
Beləcə, Biz İsrail oğullarını o yerlərə varis etdik.(59)
Tafseer:
فَأَتۡبَعُوهُم مُّشۡرِقِینَ ﴿٦٠﴾
Günəş üfüqdən qalxarkən (Firon öz əsgərləri ilə) onları təqib etməyə başladılar.(60)
Tafseer:
فَلَمَّا تَرَ ٰ⁠ۤءَا ٱلۡجَمۡعَانِ قَالَ أَصۡحَـٰبُ مُوسَىٰۤ إِنَّا لَمُدۡرَكُونَ ﴿٦١﴾
İki dəstə bir-birini görüncə Musanın əshabı: “Biz yaxalanacağıq!”– dedilər.(61)
Tafseer:
قَالَ كَلَّاۤۖ إِنَّ مَعِیَ رَبِّی سَیَهۡدِینِ ﴿٦٢﴾
(Musa) dedi: “Xeyr, Rəbbim mənimlədir. O mənə doğru yol göstərəcəkdir!”(62)
Tafseer:
فَأَوۡحَیۡنَاۤ إِلَىٰ مُوسَىٰۤ أَنِ ٱضۡرِب بِّعَصَاكَ ٱلۡبَحۡرَۖ فَٱنفَلَقَ فَكَانَ كُلُّ فِرۡقࣲ كَٱلطَّوۡدِ ٱلۡعَظِیمِ ﴿٦٣﴾
Biz Musaya: “Əsanla dənizə vur!”– (deyə) vəhy etdik. (Dəniz) dərhal yarıldı, (on iki yol açıldı) və hər biri nəhəng bir dağ kimi oldu.(63)
Tafseer:
وَأَزۡلَفۡنَا ثَمَّ ٱلۡـَٔاخَرِینَ ﴿٦٤﴾
O birilərini (Firon və əsgərlərini) də ora yaxınlaşdırdıq.(64)
Tafseer:
وَأَنجَیۡنَا مُوسَىٰ وَمَن مَّعَهُۥۤ أَجۡمَعِینَ ﴿٦٥﴾
Musa və onunla birlikdə olanların hamısını xilas etdik.(65)
Tafseer:
ثُمَّ أَغۡرَقۡنَا ٱلۡـَٔاخَرِینَ ﴿٦٦﴾
O birilərini (Firon və əsgərlərini) isə suya qərq etdik.(66)
Tafseer:
إِنَّ فِی ذَ ٰ⁠لِكَ لَـَٔایَةࣰۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِینَ ﴿٦٧﴾
Şübhəsiz ki, bunda (bu hekayətdə) bir ibrət vardır. Lakin onların çoxu iman gətirmədi.(67)
Tafseer:
وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلۡعَزِیزُ ٱلرَّحِیمُ ﴿٦٨﴾
Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.(68)
Tafseer:
وَٱتۡلُ عَلَیۡهِمۡ نَبَأَ إِبۡرَ ٰ⁠هِیمَ ﴿٦٩﴾
Onlara İbrahimin əhvalatını da oxu.(69)
Tafseer:
إِذۡ قَالَ لِأَبِیهِ وَقَوۡمِهِۦ مَا تَعۡبُدُونَ ﴿٧٠﴾
Bir zaman o öz atasına və qövmünə: “Nəyə ibadət edirsiniz?”– demişdi.(70)
Tafseer:
قَالُواْ نَعۡبُدُ أَصۡنَامࣰا فَنَظَلُّ لَهَا عَـٰكِفِینَ ﴿٧١﴾
Onlar: “Biz bütlərə ibadət edir və onlara tapınmaqda davam edirik”– dedilər.(71)
Tafseer:
قَالَ هَلۡ یَسۡمَعُونَكُمۡ إِذۡ تَدۡعُونَ ﴿٧٢﴾
O dedi: “Onlara dua etdiyiniz zaman sizi eşidirlərmi?(72)
Tafseer:
أَوۡ یَنفَعُونَكُمۡ أَوۡ یَضُرُّونَ ﴿٧٣﴾
Yaxud sizə xeyir və ya zərər verirlərmi?”(73)
Tafseer:
قَالُواْ بَلۡ وَجَدۡنَاۤ ءَابَاۤءَنَا كَذَ ٰ⁠لِكَ یَفۡعَلُونَ ﴿٧٤﴾
Onlar: “Xeyr, (amma) biz öz atalarımızın belə etdiklərini gördük”– dedilər.(74)
Tafseer:
قَالَ أَفَرَءَیۡتُم مَّا كُنتُمۡ تَعۡبُدُونَ ﴿٧٥﴾
O dedi: “Siz nəyə ibadət etdiyinizi düşündünüzmü –(75)
Tafseer:
أَنتُمۡ وَءَابَاۤؤُكُمُ ٱلۡأَقۡدَمُونَ ﴿٧٦﴾
həm siz, həm də ulu babalarınız?(76)
Tafseer:
فَإِنَّهُمۡ عَدُوࣱّ لِّیۤ إِلَّا رَبَّ ٱلۡعَـٰلَمِینَ ﴿٧٧﴾
Aləmlərin Rəbbindən başqa, onların hamısı mənim düşmənimdir.(77)
Tafseer:
ٱلَّذِی خَلَقَنِی فَهُوَ یَهۡدِینِ ﴿٧٨﴾
(O Rəbb ki,) məni yaratmış və məni doğru yola yönəltmişdir;(78)
Tafseer:
وَٱلَّذِی هُوَ یُطۡعِمُنِی وَیَسۡقِینِ ﴿٧٩﴾
(O Rəbb ki,) məni yedirdir və içirdir;(79)
Tafseer:
وَإِذَا مَرِضۡتُ فَهُوَ یَشۡفِینِ ﴿٨٠﴾
(O Rəbb ki,) xəstələndiyim zaman mənə şəfa verir;(80)
Tafseer:
وَٱلَّذِی یُمِیتُنِی ثُمَّ یُحۡیِینِ ﴿٨١﴾
(O Rəbb ki,) məni öldürəcək, sonra dirildəcəkdir;(81)
Tafseer:
وَٱلَّذِیۤ أَطۡمَعُ أَن یَغۡفِرَ لِی خَطِیۤـَٔتِی یَوۡمَ ٱلدِّینِ ﴿٨٢﴾
(O Rəbb ki,) Haqq-hesab günü xətalarımı bağışlayacağını Ondan umuram.(82)
Tafseer:
رَبِّ هَبۡ لِی حُكۡمࣰا وَأَلۡحِقۡنِی بِٱلصَّـٰلِحِینَ ﴿٨٣﴾
Ey Rəbbim! Mənə hikmət ver və məni əməlisalehlərə qovuşdur!(83)
Tafseer:
وَٱجۡعَل لِّی لِسَانَ صِدۡقࣲ فِی ٱلۡـَٔاخِرِینَ ﴿٨٤﴾
Sonra gələnlər arasında (həmişə yad edilim deyə) mənə yaxşı ad qismət elə!(84)
Tafseer:
وَٱجۡعَلۡنِی مِن وَرَثَةِ جَنَّةِ ٱلنَّعِیمِ ﴿٨٥﴾
Məni Nəim cənnətinin varislərindən et!(85)
Tafseer:
وَٱغۡفِرۡ لِأَبِیۤ إِنَّهُۥ كَانَ مِنَ ٱلضَّاۤلِّینَ ﴿٨٦﴾
Atamı bağışla! Çünki o, azmışlardandır.(86)
Tafseer:
وَلَا تُخۡزِنِی یَوۡمَ یُبۡعَثُونَ ﴿٨٧﴾
(İnsanların) dirildiləcəyi gün məni rüsvay etmə!(87)
Tafseer:
یَوۡمَ لَا یَنفَعُ مَالࣱ وَلَا بَنُونَ ﴿٨٨﴾
O gün, nə var-dövlət, nə də oğul-uşaq fayda verər.(88)
Tafseer:
إِلَّا مَنۡ أَتَى ٱللَّهَ بِقَلۡبࣲ سَلِیمࣲ ﴿٨٩﴾
Ancaq sağlam bir qəlblə Allahın hüzuruna gələnlərdən başqa!”(89)
Tafseer:
وَأُزۡلِفَتِ ٱلۡجَنَّةُ لِلۡمُتَّقِینَ ﴿٩٠﴾
(O gün) Cənnət müttəqilərə yaxınlaşdırılar.(90)
Tafseer:
وَبُرِّزَتِ ٱلۡجَحِیمُ لِلۡغَاوِینَ ﴿٩١﴾
Cəhənnəm də azğınlara göstərilər.(91)
Tafseer:
وَقِیلَ لَهُمۡ أَیۡنَ مَا كُنتُمۡ تَعۡبُدُونَ ﴿٩٢﴾
Onlara deyilər: “Hanı sizin ibadət etdikləriniz –(92)
Tafseer:
مِن دُونِ ٱللَّهِ هَلۡ یَنصُرُونَكُمۡ أَوۡ یَنتَصِرُونَ ﴿٩٣﴾
Allahdan başqa (pənah apardıqlarınız?) Onlar sizə kömək edə bilərlərmi, yaxud özlərinə köməkləri dəyə bilərmi?”(93)
Tafseer:
فَكُبۡكِبُواْ فِیهَا هُمۡ وَٱلۡغَاوُۥنَ ﴿٩٤﴾
Onlar azğınlarla birlikdə (Cəhənnəmə) atılarlar,(94)
Tafseer:
وَجُنُودُ إِبۡلِیسَ أَجۡمَعُونَ ﴿٩٥﴾
İblisin bütün əsgərləri də, (həmçinin).(95)
Tafseer:
قَالُواْ وَهُمۡ فِیهَا یَخۡتَصِمُونَ ﴿٩٦﴾
Onlar orada höcətləşərək deyərlər:(96)
Tafseer:
تَٱللَّهِ إِن كُنَّا لَفِی ضَلَـٰلࣲ مُّبِینٍ ﴿٩٧﴾
“Allaha and olsun ki, biz açıq-aydın azğınlıq içində idik –(97)
Tafseer:
إِذۡ نُسَوِّیكُم بِرَبِّ ٱلۡعَـٰلَمِینَ ﴿٩٨﴾
o vaxt ki, biz sizi aləmlərin Rəbbinə tay tuturduq.(98)
Tafseer:
وَمَاۤ أَضَلَّنَاۤ إِلَّا ٱلۡمُجۡرِمُونَ ﴿٩٩﴾
Bizi ancaq günahkarlar azdırdı.(99)
Tafseer:
فَمَا لَنَا مِن شَـٰفِعِینَ ﴿١٠٠﴾
İndi isə bizim nə şəfaətçilərimiz,(100)
Tafseer:
وَلَا صَدِیقٍ حَمِیمࣲ ﴿١٠١﴾
nə də (bizə) canıyanan bir dostumuz var!(101)
Tafseer:
فَلَوۡ أَنَّ لَنَا كَرَّةࣰ فَنَكُونَ مِنَ ٱلۡمُؤۡمِنِینَ ﴿١٠٢﴾
Bir də (dünyaya) qayıda bilsəydik, möminlərdən olardıq!”(102)
Tafseer:
إِنَّ فِی ذَ ٰ⁠لِكَ لَـَٔایَةࣰۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِینَ ﴿١٠٣﴾
Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi.(103)
Tafseer:
وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلۡعَزِیزُ ٱلرَّحِیمُ ﴿١٠٤﴾
Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.(104)
Tafseer:
كَذَّبَتۡ قَوۡمُ نُوحٍ ٱلۡمُرۡسَلِینَ ﴿١٠٥﴾
Nuh qövmü də elçiləri yalançı saydı.(105)
Tafseer:
إِذۡ قَالَ لَهُمۡ أَخُوهُمۡ نُوحٌ أَلَا تَتَّقُونَ ﴿١٠٦﴾
O vaxt qardaşları Nuh onlara dedi: “Məgər qorxmursunuz?(106)
Tafseer:
إِنِّی لَكُمۡ رَسُولٌ أَمِینࣱ ﴿١٠٧﴾
Həqiqətən, mən sizin üçün etibar olunan bir elçiyəm.(107)
Tafseer:
فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِیعُونِ ﴿١٠٨﴾
Allahdan qorxun və mənə itaət edin.(108)
Tafseer:
وَمَاۤ أَسۡـَٔلُكُمۡ عَلَیۡهِ مِنۡ أَجۡرٍۖ إِنۡ أَجۡرِیَ إِلَّا عَلَىٰ رَبِّ ٱلۡعَـٰلَمِینَ ﴿١٠٩﴾
Bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.(109)
Tafseer:
فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِیعُونِ ﴿١١٠﴾
Allahdan qorxun və mənə itaət edin!”(110)
Tafseer:
۞ قَالُوۤاْ أَنُؤۡمِنُ لَكَ وَٱتَّبَعَكَ ٱلۡأَرۡذَلُونَ ﴿١١١﴾
Onlar: “Sənə ən rəzil kimsələr tabe olduğu halda biz sənə inanarıqmı?”– dedilər.(111)
Tafseer:
قَالَ وَمَا عِلۡمِی بِمَا كَانُواْ یَعۡمَلُونَ ﴿١١٢﴾
(Nuh) dedi: “Mən onların nə etdiklərini bilmirəm!(112)
Tafseer:
إِنۡ حِسَابُهُمۡ إِلَّا عَلَىٰ رَبِّیۖ لَوۡ تَشۡعُرُونَ ﴿١١٣﴾
Onların haqq-hesabı yalnız Rəbbimə aiddir. Kaş başa düşəydiniz!(113)
Tafseer:
وَمَاۤ أَنَا۠ بِطَارِدِ ٱلۡمُؤۡمِنِینَ ﴿١١٤﴾
Mən iman gətirənləri qovan deyiləm.(114)
Tafseer:
إِنۡ أَنَا۠ إِلَّا نَذِیرࣱ مُّبِینࣱ ﴿١١٥﴾
Mən yalnız açıq-aşkar bir qorxudanam”.(115)
Tafseer:
قَالُواْ لَىِٕن لَّمۡ تَنتَهِ یَـٰنُوحُ لَتَكُونَنَّ مِنَ ٱلۡمَرۡجُومِینَ ﴿١١٦﴾
Onlar dedilər: “Ey Nuh! Əgər (dəvətinə) son qoymasan, mütləq daşqalaq ediləcəksən”.(116)
Tafseer:
قَالَ رَبِّ إِنَّ قَوۡمِی كَذَّبُونِ ﴿١١٧﴾
(Nuh) dedi: “Ey Rəbbim! Qövmüm məni yalançı hesab etdi.(117)
Tafseer:
فَٱفۡتَحۡ بَیۡنِی وَبَیۡنَهُمۡ فَتۡحࣰا وَنَجِّنِی وَمَن مَّعِیَ مِنَ ٱلۡمُؤۡمِنِینَ ﴿١١٨﴾
Mənimlə onların arasında hökm ver, məni və mənimlə birlikdə olan möminləri (əzabdan) qurtar!”(118)
Tafseer:
فَأَنجَیۡنَـٰهُ وَمَن مَّعَهُۥ فِی ٱلۡفُلۡكِ ٱلۡمَشۡحُونِ ﴿١١٩﴾
Biz onu və onunla birlikdə olanları (insan və hevyanlarla) yüklənmiş gəmidə xilas etdik.(119)
Tafseer:
ثُمَّ أَغۡرَقۡنَا بَعۡدُ ٱلۡبَاقِینَ ﴿١٢٠﴾
Sonra qalanları isə suya qərq etdik.(120)
Tafseer:
إِنَّ فِی ذَ ٰ⁠لِكَ لَـَٔایَةࣰۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِینَ ﴿١٢١﴾
Şübhəsiz ki, bunda bir ibrət var. Lakin onların əksəriyyəti iman gətirmədi.(121)
Tafseer:
وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلۡعَزِیزُ ٱلرَّحِیمُ ﴿١٢٢﴾
Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.(122)
Tafseer:
كَذَّبَتۡ عَادٌ ٱلۡمُرۡسَلِینَ ﴿١٢٣﴾
Ad tayfası da elçiləri yalançı saydı.(123)
Tafseer:
إِذۡ قَالَ لَهُمۡ أَخُوهُمۡ هُودٌ أَلَا تَتَّقُونَ ﴿١٢٤﴾
O vaxt qardaşları Hud onlara dedi: “Məgər qorxmursunuz?(124)
Tafseer:
إِنِّی لَكُمۡ رَسُولٌ أَمِینࣱ ﴿١٢٥﴾
Həqiqətən, mən sizin üçün etibar olunan bir elçiyəm.(125)
Tafseer:
فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِیعُونِ ﴿١٢٦﴾
Allahdan qorxun və mənə itaət edin!(126)
Tafseer:
وَمَاۤ أَسۡـَٔلُكُمۡ عَلَیۡهِ مِنۡ أَجۡرٍۖ إِنۡ أَجۡرِیَ إِلَّا عَلَىٰ رَبِّ ٱلۡعَـٰلَمِینَ ﴿١٢٧﴾
Bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.(127)
Tafseer:
أَتَبۡنُونَ بِكُلِّ رِیعٍ ءَایَةࣰ تَعۡبَثُونَ ﴿١٢٨﴾
Əcəba, siz hər təpədə əbəs yerə bir əlamətmi qurursunuz (hündür binalarmı tikirsiniz)?(128)
Tafseer:
وَتَتَّخِذُونَ مَصَانِعَ لَعَلَّكُمۡ تَخۡلُدُونَ ﴿١٢٩﴾
Sanki əbədi qalacaqsınız deyə qalalarmı tikirsiniz?(129)
Tafseer:
وَإِذَا بَطَشۡتُم بَطَشۡتُمۡ جَبَّارِینَ ﴿١٣٠﴾
(Bir kəsi) yaxaladığınız zaman qəddar hökmdar kimi yaxalayırsınız?(130)
Tafseer:
فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِیعُونِ ﴿١٣١﴾
Allahdan qorxun və mənə itaət edin!(131)
Tafseer:
وَٱتَّقُواْ ٱلَّذِیۤ أَمَدَّكُم بِمَا تَعۡلَمُونَ ﴿١٣٢﴾
Bildiyiniz nemətləri sizə verəndən qorxun.(132)
Tafseer:
أَمَدَّكُم بِأَنۡعَـٰمࣲ وَبَنِینَ ﴿١٣٣﴾
O sizə heyvanat və oğul-uşaq verdi,(133)
Tafseer:
وَجَنَّـٰتࣲ وَعُیُونٍ ﴿١٣٤﴾
(üstəlik) bağlar və çeşmələr də əta etdi.(134)
Tafseer:
إِنِّیۤ أَخَافُ عَلَیۡكُمۡ عَذَابَ یَوۡمٍ عَظِیمࣲ ﴿١٣٥﴾
Mən sizə üz verəcək böyük günün (Qiyamət gününün) əzabından qorxuram”.(135)
Tafseer:
قَالُواْ سَوَاۤءٌ عَلَیۡنَاۤ أَوَعَظۡتَ أَمۡ لَمۡ تَكُن مِّنَ ٱلۡوَ ٰ⁠عِظِینَ ﴿١٣٦﴾
Onlar dedilər: “Bizə öyüd-nəsihət versən də, verməsən də, bizim üçün birdir.(136)
Tafseer:
إِنۡ هَـٰذَاۤ إِلَّا خُلُقُ ٱلۡأَوَّلِینَ ﴿١٣٧﴾
Bu, yalnız əvvəlkilərin adətidir.(137)
Tafseer:
وَمَا نَحۡنُ بِمُعَذَّبِینَ ﴿١٣٨﴾
Biz əzaba düçar olan da deyilik”.(138)
Tafseer:
فَكَذَّبُوهُ فَأَهۡلَكۡنَـٰهُمۡۚ إِنَّ فِی ذَ ٰ⁠لِكَ لَـَٔایَةࣰۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِینَ ﴿١٣٩﴾
(Qövmü) onu (Hudu) yalançı saydılar. Biz də onları məhv etdik. Şübhəsiz ki, bunda bir ibrət var. Lakin onların əksəriyyəti iman gətirmədi.(139)
Tafseer:
وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلۡعَزِیزُ ٱلرَّحِیمُ ﴿١٤٠﴾
Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.(140)
Tafseer:
كَذَّبَتۡ ثَمُودُ ٱلۡمُرۡسَلِینَ ﴿١٤١﴾
Səmud tayfası da elçiləri yalançı saydı.(141)
Tafseer:
إِذۡ قَالَ لَهُمۡ أَخُوهُمۡ صَـٰلِحٌ أَلَا تَتَّقُونَ ﴿١٤٢﴾
O vaxt qardaşları Saleh onlara dedi: “Məgər qorxmursunuz?(142)
Tafseer:
إِنِّی لَكُمۡ رَسُولٌ أَمِینࣱ ﴿١٤٣﴾
Həqiqətən, mən sizin üçün etibar olunan bir elçiyəm.(143)
Tafseer:
فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِیعُونِ ﴿١٤٤﴾
Allahdan qorxun və mənə itaət edin.(144)
Tafseer:
وَمَاۤ أَسۡـَٔلُكُمۡ عَلَیۡهِ مِنۡ أَجۡرٍۖ إِنۡ أَجۡرِیَ إِلَّا عَلَىٰ رَبِّ ٱلۡعَـٰلَمِینَ ﴿١٤٥﴾
Bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.(145)
Tafseer:
أَتُتۡرَكُونَ فِی مَا هَـٰهُنَاۤ ءَامِنِینَ ﴿١٤٦﴾
Məgər siz burada olanların içində sərbəst buraxılacaqsınız?(146)
Tafseer:
فِی جَنَّـٰتࣲ وَعُیُونࣲ ﴿١٤٧﴾
Bağlar və bulaqlar içində,(147)
Tafseer:
وَزُرُوعࣲ وَنَخۡلࣲ طَلۡعُهَا هَضِیمࣱ ﴿١٤٨﴾
əkinlər və yumşaq meyvəli xurmalıqlar içində (arxayınlıqla qalacaqsınız?)(148)
Tafseer:
وَتَنۡحِتُونَ مِنَ ٱلۡجِبَالِ بُیُوتࣰا فَـٰرِهِینَ ﴿١٤٩﴾
Dağlardan məharətlə evlər yonub düzəldəcəksiniz?(149)
Tafseer:
فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِیعُونِ ﴿١٥٠﴾
Allahdan qorxun və mənə itaət edin!(150)
Tafseer:
وَلَا تُطِیعُوۤاْ أَمۡرَ ٱلۡمُسۡرِفِینَ ﴿١٥١﴾
Həddi aşanların əmrinə tabe olmayın.(151)
Tafseer:
ٱلَّذِینَ یُفۡسِدُونَ فِی ٱلۡأَرۡضِ وَلَا یُصۡلِحُونَ ﴿١٥٢﴾
O kəslər ki, yer üzündə fəsad törədər və islah etməzlər”.(152)
Tafseer:
قَالُوۤاْ إِنَّمَاۤ أَنتَ مِنَ ٱلۡمُسَحَّرِینَ ﴿١٥٣﴾
Onlar dedilər: “Sən yalnız sehrlənmişlərdənsən.(153)
Tafseer:
مَاۤ أَنتَ إِلَّا بَشَرࣱ مِّثۡلُنَا فَأۡتِ بِـَٔایَةٍ إِن كُنتَ مِنَ ٱلصَّـٰدِقِینَ ﴿١٥٤﴾
Sən də bizim kimi bir insansan. Əgər doğru danışanlardansansa, bizə bir ayə gətir”.(154)
Tafseer:
قَالَ هَـٰذِهِۦ نَاقَةࣱ لَّهَا شِرۡبࣱ وَلَكُمۡ شِرۡبُ یَوۡمࣲ مَّعۡلُومࣲ ﴿١٥٥﴾
(Saleh) dedi: “(Ayə) bu dişi dəvədir! Onun da, sizin də müəyyən edilmiş vaxtlarda su içmək haqqınız vardır. (Bir gün o su içməli, bir gün də siz su içməlisiniz).(155)
Tafseer:
وَلَا تَمَسُّوهَا بِسُوۤءࣲ فَیَأۡخُذَكُمۡ عَذَابُ یَوۡمٍ عَظِیمࣲ ﴿١٥٦﴾
Ona heç bir pislik etməyin, yoxsa böyük günün əzabı sizi yaxalayar”.(156)
Tafseer:
فَعَقَرُوهَا فَأَصۡبَحُواْ نَـٰدِمِینَ ﴿١٥٧﴾
Onlar dəvəni kəsdilər, sonra da peşman oldular.(157)
Tafseer:
فَأَخَذَهُمُ ٱلۡعَذَابُۚ إِنَّ فِی ذَ ٰ⁠لِكَ لَـَٔایَةࣰۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِینَ ﴿١٥٨﴾
Əzab onları yaxaladı. Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi.(158)
Tafseer:
وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلۡعَزِیزُ ٱلرَّحِیمُ ﴿١٥٩﴾
Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.(159)
Tafseer:
كَذَّبَتۡ قَوۡمُ لُوطٍ ٱلۡمُرۡسَلِینَ ﴿١٦٠﴾
Lut qövmü da elçiləri yalançı saydı.(160)
Tafseer:
إِذۡ قَالَ لَهُمۡ أَخُوهُمۡ لُوطٌ أَلَا تَتَّقُونَ ﴿١٦١﴾
O vaxt qardaşları Lut onlara dedi: “Məgər qorxmursunuz?(161)
Tafseer:
إِنِّی لَكُمۡ رَسُولٌ أَمِینࣱ ﴿١٦٢﴾
Həqiqətən, mən sizin üçün etibar olunan bir elçiyəm.(162)
Tafseer:
فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِیعُونِ ﴿١٦٣﴾
Allahdan qorxun və mənə itaət edin!(163)
Tafseer:
وَمَاۤ أَسۡـَٔلُكُمۡ عَلَیۡهِ مِنۡ أَجۡرٍۖ إِنۡ أَجۡرِیَ إِلَّا عَلَىٰ رَبِّ ٱلۡعَـٰلَمِینَ ﴿١٦٤﴾
Bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.(164)
Tafseer:
أَتَأۡتُونَ ٱلذُّكۡرَانَ مِنَ ٱلۡعَـٰلَمِینَ ﴿١٦٥﴾
Doğrudanmı siz insanlar içində ancaq kişilərlə yaxınlıq edir(165)
Tafseer:
وَتَذَرُونَ مَا خَلَقَ لَكُمۡ رَبُّكُم مِّنۡ أَزۡوَ ٰ⁠جِكُمۚ بَلۡ أَنتُمۡ قَوۡمٌ عَادُونَ ﴿١٦٦﴾
və Rəbbinizin sizin üçün yaratdığı qadınlarınızı tərk edirsiniz? Siz, həqiqətən də, həddi aşan bir qövmsünüz”.(166)
Tafseer:
قَالُواْ لَىِٕن لَّمۡ تَنتَهِ یَـٰلُوطُ لَتَكُونَنَّ مِنَ ٱلۡمُخۡرَجِینَ ﴿١٦٧﴾
Onlar dedilər: “Ey Lut! Əgər (dəvətinə) son qoymasan, mütləq qovulanlardan olacaqsan!”(167)
Tafseer:
قَالَ إِنِّی لِعَمَلِكُم مِّنَ ٱلۡقَالِینَ ﴿١٦٨﴾
O dedi: “Mən sizin əməlinizə nifrət edənlərdənəm.(168)
Tafseer:
رَبِّ نَجِّنِی وَأَهۡلِی مِمَّا یَعۡمَلُونَ ﴿١٦٩﴾
Ey Rəbbim! Məni və ailəmi onların tutduqları işdən xilas et!”(169)
Tafseer:
فَنَجَّیۡنَـٰهُ وَأَهۡلَهُۥۤ أَجۡمَعِینَ ﴿١٧٠﴾
Biz onu və bütün ailəsini xilas etdik.(170)
Tafseer:
إِلَّا عَجُوزࣰا فِی ٱلۡغَـٰبِرِینَ ﴿١٧١﴾
Geridə qalanlar arasındakı yaşlı qadından (Lutun zövcəsindən) başqa.(171)
Tafseer:
ثُمَّ دَمَّرۡنَا ٱلۡـَٔاخَرِینَ ﴿١٧٢﴾
Sonra da o birilərini məhv etdik.(172)
Tafseer:
وَأَمۡطَرۡنَا عَلَیۡهِم مَّطَرࣰاۖ فَسَاۤءَ مَطَرُ ٱلۡمُنذَرِینَ ﴿١٧٣﴾
Biz onların üstünə (daşlardan) yağış yağdırdıq. Qorxudulanların yağışı nə pis imiş!(173)
Tafseer:
إِنَّ فِی ذَ ٰ⁠لِكَ لَـَٔایَةࣰۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِینَ ﴿١٧٤﴾
Şübhəsiz ki, bunda bir ibrət var. Lakin onların əksəriyyəti iman gətirmədi.(174)
Tafseer:
وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلۡعَزِیزُ ٱلرَّحِیمُ ﴿١٧٥﴾
Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.(175)
Tafseer:
كَذَّبَ أَصۡحَـٰبُ لۡـَٔیۡكَةِ ٱلۡمُرۡسَلِینَ ﴿١٧٦﴾
Əykə əhli də elçiləri yalançı saydı.(176)
Tafseer:
إِذۡ قَالَ لَهُمۡ شُعَیۡبٌ أَلَا تَتَّقُونَ ﴿١٧٧﴾
O vaxt Şueyb onlara dedi: “Məgər qorxmursunuz?(177)
Tafseer:
إِنِّی لَكُمۡ رَسُولٌ أَمِینࣱ ﴿١٧٨﴾
Həqiqətən, mən sizin üçün etibar olunan bir elçiyəm.(178)
Tafseer:
فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِیعُونِ ﴿١٧٩﴾
Allahdan qorxun və mənə itaət edin!(179)
Tafseer:
وَمَاۤ أَسۡـَٔلُكُمۡ عَلَیۡهِ مِنۡ أَجۡرٍۖ إِنۡ أَجۡرِیَ إِلَّا عَلَىٰ رَبِّ ٱلۡعَـٰلَمِینَ ﴿١٨٠﴾
Bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.(180)
Tafseer:
۞ أَوۡفُواْ ٱلۡكَیۡلَ وَلَا تَكُونُواْ مِنَ ٱلۡمُخۡسِرِینَ ﴿١٨١﴾
Ölçüyə tam riayət edin və əksik ölçənlərdən olmayın.(181)
Tafseer:
وَزِنُواْ بِٱلۡقِسۡطَاسِ ٱلۡمُسۡتَقِیمِ ﴿١٨٢﴾
Düz tərəzi ilə çəkin.(182)
Tafseer:
وَلَا تَبۡخَسُواْ ٱلنَّاسَ أَشۡیَاۤءَهُمۡ وَلَا تَعۡثَوۡاْ فِی ٱلۡأَرۡضِ مُفۡسِدِینَ ﴿١٨٣﴾
İnsanların haqqını əksiltməyin və yer üzündə fitnə-fəsad yayaraq pis işlər görməyin.(183)
Tafseer:
وَٱتَّقُواْ ٱلَّذِی خَلَقَكُمۡ وَٱلۡجِبِلَّةَ ٱلۡأَوَّلِینَ ﴿١٨٤﴾
Sizi və əvvəlki nəsilləri Yaradandan qorxun!”(184)
Tafseer:
قَالُوۤاْ إِنَّمَاۤ أَنتَ مِنَ ٱلۡمُسَحَّرِینَ ﴿١٨٥﴾
Onlar dedilər: “Sən yalnız sehrlənmişlərdənsən.(185)
Tafseer:
وَمَاۤ أَنتَ إِلَّا بَشَرࣱ مِّثۡلُنَا وَإِن نَّظُنُّكَ لَمِنَ ٱلۡكَـٰذِبِینَ ﴿١٨٦﴾
Sən də bizim kimi bir insansan. Biz səni yalançılardan (biri) hesab edirik.(186)
Tafseer:
فَأَسۡقِطۡ عَلَیۡنَا كِسَفࣰا مِّنَ ٱلسَّمَاۤءِ إِن كُنتَ مِنَ ٱلصَّـٰدِقِینَ ﴿١٨٧﴾
Əgər doğru danışanlardansansa, göyün bir parçasını üstümüzə endir”.(187)
Tafseer:
قَالَ رَبِّیۤ أَعۡلَمُ بِمَا تَعۡمَلُونَ ﴿١٨٨﴾
(Şueyb) dedi: “Rəbbim sizin nələr etdiyinizi daha yaxşı bilir”.(188)
Tafseer:
فَكَذَّبُوهُ فَأَخَذَهُمۡ عَذَابُ یَوۡمِ ٱلظُّلَّةِۚ إِنَّهُۥ كَانَ عَذَابَ یَوۡمٍ عَظِیمٍ ﴿١٨٩﴾
Onlar isə onu (Şüeybi) yalançı saydılar və buna görə də kölgəli günün əzabı onları yaxaladı. Həqiqətən, o, böyük bir günün əzabı idi.(189)
Tafseer:
إِنَّ فِی ذَ ٰ⁠لِكَ لَـَٔایَةࣰۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِینَ ﴿١٩٠﴾
Şübhəsiz ki, bunda bir ibrət var. Lakin onların əksəriyyəti iman gətirmədi.(190)
Tafseer:
وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلۡعَزِیزُ ٱلرَّحِیمُ ﴿١٩١﴾
Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.(191)
Tafseer:
وَإِنَّهُۥ لَتَنزِیلُ رَبِّ ٱلۡعَـٰلَمِینَ ﴿١٩٢﴾
Şübhəsiz ki, bu (Quran), aləmlərin Rəbbindən nazil edilmişdir.(192)
Tafseer:
نَزَلَ بِهِ ٱلرُّوحُ ٱلۡأَمِینُ ﴿١٩٣﴾
Onu sadiq ruh (Cəbrail) endirdi –(193)
Tafseer:
عَلَىٰ قَلۡبِكَ لِتَكُونَ مِنَ ٱلۡمُنذِرِینَ ﴿١٩٤﴾
sənin qəlbinə ki, xəbərdar edənlərdən olasan.(194)
Tafseer:
بِلِسَانٍ عَرَبِیࣲّ مُّبِینࣲ ﴿١٩٥﴾
(Bu Quran) açıq-aydın ərəb dilində (nazil edildi).(195)
Tafseer:
وَإِنَّهُۥ لَفِی زُبُرِ ٱلۡأَوَّلِینَ ﴿١٩٦﴾
Şübhəsiz ki, o (Quran), əvvəlki ümmətlərin kitablarında (Tövratda və İncildə) də zikr edilmişdir.(196)
Tafseer:
أَوَلَمۡ یَكُن لَّهُمۡ ءَایَةً أَن یَعۡلَمَهُۥ عُلَمَـٰۤؤُاْ بَنِیۤ إِسۡرَ ٰ⁠ۤءِیلَ ﴿١٩٧﴾
Məgər İsrail oğullarından olan alimlərin onu bilmələri onlar üçün bir əlamət deyilmi?!(197)
Tafseer:
وَلَوۡ نَزَّلۡنَـٰهُ عَلَىٰ بَعۡضِ ٱلۡأَعۡجَمِینَ ﴿١٩٨﴾
Əgər Biz onu ərəb olmayanlardan birinə nazil etsəydik(198)
Tafseer:
فَقَرَأَهُۥ عَلَیۡهِم مَّا كَانُواْ بِهِۦ مُؤۡمِنِینَ ﴿١٩٩﴾
və o, bunu onlara oxusaydı, yenə də ona iman gətirməzdilər.(199)
Tafseer:
كَذَ ٰ⁠لِكَ سَلَكۡنَـٰهُ فِی قُلُوبِ ٱلۡمُجۡرِمِینَ ﴿٢٠٠﴾
Biz (küfrü) günahkarların qəlbinə belə saldıq.(200)
Tafseer:
لَا یُؤۡمِنُونَ بِهِۦ حَتَّىٰ یَرَوُاْ ٱلۡعَذَابَ ٱلۡأَلِیمَ ﴿٢٠١﴾
Onlar ağrılı-acılı əzabı görməyənədək ona inanmazlar.(201)
Tafseer:
فَیَأۡتِیَهُم بَغۡتَةࣰ وَهُمۡ لَا یَشۡعُرُونَ ﴿٢٠٢﴾
O (əzab) onlara özləri də hiss etmədən qəflətən gələcəkdir.(202)
Tafseer:
فَیَقُولُواْ هَلۡ نَحۡنُ مُنظَرُونَ ﴿٢٠٣﴾
Onlar deyəcəklər: “Bizə möhlət veriləcəkmi?”(203)
Tafseer:
أَفَبِعَذَابِنَا یَسۡتَعۡجِلُونَ ﴿٢٠٤﴾
Onlar əzabımızın tez gəlməsini istəyirlər?(204)
Tafseer:
أَفَرَءَیۡتَ إِن مَّتَّعۡنَـٰهُمۡ سِنِینَ ﴿٢٠٥﴾
Bilirsənmi, əgər onlara illərcə firavanlıq nəsib etsək,(205)
Tafseer:
ثُمَّ جَاۤءَهُم مَّا كَانُواْ یُوعَدُونَ ﴿٢٠٦﴾
sonra vəd olunduqları (əzab) onlara yetişsə,(206)
Tafseer:
مَاۤ أَغۡنَىٰ عَنۡهُم مَّا كَانُواْ یُمَتَّعُونَ ﴿٢٠٧﴾
onlara nəsib olmuş firavanlıq, (əzabımızı) onlardan dəf edə bilməz.(207)
Tafseer:
وَمَاۤ أَهۡلَكۡنَا مِن قَرۡیَةٍ إِلَّا لَهَا مُنذِرُونَ ﴿٢٠٨﴾
Biz heç bir məmləkəti ora xəbərdar edənlər göndərmədən məhv etmədik.(208)
Tafseer:
ذِكۡرَىٰ وَمَا كُنَّا ظَـٰلِمِینَ ﴿٢٠٩﴾
(Xəbərdar edənləri də) öyüd-nəsihət vermək üçün (göndərdik). Biz əsla zalım olmamışıq!(209)
Tafseer:
وَمَا تَنَزَّلَتۡ بِهِ ٱلشَّیَـٰطِینُ ﴿٢١٠﴾
Onu (Quranı) şeytanlar endirmədi.(210)
Tafseer:
وَمَا یَنۢبَغِی لَهُمۡ وَمَا یَسۡتَطِیعُونَ ﴿٢١١﴾
Onlar buna layiq deyillər və heç (bunu) bacarmazlar da.(211)
Tafseer:
إِنَّهُمۡ عَنِ ٱلسَّمۡعِ لَمَعۡزُولُونَ ﴿٢١٢﴾
Çünki onlar (vəhyə) qulaq asmaqdan kənar edilmişdilər.(212)
Tafseer:
فَلَا تَدۡعُ مَعَ ٱللَّهِ إِلَـٰهًا ءَاخَرَ فَتَكُونَ مِنَ ٱلۡمُعَذَّبِینَ ﴿٢١٣﴾
Odur ki, Allahla yanaşı başqa bir ilaha dua etmə, yoxsa əzaba düçar edilənlərdən olarsan.(213)
Tafseer:
وَأَنذِرۡ عَشِیرَتَكَ ٱلۡأَقۡرَبِینَ ﴿٢١٤﴾
Ən yaxın qohumlarını qorxut!(214)
Tafseer:
وَٱخۡفِضۡ جَنَاحَكَ لِمَنِ ٱتَّبَعَكَ مِنَ ٱلۡمُؤۡمِنِینَ ﴿٢١٥﴾
Sənə tabe olan möminləri qanadının altına al (onlara qarşı təvazökar ol)!(215)
Tafseer:
فَإِنۡ عَصَوۡكَ فَقُلۡ إِنِّی بَرِیۤءࣱ مِّمَّا تَعۡمَلُونَ ﴿٢١٦﴾
Əgər onlar sənə asi olsalar, de: “Şübhəsiz ki, mən sizin etdiyiniz əməllərdən uzağam!”(216)
Tafseer:
وَتَوَكَّلۡ عَلَى ٱلۡعَزِیزِ ٱلرَّحِیمِ ﴿٢١٧﴾
Qüdrətli və Rəhmli olana təvəkkül et!(217)
Tafseer:
ٱلَّذِی یَرَىٰكَ حِینَ تَقُومُ ﴿٢١٨﴾
O səni (namaza) duranda da görür,(218)
Tafseer:
وَتَقَلُّبَكَ فِی ٱلسَّـٰجِدِینَ ﴿٢١٩﴾
səcdə edənlər içində hərəkətinidə.(219)
Tafseer:
إِنَّهُۥ هُوَ ٱلسَّمِیعُ ٱلۡعَلِیمُ ﴿٢٢٠﴾
Həqiqətən də, O, Eşidəndir, Biləndir!(220)
Tafseer:
هَلۡ أُنَبِّئُكُمۡ عَلَىٰ مَن تَنَزَّلُ ٱلشَّیَـٰطِینُ ﴿٢٢١﴾
Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi?(221)
Tafseer:
تَنَزَّلُ عَلَىٰ كُلِّ أَفَّاكٍ أَثِیمࣲ ﴿٢٢٢﴾
Onlar hər bir yalançıya və günahkara (kahinə) nazil olarlar.(222)
Tafseer:
یُلۡقُونَ ٱلسَّمۡعَ وَأَكۡثَرُهُمۡ كَـٰذِبُونَ ﴿٢٢٣﴾
(Şeytanlar vəhydən) eşitdiklərini (kahinlərə) təlqin edirlər. Halbuki onların əksəriyyəti yalançıdır!(223)
Tafseer:
وَٱلشُّعَرَاۤءُ یَتَّبِعُهُمُ ٱلۡغَاوُۥنَ ﴿٢٢٤﴾
Şairlərə gəldikdə isə, onlara ancaq azmışlar uyar.(224)
Tafseer:
أَلَمۡ تَرَ أَنَّهُمۡ فِی كُلِّ وَادࣲ یَهِیمُونَ ﴿٢٢٥﴾
Məgər görmürsənmi ki, onlar hər vadidə veyl-veyl gəzir (hər mövzuda şer uydurur)(225)
Tafseer:
وَأَنَّهُمۡ یَقُولُونَ مَا لَا یَفۡعَلُونَ ﴿٢٢٦﴾
və etmədikləri şeylərdən danışırlar?(226)
Tafseer:
إِلَّا ٱلَّذِینَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَـٰتِ وَذَكَرُواْ ٱللَّهَ كَثِیرࣰا وَٱنتَصَرُواْ مِنۢ بَعۡدِ مَا ظُلِمُواْۗ وَسَیَعۡلَمُ ٱلَّذِینَ ظَلَمُوۤاْ أَیَّ مُنقَلَبࣲ یَنقَلِبُونَ ﴿٢٢٧﴾
Yalınz iman gətirib saleh əməllər edən, Allahı çox zikr edən və haqsızlığa məruz qaldıqdan sonra (İslam dinini) müdafiə edənlərdən başqa. Zalımlar isə qayıdacaqları yeri mütləq biləcəklər.(227)
Tafseer: