Surah əs-Saffat - As-Sāffāt

Azəri Translation182 Aya count
This page contains the Arabic text, audio recitation, and Azəri translation of Surah əs-Saffat - As-Sāffāt.
وَٱلصَّـٰۤفَّـٰتِ صَفࣰّا ﴿١﴾
And olsun (ibadət üçün) səf-səf duranlara (mələklərə),(1)
Tafseer:
فَٱلزَّ ٰ⁠جِرَ ٰ⁠تِ زَجۡرࣰا ﴿٢﴾
(buludları) qətiyyətlə qovanlara(2)
Tafseer:
فَٱلتَّـٰلِیَـٰتِ ذِكۡرًا ﴿٣﴾
və Zikri oxuyanlara!(3)
Tafseer:
إِنَّ إِلَـٰهَكُمۡ لَوَ ٰ⁠حِدࣱ ﴿٤﴾
Həqiqətən, sizin ilahınız təkdir!(4)
Tafseer:
رَّبُّ ٱلسَّمَـٰوَ ٰ⁠تِ وَٱلۡأَرۡضِ وَمَا بَیۡنَهُمَا وَرَبُّ ٱلۡمَشَـٰرِقِ ﴿٥﴾
O, həm göylərin, yerin və onların arasındakıların Rəbbi, həm də məşriqlərin Rəbbidir.(5)
Tafseer:
إِنَّا زَیَّنَّا ٱلسَّمَاۤءَ ٱلدُّنۡیَا بِزِینَةٍ ٱلۡكَوَاكِبِ ﴿٦﴾
Biz dünya səmasını ulduzlarla bəzədik(6)
Tafseer:
وَحِفۡظࣰا مِّن كُلِّ شَیۡطَـٰنࣲ مَّارِدࣲ ﴿٧﴾
və (onu) hər bir asi şeytandan mühafizə etdik.(7)
Tafseer:
لَّا یَسَّمَّعُونَ إِلَى ٱلۡمَلَإِ ٱلۡأَعۡلَىٰ وَیُقۡذَفُونَ مِن كُلِّ جَانِبࣲ ﴿٨﴾
Onlar ali topluma (mələklərin söhbətlərinə) qulaq asa bilməzlər və hər tərəfdən üstlərinə (yandırıb yaxan alovlar) yağdırılar(8)
Tafseer:
دُحُورࣰاۖ وَلَهُمۡ عَذَابࣱ وَاصِبٌ ﴿٩﴾
(və oradan) qovularlar. Onlar üçün daimi bir əzab vardır.(9)
Tafseer:
إِلَّا مَنۡ خَطِفَ ٱلۡخَطۡفَةَ فَأَتۡبَعَهُۥ شِهَابࣱ ثَاقِبࣱ ﴿١٠﴾
Lakin (şeytanlardan) hər kim (mələklərin söhbətlərindən bir söz) qapıb qaçarsa, onu yandırıb-yaxan alov təqib edər.(10)
Tafseer:
فَٱسۡتَفۡتِهِمۡ أَهُمۡ أَشَدُّ خَلۡقًا أَم مَّنۡ خَلَقۡنَاۤۚ إِنَّا خَلَقۡنَـٰهُم مِّن طِینࣲ لَّازِبِۭ ﴿١١﴾
Onlardan (öldükdən sonra yenidə dirilməyi inkar edən kafirlərdən) soruş: Onları yaratmaq çətindir, yoxsa Bizim (başqa) yaratdıqlarımızı? Biz onları yapışqan bir palçıqdan yaratdıq.(11)
Tafseer:
بَلۡ عَجِبۡتَ وَیَسۡخَرُونَ ﴿١٢﴾
Sən onlara təəccüb edirsən, onlar isə səni ələ salırlar.(12)
Tafseer:
وَإِذَا ذُكِّرُواْ لَا یَذۡكُرُونَ ﴿١٣﴾
Onlara xatırlatdıqda düşünüb ibrət almazlar.(13)
Tafseer:
وَإِذَا رَأَوۡاْ ءَایَةࣰ یَسۡتَسۡخِرُونَ ﴿١٤﴾
Bir ayə gördükdə isə ona istehza edərlər(14)
Tafseer:
وَقَالُوۤاْ إِنۡ هَـٰذَاۤ إِلَّا سِحۡرࣱ مُّبِینٌ ﴿١٥﴾
və deyirlər: “Bu ancaq açıq-aydın bir sehrdir.(15)
Tafseer:
أَءِذَا مِتۡنَا وَكُنَّا تُرَابࣰا وَعِظَـٰمًا أَءِنَّا لَمَبۡعُوثُونَ ﴿١٦﴾
Məgər biz ölüb torpaq və sür-sümük olduqdan sonra dirildiləcəyikmi?!(16)
Tafseer:
أَوَءَابَاۤؤُنَا ٱلۡأَوَّلُونَ ﴿١٧﴾
Həmçinin, (bizdən) əvvəlki atalarımız da (dirildiləcəklərmi)?!”(17)
Tafseer:
قُلۡ نَعَمۡ وَأَنتُمۡ دَ ٰ⁠خِرُونَ ﴿١٨﴾
De: “Bəli, özü də, zəlil olduğunuz halda (dirildiləcəksiniz)”.(18)
Tafseer:
فَإِنَّمَا هِیَ زَجۡرَةࣱ وَ ٰ⁠حِدَةࣱ فَإِذَا هُمۡ یَنظُرُونَ ﴿١٩﴾
Bu, təkcə dəhşətli bir səs olacaq. Onlar dərhal (dirilib düçar olduqları müsibətə) baxacaqlar.(19)
Tafseer:
وَقَالُواْ یَـٰوَیۡلَنَا هَـٰذَا یَوۡمُ ٱلدِّینِ ﴿٢٠﴾
(Günahkarlar) deyəcəklər: “Vay halımıza! Bu, Din günüdür!”(20)
Tafseer:
هَـٰذَا یَوۡمُ ٱلۡفَصۡلِ ٱلَّذِی كُنتُم بِهِۦ تُكَذِّبُونَ ﴿٢١﴾
(Onlara deyiləcək:) “Bu, yalan saydığınız hökm günüdür!”(21)
Tafseer:
۞ ٱحۡشُرُواْ ٱلَّذِینَ ظَلَمُواْ وَأَزۡوَ ٰ⁠جَهُمۡ وَمَا كَانُواْ یَعۡبُدُونَ ﴿٢٢﴾
(Mələklərə belə əmr olunacaq:) “Zalımları, onların həmtaylarını və ibadət etdiklərini bir yerə toplayın –(22)
Tafseer:
مِن دُونِ ٱللَّهِ فَٱهۡدُوهُمۡ إِلَىٰ صِرَ ٰ⁠طِ ٱلۡجَحِیمِ ﴿٢٣﴾
Allahdan başqa. Onları Cəhənnəm yoluna yönəldin.(23)
Tafseer:
وَقِفُوهُمۡۖ إِنَّهُم مَّسۡـُٔولُونَ ﴿٢٤﴾
Onları (Cəhənnəmə daxil etməzdən əvvəl) tutub saxlayın, çünki onlar sorğu-sual olunacaqlar”.(24)
Tafseer:
مَا لَكُمۡ لَا تَنَاصَرُونَ ﴿٢٥﴾
(Günahkarlara deyiləcək:) “Sizə nə olub ki, (dünyada olduğu kimi) bir-birinizə kömək etmirsiniz?”(25)
Tafseer:
بَلۡ هُمُ ٱلۡیَوۡمَ مُسۡتَسۡلِمُونَ ﴿٢٦﴾
Xeyr, onlar bu gün təslim olmuşlar!(26)
Tafseer:
وَأَقۡبَلَ بَعۡضُهُمۡ عَلَىٰ بَعۡضࣲ یَتَسَاۤءَلُونَ ﴿٢٧﴾
Onlar bir-birinə üz tutub soruşacaqlar.(27)
Tafseer:
قَالُوۤاْ إِنَّكُمۡ كُنتُمۡ تَأۡتُونَنَا عَنِ ٱلۡیَمِینِ ﴿٢٨﴾
(Tabe olanlar öz başçılarına) deyəcəklər: “Siz bizim yanımıza (şirki və küfürü bizə gözəl göstərib, haqqdan çəkindirərək) sağ tərəfdən gəlirdiniz”.(28)
Tafseer:
قَالُواْ بَل لَّمۡ تَكُونُواْ مُؤۡمِنِینَ ﴿٢٩﴾
(Başçılar) deyəcəklər: “Xeyr! Siz inanan kimsələr deyildiniz.(29)
Tafseer:
وَمَا كَانَ لَنَا عَلَیۡكُم مِّن سُلۡطَـٰنِۭۖ بَلۡ كُنتُمۡ قَوۡمࣰا طَـٰغِینَ ﴿٣٠﴾
Bizim sizin üzərinizdə heç bir hökmranlığımız da yox idi. Xeyr, siz özünüz (günahlar etməklə) həddi aşmış bir qövm idiniz.(30)
Tafseer:
فَحَقَّ عَلَیۡنَا قَوۡلُ رَبِّنَاۤۖ إِنَّا لَذَاۤىِٕقُونَ ﴿٣١﴾
Rəbbimizin (Mən Cəhənnəmi mütləq bütün (günahkar) cin və insanlarla dolduracağam!) sözü bizim barəmizdə həqiqətə çevrildi. Biz (əzabı) mütləq dadacağıq.(31)
Tafseer:
فَأَغۡوَیۡنَـٰكُمۡ إِنَّا كُنَّا غَـٰوِینَ ﴿٣٢﴾
Biz sizi azdırdıq. Çünki biz özümüz də azmışdıq”.(32)
Tafseer:
فَإِنَّهُمۡ یَوۡمَىِٕذࣲ فِی ٱلۡعَذَابِ مُشۡتَرِكُونَ ﴿٣٣﴾
O gün onlar (tabe olanlar və başçılar) əzabda şərik olacaqlar.(33)
Tafseer:
إِنَّا كَذَ ٰ⁠لِكَ نَفۡعَلُ بِٱلۡمُجۡرِمِینَ ﴿٣٤﴾
Biz günahkarlarla belə edərik.(34)
Tafseer:
إِنَّهُمۡ كَانُوۤاْ إِذَا قِیلَ لَهُمۡ لَاۤ إِلَـٰهَ إِلَّا ٱللَّهُ یَسۡتَكۡبِرُونَ ﴿٣٥﴾
Çünki onlara: “Allahdan başqa (ibadətə layiq olan) ilah yoxdur!”– deyildikdə təkəbbür göstərir(35)
Tafseer:
وَیَقُولُونَ أَىِٕنَّا لَتَارِكُوۤاْ ءَالِهَتِنَا لِشَاعِرࣲ مَّجۡنُونِۭ ﴿٣٦﴾
və: “Məgər bir dəli şairə görə ilahlarımızı tərkmi edəcəyik?!”– deyirdilər.(36)
Tafseer:
بَلۡ جَاۤءَ بِٱلۡحَقِّ وَصَدَّقَ ٱلۡمُرۡسَلِینَ ﴿٣٧﴾
Xeyr! O, haqla (Quranla) gəldi və (əvvəlki) peyğəmbərləri təsdiqlədi.(37)
Tafseer:
إِنَّكُمۡ لَذَاۤىِٕقُواْ ٱلۡعَذَابِ ٱلۡأَلِیمِ ﴿٣٨﴾
Siz (ey müşriklər) mütləq ağrılı-acılı əzabı dadacaqsınız.(38)
Tafseer:
وَمَا تُجۡزَوۡنَ إِلَّا مَا كُنتُمۡ تَعۡمَلُونَ ﴿٣٩﴾
Siz ancaq etdiyiniz əməllərə görə cəzalandırılacaqsınız.(39)
Tafseer:
إِلَّا عِبَادَ ٱللَّهِ ٱلۡمُخۡلَصِینَ ﴿٤٠﴾
Yalnız Allahın ixlaslı qulları (bundan) müstəsnadır.(40)
Tafseer:
أُوْلَـٰۤىِٕكَ لَهُمۡ رِزۡقࣱ مَّعۡلُومࣱ ﴿٤١﴾
Onlar üçün məlum bir ruzi vardır –(41)
Tafseer:
فَوَ ٰ⁠كِهُ وَهُم مُّكۡرَمُونَ ﴿٤٢﴾
(Cənnət) meyvələri. Onlara ehtiram göstəriləcək –(42)
Tafseer:
فِی جَنَّـٰتِ ٱلنَّعِیمِ ﴿٤٣﴾
Nəim cənnətlərində.(43)
Tafseer:
عَلَىٰ سُرُرࣲ مُّتَقَـٰبِلِینَ ﴿٤٤﴾
(Onlar) taxtlar üstündə bir-biri ilə üzbəüz (oturacaqlar).(44)
Tafseer:
یُطَافُ عَلَیۡهِم بِكَأۡسࣲ مِّن مَّعِینِۭ ﴿٤٥﴾
Onların ətrafında çeşmə şərabı ilə dolu piyalələr dolandırılacaq.(45)
Tafseer:
بَیۡضَاۤءَ لَذَّةࣲ لِّلشَّـٰرِبِینَ ﴿٤٦﴾
Ağappaq, içənlərə ləzzət verən (bir şərab).(46)
Tafseer:
لَا فِیهَا غَوۡلࣱ وَلَا هُمۡ عَنۡهَا یُنزَفُونَ ﴿٤٧﴾
O (şərab) nə baş ağrısı verər, nə də onlar ondan sərxoş olarlar.(47)
Tafseer:
وَعِندَهُمۡ قَـٰصِرَ ٰ⁠تُ ٱلطَّرۡفِ عِینࣱ ﴿٤٨﴾
Onların yanında baxışları (öz ərlərinə) dikilmiş iri qara gözlü hurilər olacaqdır.(48)
Tafseer:
كَأَنَّهُنَّ بَیۡضࣱ مَّكۡنُونࣱ ﴿٤٩﴾
Sanki onlar qorunub saxlanılmış yumurtadırlar.(49)
Tafseer:
فَأَقۡبَلَ بَعۡضُهُمۡ عَلَىٰ بَعۡضࣲ یَتَسَاۤءَلُونَ ﴿٥٠﴾
Onlar bir-birilərinə tərəf dönüb soruşacaqlar.(50)
Tafseer:
قَالَ قَاۤىِٕلࣱ مِّنۡهُمۡ إِنِّی كَانَ لِی قَرِینࣱ ﴿٥١﴾
Onlardan biri deyəcək: “Mənim (öldükdən sonra yenidən dirilməyi inkar edən) bir yoldaşım var idi.(51)
Tafseer:
یَقُولُ أَءِنَّكَ لَمِنَ ٱلۡمُصَدِّقِینَ ﴿٥٢﴾
O deyirdi: “Sən də inananlardansan?(52)
Tafseer:
أَءِذَا مِتۡنَا وَكُنَّا تُرَابࣰا وَعِظَـٰمًا أَءِنَّا لَمَدِینُونَ ﴿٥٣﴾
Məgər biz öldükdən, torpağa çevrilib sür-sümük olduqdan sonra haqq-hesaba çəkilib cəzalandırılacağıq?!”(53)
Tafseer:
قَالَ هَلۡ أَنتُم مُّطَّلِعُونَ ﴿٥٤﴾
O (sözünə davam edib) deyəcək: “Siz (onun harada olduğunu görmək) istəyirsinizmi?”(54)
Tafseer:
فَٱطَّلَعَ فَرَءَاهُ فِی سَوَاۤءِ ٱلۡجَحِیمِ ﴿٥٥﴾
O boylanıb (yoldaşını) Cəhənnəmin ortasında görəcək(55)
Tafseer:
قَالَ تَٱللَّهِ إِن كِدتَّ لَتُرۡدِینِ ﴿٥٦﴾
və deyəcək: “Allaha and olsun ki, sən məni də məhv edəcəkdin.(56)
Tafseer:
وَلَوۡلَا نِعۡمَةُ رَبِّی لَكُنتُ مِنَ ٱلۡمُحۡضَرِینَ ﴿٥٧﴾
Əgər Rəbbimin lütfü olmasaydı, mən də (Cəhənnəmə) gətirilənlərdən olardım.(57)
Tafseer:
أَفَمَا نَحۡنُ بِمَیِّتِینَ ﴿٥٨﴾
Doğrudanmı biz bir daha ölməyəcəyik?(58)
Tafseer:
إِلَّا مَوۡتَتَنَا ٱلۡأُولَىٰ وَمَا نَحۡنُ بِمُعَذَّبِینَ ﴿٥٩﴾
Yalnız ilk ölümümüzdən başqa. Biz əzaba da düçar olmayacağıq”.(59)
Tafseer:
إِنَّ هَـٰذَا لَهُوَ ٱلۡفَوۡزُ ٱلۡعَظِیمُ ﴿٦٠﴾
Həqiqətən, bu, böyük qurtuluşdur.(60)
Tafseer:
لِمِثۡلِ هَـٰذَا فَلۡیَعۡمَلِ ٱلۡعَـٰمِلُونَ ﴿٦١﴾
Qoy çalışanlar bunun üçün çalışsınlar!(61)
Tafseer:
أَذَ ٰ⁠لِكَ خَیۡرࣱ نُّزُلًا أَمۡ شَجَرَةُ ٱلزَّقُّومِ ﴿٦٢﴾
Ziyafət olaraq bu yaxşıdır, yoxsa zəqqum ağacı?!(62)
Tafseer:
إِنَّا جَعَلۡنَـٰهَا فِتۡنَةࣰ لِّلظَّـٰلِمِینَ ﴿٦٣﴾
Biz onu (zəqqum ağacını) zalımlar (Cəhənnəm atəşində hər hansı bir ağacın bitməsi qeymi mümkündür deyən kafirlər) üçün bir fitnə etdik.(63)
Tafseer:
إِنَّهَا شَجَرَةࣱ تَخۡرُجُ فِیۤ أَصۡلِ ٱلۡجَحِیمِ ﴿٦٤﴾
O, Cəhənnəmin dibindən çıxan bir ağacdır.(64)
Tafseer:
طَلۡعُهَا كَأَنَّهُۥ رُءُوسُ ٱلشَّیَـٰطِینِ ﴿٦٥﴾
Onun meyvəsi sanki şeytanların başları kimidir.(65)
Tafseer:
فَإِنَّهُمۡ لَـَٔاكِلُونَ مِنۡهَا فَمَالِـُٔونَ مِنۡهَا ٱلۡبُطُونَ ﴿٦٦﴾
(Günahkarlar) ondan yeyib qarınlarını dolduracaqlar.(66)
Tafseer:
ثُمَّ إِنَّ لَهُمۡ عَلَیۡهَا لَشَوۡبࣰا مِّنۡ حَمِیمࣲ ﴿٦٧﴾
Sonra da onlar üçün bunun üstündən qaynar su ilə qatışdırılmış bir içki vardır.(67)
Tafseer:
ثُمَّ إِنَّ مَرۡجِعَهُمۡ لَإِلَى ٱلۡجَحِیمِ ﴿٦٨﴾
Sonra onların qayıdacağı yer, əlbəttə ki, Cəhənnəmdir.(68)
Tafseer:
إِنَّهُمۡ أَلۡفَوۡاْ ءَابَاۤءَهُمۡ ضَاۤلِّینَ ﴿٦٩﴾
Çünki onlar ata-babalarını azmış gördülər,(69)
Tafseer:
فَهُمۡ عَلَىٰۤ ءَاثَـٰرِهِمۡ یُهۡرَعُونَ ﴿٧٠﴾
özləri də tələm-tələsik onların izini tutub getdilər.(70)
Tafseer:
وَلَقَدۡ ضَلَّ قَبۡلَهُمۡ أَكۡثَرُ ٱلۡأَوَّلِینَ ﴿٧١﴾
Artıq onlardan öncə əvvəlkilərin çoxu zəlalətə düşmüşdü.(71)
Tafseer:
وَلَقَدۡ أَرۡسَلۡنَا فِیهِم مُّنذِرِینَ ﴿٧٢﴾
Biz onlara xəbərdar edən (peyğəmbərlər) göndərmişdik.(72)
Tafseer:
فَٱنظُرۡ كَیۡفَ كَانَ عَـٰقِبَةُ ٱلۡمُنذَرِینَ ﴿٧٣﴾
Bax gör xəbərdar edilənlərin aqibəti necə oldu.(73)
Tafseer:
إِلَّا عِبَادَ ٱللَّهِ ٱلۡمُخۡلَصِینَ ﴿٧٤﴾
Yalnız Allahın ixlaslı qullarından başqa.(74)
Tafseer:
وَلَقَدۡ نَادَىٰنَا نُوحࣱ فَلَنِعۡمَ ٱلۡمُجِیبُونَ ﴿٧٥﴾
Nuh Bizi (dua edib) çağırdı. Biz çağırışa necə də gözəl cavab verənik!(75)
Tafseer:
وَنَجَّیۡنَـٰهُ وَأَهۡلَهُۥ مِنَ ٱلۡكَرۡبِ ٱلۡعَظِیمِ ﴿٧٦﴾
Biz onu və ailəsini böyük sıxıntıdan qurtardıq.(76)
Tafseer:
وَجَعَلۡنَا ذُرِّیَّتَهُۥ هُمُ ٱلۡبَاقِینَ ﴿٧٧﴾
Təkcə onun nəslini (yer üzündə) qalanlar etdik.(77)
Tafseer:
وَتَرَكۡنَا عَلَیۡهِ فِی ٱلۡـَٔاخِرِینَ ﴿٧٨﴾
Sonra gələnlər arasında onun üçün (gözəl xatirə) qoyduq;(78)
Tafseer:
سَلَـٰمٌ عَلَىٰ نُوحࣲ فِی ٱلۡعَـٰلَمِینَ ﴿٧٩﴾
aləmlər içərisində Nuha salam olsun!(79)
Tafseer:
إِنَّا كَذَ ٰ⁠لِكَ نَجۡزِی ٱلۡمُحۡسِنِینَ ﴿٨٠﴾
Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.(80)
Tafseer:
إِنَّهُۥ مِنۡ عِبَادِنَا ٱلۡمُؤۡمِنِینَ ﴿٨١﴾
O, Bizim mömin qullarımızdan idi.(81)
Tafseer:
ثُمَّ أَغۡرَقۡنَا ٱلۡـَٔاخَرِینَ ﴿٨٢﴾
Sonra o birilərini suya qərq etdik.(82)
Tafseer:
۞ وَإِنَّ مِن شِیعَتِهِۦ لَإِبۡرَ ٰ⁠هِیمَ ﴿٨٣﴾
Həqiqətən, İbrahim onun ardıcıllarından idi.(83)
Tafseer:
إِذۡ جَاۤءَ رَبَّهُۥ بِقَلۡبࣲ سَلِیمٍ ﴿٨٤﴾
Bir zaman o, öz Rəbbinin hüzuruna pak bir qəlblə gəlmişdi.(84)
Tafseer:
إِذۡ قَالَ لِأَبِیهِ وَقَوۡمِهِۦ مَاذَا تَعۡبُدُونَ ﴿٨٥﴾
O zaman o, atasına və qövmünə demişdi: “Siz nəyə ibadət edirsiniz?(85)
Tafseer:
أَىِٕفۡكًا ءَالِهَةࣰ دُونَ ٱللَّهِ تُرِیدُونَ ﴿٨٦﴾
Allahı qoyub uydurma ilahlarımı istəyirsiniz?(86)
Tafseer:
فَمَا ظَنُّكُم بِرَبِّ ٱلۡعَـٰلَمِینَ ﴿٨٧﴾
Aləmlərin Rəbbi barəsində zənniniz nədir?”(87)
Tafseer:
فَنَظَرَ نَظۡرَةࣰ فِی ٱلنُّجُومِ ﴿٨٨﴾
O, ulduzlara bir nəzər saldı(88)
Tafseer:
فَقَالَ إِنِّی سَقِیمࣱ ﴿٨٩﴾
“Mən xəstəyəm!”– dedi.(89)
Tafseer:
فَتَوَلَّوۡاْ عَنۡهُ مُدۡبِرِینَ ﴿٩٠﴾
Onlar ondan (İbrahimdən) üz çevirib getdilər.(90)
Tafseer:
فَرَاغَ إِلَىٰۤ ءَالِهَتِهِمۡ فَقَالَ أَلَا تَأۡكُلُونَ ﴿٩١﴾
O, xəlvətcə onların ilahlarının yanına gəlib (istehza ilə) dedi: “Siz (bu təamları) yemirsiniz?!(91)
Tafseer:
مَا لَكُمۡ لَا تَنطِقُونَ ﴿٩٢﴾
Sizə nə olub ki, danışmırsınız?!”(92)
Tafseer:
فَرَاغَ عَلَیۡهِمۡ ضَرۡبَۢا بِٱلۡیَمِینِ ﴿٩٣﴾
Sonra onlara yaxınlaşıb sağ əli ilə bir zərbə endirdi.(93)
Tafseer:
فَأَقۡبَلُوۤاْ إِلَیۡهِ یَزِفُّونَ ﴿٩٤﴾
(Qövmü) tələm-tələsik onun yanına gəldi.(94)
Tafseer:
قَالَ أَتَعۡبُدُونَ مَا تَنۡحِتُونَ ﴿٩٥﴾
O dedi: “Siz (öz əllərinizlə) yonub düzəltdiklərinizəmi ibadət edirsiniz?(95)
Tafseer:
وَٱللَّهُ خَلَقَكُمۡ وَمَا تَعۡمَلُونَ ﴿٩٦﴾
Halbuki sizi də, sizin etdiklərinizi (öz əllərinizlə düzəltdiklərinizi) də Allah yaratmışdır”.(96)
Tafseer:
قَالُواْ ٱبۡنُواْ لَهُۥ بُنۡیَـٰنࣰا فَأَلۡقُوهُ فِی ٱلۡجَحِیمِ ﴿٩٧﴾
Onlar: “Bunun (İbrahim) üçün bir bina tikin və onu oda atın!”– dedilər.(97)
Tafseer:
فَأَرَادُواْ بِهِۦ كَیۡدࣰا فَجَعَلۡنَـٰهُمُ ٱلۡأَسۡفَلِینَ ﴿٩٨﴾
Beləcə ona (İbrahimə) hiylə qurmaq istədilər, Biz də onları rüsvay etdik.(98)
Tafseer:
وَقَالَ إِنِّی ذَاهِبٌ إِلَىٰ رَبِّی سَیَهۡدِینِ ﴿٩٩﴾
O dedi: “Mən Rəbbimə doğru gedirəm. O məni doğru yola yönəldəcəkdir”.(99)
Tafseer:
رَبِّ هَبۡ لِی مِنَ ٱلصَّـٰلِحِینَ ﴿١٠٠﴾
O (dedi:) “Ey Rəbbim! Mənə əməlisalehlərdən olan (bir övlad) bəxş et!”(100)
Tafseer:
فَبَشَّرۡنَـٰهُ بِغُلَـٰمٍ حَلِیمࣲ ﴿١٠١﴾
Biz də onu həlim xasiyyətli bir oğlan uşağı (İsmail) ilə müjdələdik.(101)
Tafseer:
فَلَمَّا بَلَغَ مَعَهُ ٱلسَّعۡیَ قَالَ یَـٰبُنَیَّ إِنِّیۤ أَرَىٰ فِی ٱلۡمَنَامِ أَنِّیۤ أَذۡبَحُكَ فَٱنظُرۡ مَاذَا تَرَىٰۚ قَالَ یَـٰۤأَبَتِ ٱفۡعَلۡ مَا تُؤۡمَرُۖ سَتَجِدُنِیۤ إِن شَاۤءَ ٱللَّهُ مِنَ ٱلصَّـٰبِرِینَ ﴿١٠٢﴾
O, böyüyüb (atası ilə) bərabər çalışmaq həddinə çatdıqda (İbrahim) dedi: “Oğlum! Yuxuda səni qurban kəsdiyimi gördüm. Bax gör nə düşünürsən!” O dedi: “Atacan! Sənə buyurulanı yerinə yetir. İnşallah mənim səbirlilərdən olduğumu görəcəksən”.(102)
Tafseer:
فَلَمَّاۤ أَسۡلَمَا وَتَلَّهُۥ لِلۡجَبِینِ ﴿١٠٣﴾
Hər ikisi (Allahın əmrinə) tabe olduqları və (İbrahim) onu üzüstə yerə yıxdığı zaman(103)
Tafseer:
وَنَـٰدَیۡنَـٰهُ أَن یَـٰۤإِبۡرَ ٰ⁠هِیمُ ﴿١٠٤﴾
Biz onu çağırıb dedik: “Ey İbrahim!(104)
Tafseer:
قَدۡ صَدَّقۡتَ ٱلرُّءۡیَاۤۚ إِنَّا كَذَ ٰ⁠لِكَ نَجۡزِی ٱلۡمُحۡسِنِینَ ﴿١٠٥﴾
Artıq sən yuxunu təsdiq etdin!” Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.(105)
Tafseer:
إِنَّ هَـٰذَا لَهُوَ ٱلۡبَلَـٰۤؤُاْ ٱلۡمُبِینُ ﴿١٠٦﴾
Həqiqətən də, bu, açıq-aydın bir imtahandır.(106)
Tafseer:
وَفَدَیۡنَـٰهُ بِذِبۡحٍ عَظِیمࣲ ﴿١٠٧﴾
Biz onun (İsmailin) əvəzinə (İbrahimə) böyük bir qurbanlığı fidyə verdik.(107)
Tafseer:
وَتَرَكۡنَا عَلَیۡهِ فِی ٱلۡـَٔاخِرِینَ ﴿١٠٨﴾
Sonradan gələnlər arasında ona (gözəl xatirə) qoyduq.(108)
Tafseer:
سَلَـٰمٌ عَلَىٰۤ إِبۡرَ ٰ⁠هِیمَ ﴿١٠٩﴾
İbrahimə salam olsun!(109)
Tafseer:
كَذَ ٰ⁠لِكَ نَجۡزِی ٱلۡمُحۡسِنِینَ ﴿١١٠﴾
Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.(110)
Tafseer:
إِنَّهُۥ مِنۡ عِبَادِنَا ٱلۡمُؤۡمِنِینَ ﴿١١١﴾
O, Bizim mömin qullarımızdan idi.(111)
Tafseer:
وَبَشَّرۡنَـٰهُ بِإِسۡحَـٰقَ نَبِیࣰّا مِّنَ ٱلصَّـٰلِحِینَ ﴿١١٢﴾
Ona əməlisalehlərdən olacaq bir peyğəmbər – İshaq ilə müjdə verdik.(112)
Tafseer:
وَبَـٰرَكۡنَا عَلَیۡهِ وَعَلَىٰۤ إِسۡحَـٰقَۚ وَمِن ذُرِّیَّتِهِمَا مُحۡسِنࣱ وَظَالِمࣱ لِّنَفۡسِهِۦ مُبِینࣱ ﴿١١٣﴾
Biz ona və İshaqa bərəkət verdik. Hər ikisinin nəslində yaxşı iş görənləri də var, açıq-aydın özünə zülm edənləri də.(113)
Tafseer:
وَلَقَدۡ مَنَنَّا عَلَىٰ مُوسَىٰ وَهَـٰرُونَ ﴿١١٤﴾
Biz Musa ilə Haruna da nemət (peyğəmbərlik) bəxş etdik.(114)
Tafseer:
وَنَجَّیۡنَـٰهُمَا وَقَوۡمَهُمَا مِنَ ٱلۡكَرۡبِ ٱلۡعَظِیمِ ﴿١١٥﴾
Onların hər ikisini və qövmlərini böyük sıxıntıdan qurtardıq.(115)
Tafseer:
وَنَصَرۡنَـٰهُمۡ فَكَانُواْ هُمُ ٱلۡغَـٰلِبِینَ ﴿١١٦﴾
Onlara kömək etdik, onlar qalib oldular.(116)
Tafseer:
وَءَاتَیۡنَـٰهُمَا ٱلۡكِتَـٰبَ ٱلۡمُسۡتَبِینَ ﴿١١٧﴾
Onların ikisinə də aydın bir Kitab (Tövrat) verdik.(117)
Tafseer:
وَهَدَیۡنَـٰهُمَا ٱلصِّرَ ٰ⁠طَ ٱلۡمُسۡتَقِیمَ ﴿١١٨﴾
Hər ikisini də doğru yola yönəltdik.(118)
Tafseer:
وَتَرَكۡنَا عَلَیۡهِمَا فِی ٱلۡـَٔاخِرِینَ ﴿١١٩﴾
Sonradan gələnlər arasında hər ikisinə (gözəl xatirə) qoyduq.(119)
Tafseer:
سَلَـٰمٌ عَلَىٰ مُوسَىٰ وَهَـٰرُونَ ﴿١٢٠﴾
Musaya və Haruna salam olsun!(120)
Tafseer:
إِنَّا كَذَ ٰ⁠لِكَ نَجۡزِی ٱلۡمُحۡسِنِینَ ﴿١٢١﴾
Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.(121)
Tafseer:
إِنَّهُمَا مِنۡ عِبَادِنَا ٱلۡمُؤۡمِنِینَ ﴿١٢٢﴾
Onların ikisi Bizim mömin qullarımızdan idi.(122)
Tafseer:
وَإِنَّ إِلۡیَاسَ لَمِنَ ٱلۡمُرۡسَلِینَ ﴿١٢٣﴾
Şübhəsiz ki, İlyas da elçilərdəndir.(123)
Tafseer:
إِذۡ قَالَ لِقَوۡمِهِۦۤ أَلَا تَتَّقُونَ ﴿١٢٤﴾
Bir zaman o öz qövmünə demişdi: “Məgər qorxmursunuz?(124)
Tafseer:
أَتَدۡعُونَ بَعۡلࣰا وَتَذَرُونَ أَحۡسَنَ ٱلۡخَـٰلِقِینَ ﴿١٢٥﴾
Siz yaradanların ən yaxşısını qoyub niyə Bələ (Bəl adlı bütə) dua edirsiniz”.(125)
Tafseer:
ٱللَّهَ رَبَّكُمۡ وَرَبَّ ءَابَاۤىِٕكُمُ ٱلۡأَوَّلِینَ ﴿١٢٦﴾
Allah sizin də Rəbbinizdir və sizdən əvvəlki atalarınızın da Rəbbidir.(126)
Tafseer:
فَكَذَّبُوهُ فَإِنَّهُمۡ لَمُحۡضَرُونَ ﴿١٢٧﴾
Onlar onu yalançı saydılar. Ona görə də hamısı (Cəhənnəmə) gətiriləcəkdir.(127)
Tafseer:
إِلَّا عِبَادَ ٱللَّهِ ٱلۡمُخۡلَصِینَ ﴿١٢٨﴾
Yalnız Allahın ixlaslı qullarından başqa.(128)
Tafseer:
وَتَرَكۡنَا عَلَیۡهِ فِی ٱلۡـَٔاخِرِینَ ﴿١٢٩﴾
Sonradan gələnlər arasında ona (gözəl xatirə) qoyduq.(129)
Tafseer:
سَلَـٰمٌ عَلَىٰۤ إِلۡ یَاسِینَ ﴿١٣٠﴾
İlyasinə salam olsun!(130)
Tafseer:
إِنَّا كَذَ ٰ⁠لِكَ نَجۡزِی ٱلۡمُحۡسِنِینَ ﴿١٣١﴾
Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.(131)
Tafseer:
إِنَّهُۥ مِنۡ عِبَادِنَا ٱلۡمُؤۡمِنِینَ ﴿١٣٢﴾
O Bizim mömin qullarımızdan idi.(132)
Tafseer:
وَإِنَّ لُوطࣰا لَّمِنَ ٱلۡمُرۡسَلِینَ ﴿١٣٣﴾
Şübhəsiz ki, Lut da elçilərdəndir.(133)
Tafseer:
إِذۡ نَجَّیۡنَـٰهُ وَأَهۡلَهُۥۤ أَجۡمَعِینَ ﴿١٣٤﴾
Bir zaman Biz onu və onun bütün ailəsini xilas etdik.(134)
Tafseer:
إِلَّا عَجُوزࣰا فِی ٱلۡغَـٰبِرِینَ ﴿١٣٥﴾
Yalnız geridə qalanların içində olan yaşlı bir qadından başqa.(135)
Tafseer:
ثُمَّ دَمَّرۡنَا ٱلۡـَٔاخَرِینَ ﴿١٣٦﴾
Sonra da o birilərini məhv etdik.(136)
Tafseer:
وَإِنَّكُمۡ لَتَمُرُّونَ عَلَیۡهِم مُّصۡبِحِینَ ﴿١٣٧﴾
Siz (həm) səhər çağı onların yurdundan keçirsiniz,(137)
Tafseer:
وَبِٱلَّیۡلِۚ أَفَلَا تَعۡقِلُونَ ﴿١٣٨﴾
(həm də) axşam çağı. Məgər anlamırsınız?(138)
Tafseer:
وَإِنَّ یُونُسَ لَمِنَ ٱلۡمُرۡسَلِینَ ﴿١٣٩﴾
Şübhəsiz ki, Yunus da elçilərdəndir(139)
Tafseer:
إِذۡ أَبَقَ إِلَى ٱلۡفُلۡكِ ٱلۡمَشۡحُونِ ﴿١٤٠﴾
Bir zaman o, yüklü bir gəmiyə qaçmışdı.(140)
Tafseer:
فَسَاهَمَ فَكَانَ مِنَ ٱلۡمُدۡحَضِینَ ﴿١٤١﴾
Püşk atmış və uduzanlardan olmuşdu.(141)
Tafseer:
فَٱلۡتَقَمَهُ ٱلۡحُوتُ وَهُوَ مُلِیمࣱ ﴿١٤٢﴾
O, qınanmış bir halda (dənizə atılarkən) balıq onu uddu.(142)
Tafseer:
فَلَوۡلَاۤ أَنَّهُۥ كَانَ مِنَ ٱلۡمُسَبِّحِینَ ﴿١٤٣﴾
Əgər o, Allaha təsbih edənlərdən olmasaydı,(143)
Tafseer:
لَلَبِثَ فِی بَطۡنِهِۦۤ إِلَىٰ یَوۡمِ یُبۡعَثُونَ ﴿١٤٤﴾
balığın qarnında Qiyamət gününə qədər qalardı.(144)
Tafseer:
۞ فَنَبَذۡنَـٰهُ بِٱلۡعَرَاۤءِ وَهُوَ سَقِیمࣱ ﴿١٤٥﴾
O xəstə olduğu bir halda Biz onu (ağac və bitki olmayan) boş bir yerə çıxartdıq.(145)
Tafseer:
وَأَنۢبَتۡنَا عَلَیۡهِ شَجَرَةࣰ مِّن یَقۡطِینࣲ ﴿١٤٦﴾
Və üstünə (kölgə salmaq üçün) qabaq növündən (iriyarpaqlı) bir ağac bitirdik.(146)
Tafseer:
وَأَرۡسَلۡنَـٰهُ إِلَىٰ مِاْئَةِ أَلۡفٍ أَوۡ یَزِیدُونَ ﴿١٤٧﴾
Biz onu yüz min nəfərə yaxud daha çox kimsəyə (peyğəmbər) göndərdik.(147)
Tafseer:
فَـَٔامَنُواْ فَمَتَّعۡنَـٰهُمۡ إِلَىٰ حِینࣲ ﴿١٤٨﴾
Onlar ona iman gətirdilər, Biz də onlara müəyyən vaxtadək (ömürlərinin sonuna qədər) firavanlıq nəsib etdik.(148)
Tafseer:
فَٱسۡتَفۡتِهِمۡ أَلِرَبِّكَ ٱلۡبَنَاتُ وَلَهُمُ ٱلۡبَنُونَ ﴿١٤٩﴾
(Ey Muhamməd) Onlardan (Kafirlərdən) soruş: “Qızlar Rəbbin üçün, oğlanlar isə onlar üçündür?!”(149)
Tafseer:
أَمۡ خَلَقۡنَا ٱلۡمَلَـٰۤىِٕكَةَ إِنَـٰثࣰا وَهُمۡ شَـٰهِدُونَ ﴿١٥٠﴾
Yoxsa Biz mələkləri dişi yaratmışıq və onlar da buna şahid olublar?!(150)
Tafseer:
أَلَاۤ إِنَّهُم مِّنۡ إِفۡكِهِمۡ لَیَقُولُونَ ﴿١٥١﴾
Agah olun ki, onlar öz yalanlarına görə belə deyəcəklər:(151)
Tafseer:
وَلَدَ ٱللَّهُ وَإِنَّهُمۡ لَكَـٰذِبُونَ ﴿١٥٢﴾
“Allah doğmuşdur”. Şübhəsiz ki, onlar yalançıdırlar.(152)
Tafseer:
أَصۡطَفَى ٱلۡبَنَاتِ عَلَى ٱلۡبَنِینَ ﴿١٥٣﴾
Məgər (Allah) qızları oğlanlardan üstünmü tutmuşdur?!(153)
Tafseer:
مَا لَكُمۡ كَیۡفَ تَحۡكُمُونَ ﴿١٥٤﴾
Sizə nə olub, necə hökm verirsiniz?!(154)
Tafseer:
أَفَلَا تَذَكَّرُونَ ﴿١٥٥﴾
Məgər düşünmürsünüz?!(155)
Tafseer:
أَمۡ لَكُمۡ سُلۡطَـٰنࣱ مُّبِینࣱ ﴿١٥٦﴾
Yoxsa sizin aydın bir dəliliniz var?!(156)
Tafseer:
فَأۡتُواْ بِكِتَـٰبِكُمۡ إِن كُنتُمۡ صَـٰدِقِینَ ﴿١٥٧﴾
Əgər doğru deyirsinizsə, kitabınızı gətirin!(157)
Tafseer:
وَجَعَلُواْ بَیۡنَهُۥ وَبَیۡنَ ٱلۡجِنَّةِ نَسَبࣰاۚ وَلَقَدۡ عَلِمَتِ ٱلۡجِنَّةُ إِنَّهُمۡ لَمُحۡضَرُونَ ﴿١٥٨﴾
Onlar (Müşriklər) Allahla cinlər arasında qohumluq olduğunu uydurdular. Həqiqətən, cinlər onların məhşərə gətiriləcəyini bilirlər.(158)
Tafseer:
سُبۡحَـٰنَ ٱللَّهِ عَمَّا یَصِفُونَ ﴿١٥٩﴾
Allah onların (müşriklərin Allahı) vəsf etdikləri sifətlərdən uzaqdır.(159)
Tafseer:
إِلَّا عِبَادَ ٱللَّهِ ٱلۡمُخۡلَصِینَ ﴿١٦٠﴾
Yalnız Allahın ixlaslı qullarından başqa.(160)
Tafseer:
فَإِنَّكُمۡ وَمَا تَعۡبُدُونَ ﴿١٦١﴾
(Ey müşriklər!) Nə siz, nə də sizin ibadət etdikləriniz(161)
Tafseer:
مَاۤ أَنتُمۡ عَلَیۡهِ بِفَـٰتِنِینَ ﴿١٦٢﴾
heç kəsi (Allaha qarşı) yoldan çıxara bilməzsiniz.(162)
Tafseer:
إِلَّا مَنۡ هُوَ صَالِ ٱلۡجَحِیمِ ﴿١٦٣﴾
Ancaq Cəhənnəmə girəcək kimsədən başqa.(163)
Tafseer:
وَمَا مِنَّاۤ إِلَّا لَهُۥ مَقَامࣱ مَّعۡلُومࣱ ﴿١٦٤﴾
(Mələklər dedi:) “Bizlərdən hər kəsin müəyyən bir yeri vardır.(164)
Tafseer:
وَإِنَّا لَنَحۡنُ ٱلصَّاۤفُّونَ ﴿١٦٥﴾
Həqiqətən, biz səf-səf dururuq.(165)
Tafseer:
وَإِنَّا لَنَحۡنُ ٱلۡمُسَبِّحُونَ ﴿١٦٦﴾
Həqiqətən, biz (Allahın şəninə) təriflər deyirik”.(166)
Tafseer:
وَإِن كَانُواْ لَیَقُولُونَ ﴿١٦٧﴾
(Halbuki müşriklər) deyirdilər:(167)
Tafseer:
لَوۡ أَنَّ عِندَنَا ذِكۡرࣰا مِّنَ ٱلۡأَوَّلِینَ ﴿١٦٨﴾
“Əgər bizdə də əvvəlkilərdə olan zikrdən (o kitabdan) olsaydı,(168)
Tafseer:
لَكُنَّا عِبَادَ ٱللَّهِ ٱلۡمُخۡلَصِینَ ﴿١٦٩﴾
biz mütləq Allahın ixlaslı qulları olardıq”.(169)
Tafseer:
فَكَفَرُواْ بِهِۦۖ فَسَوۡفَ یَعۡلَمُونَ ﴿١٧٠﴾
Lakin onlar onu (Quranı) inkar etdilər. Onlar tezliklə biləcəklər.(170)
Tafseer:
وَلَقَدۡ سَبَقَتۡ كَلِمَتُنَا لِعِبَادِنَا ٱلۡمُرۡسَلِینَ ﴿١٧١﴾
Elçi göndərdiyimiz qullarımız haqqında (bu) Sözümüz əzəldən deyilmişdi:(171)
Tafseer:
إِنَّهُمۡ لَهُمُ ٱلۡمَنصُورُونَ ﴿١٧٢﴾
“Onlara yardım ediləcəkdir.(172)
Tafseer:
وَإِنَّ جُندَنَا لَهُمُ ٱلۡغَـٰلِبُونَ ﴿١٧٣﴾
Ordumuz mütləq qalib gələcəkdir”.(173)
Tafseer:
فَتَوَلَّ عَنۡهُمۡ حَتَّىٰ حِینࣲ ﴿١٧٤﴾
(Ey Peyğəmbər!) Bir müddət onlardan üz çevir!(174)
Tafseer:
وَأَبۡصِرۡهُمۡ فَسَوۡفَ یُبۡصِرُونَ ﴿١٧٥﴾
Onlara bax! Onlar tezliklə (əzabı) görəcəklər.(175)
Tafseer:
أَفَبِعَذَابِنَا یَسۡتَعۡجِلُونَ ﴿١٧٦﴾
Yoxsa onlar əzabımızamı tələsirlər?(176)
Tafseer:
فَإِذَا نَزَلَ بِسَاحَتِهِمۡ فَسَاۤءَ صَبَاحُ ٱلۡمُنذَرِینَ ﴿١٧٧﴾
Əzab onların yurdlarına yetişdiyi zaman qorxudulanların sabahı necə də pis olacaqdır!(177)
Tafseer:
وَتَوَلَّ عَنۡهُمۡ حَتَّىٰ حِینࣲ ﴿١٧٨﴾
(Ey Peyğəmbər!) Bir müddət onlardan üz çevir!(178)
Tafseer:
وَأَبۡصِرۡ فَسَوۡفَ یُبۡصِرُونَ ﴿١٧٩﴾
Onlara bax! Onlar tezliklə (əzabı) görəcəklər.(179)
Tafseer:
سُبۡحَـٰنَ رَبِّكَ رَبِّ ٱلۡعِزَّةِ عَمَّا یَصِفُونَ ﴿١٨٠﴾
Sənin pak və müqəddəs Rəbbin - qüdrət sahibi olan Rəbbin müşriklərin Onu vəsf etdikləri sifətlərdən uzaqdır.(180)
Tafseer:
وَسَلَـٰمٌ عَلَى ٱلۡمُرۡسَلِینَ ﴿١٨١﴾
Elçilərə salam olsun!(181)
Tafseer:
وَٱلۡحَمۡدُ لِلَّهِ رَبِّ ٱلۡعَـٰلَمِینَ ﴿١٨٢﴾
Həmd, aləmlərin Rəbbi olan Allaha məxsusdur!(182)
Tafseer: