This page contains the Arabic text, audio recitation, and Azəri translation of Surah əl-Qiyamə - Al-Qiyāmah.
لَاۤ أُقۡسِمُ بِیَوۡمِ ٱلۡقِیَـٰمَةِ
﴿١﴾
And içirəm Qiyamət gününə!(1)
Tafseer:
وَلَاۤ أُقۡسِمُ بِٱلنَّفۡسِ ٱللَّوَّامَةِ
﴿٢﴾
And içirəm özünü qınayan nəfsə!(2)
Tafseer:
أَیَحۡسَبُ ٱلۡإِنسَـٰنُ أَلَّن نَّجۡمَعَ عِظَامَهُۥ
﴿٣﴾
Məgər insan (ölüb çürüdükdən sonra) onun sümüklərini bir yerə yığa bilməyəcəyimizimi zənn edir?!(3)
Tafseer:
بَلَىٰ قَـٰدِرِینَ عَلَىٰۤ أَن نُّسَوِّیَ بَنَانَهُۥ
﴿٤﴾
Bəli, Biz onun barmaq uclarını da bərpa etməyə qadirik.(4)
Tafseer:
بَلۡ یُرِیدُ ٱلۡإِنسَـٰنُ لِیَفۡجُرَ أَمَامَهُۥ
﴿٥﴾
Lakin insan (bundan sonra da) günah etmək istəyər.(5)
Tafseer:
یَسۡـَٔلُ أَیَّانَ یَوۡمُ ٱلۡقِیَـٰمَةِ
﴿٦﴾
O: “Qiyamət günü nə vaxt olacaq!”– deyə (rişxəndlə) soruşur.(6)
Tafseer:
فَإِذَا بَرِقَ ٱلۡبَصَرُ
﴿٧﴾
Göz bərələcəyi,(7)
Tafseer:
وَخَسَفَ ٱلۡقَمَرُ
﴿٨﴾
ay tutulacağı(8)
Tafseer:
وَجُمِعَ ٱلشَّمۡسُ وَٱلۡقَمَرُ
﴿٩﴾
günəşlə ayın qovuşacağı zaman –(9)
Tafseer:
یَقُولُ ٱلۡإِنسَـٰنُ یَوۡمَىِٕذٍ أَیۡنَ ٱلۡمَفَرُّ
﴿١٠﴾
o gün insan: “Qaçacaq yer haradadır?”– deyəcəkdir.(10)
Tafseer:
كَلَّا لَا وَزَرَ
﴿١١﴾
Xeyr, (o gün) pənah aparılacaq yer olmayacaqdır.(11)
Tafseer:
إِلَىٰ رَبِّكَ یَوۡمَىِٕذٍ ٱلۡمُسۡتَقَرُّ
﴿١٢﴾
O gün qayıdış (ancaq) Rəbbinə olacaqdır.(12)
Tafseer:
یُنَبَّؤُاْ ٱلۡإِنسَـٰنُ یَوۡمَىِٕذِۭ بِمَا قَدَّمَ وَأَخَّرَ
﴿١٣﴾
O gün insana etdiyi və sonraya saxladığı (əməlləri) barədə xəbər veriləcəkdir.(13)
Tafseer:
بَلِ ٱلۡإِنسَـٰنُ عَلَىٰ نَفۡسِهِۦ بَصِیرَةࣱ
﴿١٤﴾
Əslində, insan öz əleyhinə şahiddir.(14)
Tafseer:
وَلَوۡ أَلۡقَىٰ مَعَاذِیرَهُۥ
﴿١٥﴾
Hər cür üzrxahlıq etsə də (fayda verməz)!(15)
Tafseer:
لَا تُحَرِّكۡ بِهِۦ لِسَانَكَ لِتَعۡجَلَ بِهِۦۤ
﴿١٦﴾
(Ey Peyğəmbər! Cəbrail sənə Quranı nazil etdikdə) onu tələm-tələsik yadda saxlamaq üçün dilini tərpətmə!(16)
Tafseer:
إِنَّ عَلَیۡنَا جَمۡعَهُۥ وَقُرۡءَانَهُۥ
﴿١٧﴾
Şübhəsiz ki, onu (qəlbində) cəm etmək və (dilində) oxutmaq Bizə aiddir.(17)
Tafseer:
فَإِذَا قَرَأۡنَـٰهُ فَٱتَّبِعۡ قُرۡءَانَهُۥ
﴿١٨﴾
Biz onu (Cəbrailin dili ilə) oxuduğumuz zaman sən onun oxunuşuna tabe ol.(18)
Tafseer:
ثُمَّ إِنَّ عَلَیۡنَا بَیَانَهُۥ
﴿١٩﴾
Sonra onu bəyan etmək də Bizə aiddir.(19)
Tafseer:
كَلَّا بَلۡ تُحِبُّونَ ٱلۡعَاجِلَةَ
﴿٢٠﴾
Xeyr! Əksinə, siz tez ötüb keçəni (fani dünyanı) sevirsiniz.(20)
Tafseer:
وَتَذَرُونَ ٱلۡـَٔاخِرَةَ
﴿٢١﴾
Axirəti isə tərk edirsiniz.(21)
Tafseer:
وُجُوهࣱ یَوۡمَىِٕذࣲ نَّاضِرَةٌ
﴿٢٢﴾
O gün (bir çox) üzlər parlayacaq,(22)
Tafseer:
إِلَىٰ رَبِّهَا نَاظِرَةࣱ
﴿٢٣﴾
öz Rəbbinə baxacaqdır.(23)
Tafseer:
وَوُجُوهࣱ یَوۡمَىِٕذِۭ بَاسِرَةࣱ
﴿٢٤﴾
O gün (bir çox) üzlər də tutulub qaralacaq,(24)
Tafseer:
تَظُنُّ أَن یُفۡعَلَ بِهَا فَاقِرَةࣱ
﴿٢٥﴾
ona böyük bir müsibət üz verəcəyini zənn edəcəkdir.(25)
Tafseer:
كَلَّاۤ إِذَا بَلَغَتِ ٱلتَّرَاقِیَ
﴿٢٦﴾
Xeyr, (ruh) körpücük sümüklərinə yetişəcəyi zaman;(26)
Tafseer:
وَقِیلَ مَنۡۜ رَاقࣲ
﴿٢٧﴾
“Kimdir ovsun edən?”– deyiləcək.(27)
Tafseer:
وَظَنَّ أَنَّهُ ٱلۡفِرَاقُ
﴿٢٨﴾
(Can verən kimsə dünya həyatından) ayrıldığını yəqin edəcəyi(28)
Tafseer:
وَٱلۡتَفَّتِ ٱلسَّاقُ بِٱلسَّاقِ
﴿٢٩﴾
ayaq ayağa dolaşacağı zaman –(29)
Tafseer:
إِلَىٰ رَبِّكَ یَوۡمَىِٕذٍ ٱلۡمَسَاقُ
﴿٣٠﴾
o gün (hər kəs) Rəbbinin hüzuruna gətiriləcək.(30)
Tafseer:
فَلَا صَدَّقَ وَلَا صَلَّىٰ
﴿٣١﴾
O (kafir) nə (Quranı) təsdiq etdi, nə də namaz qıldı.(31)
Tafseer:
وَلَـٰكِن كَذَّبَ وَتَوَلَّىٰ
﴿٣٢﴾
Lakin (haqqı) yalan saydı və üz döndərdi.(32)
Tafseer:
ثُمَّ ذَهَبَ إِلَىٰۤ أَهۡلِهِۦ یَتَمَطَّىٰۤ
﴿٣٣﴾
Sonra da lovğa-lovğa ailəsinin yanına getdi.(33)
Tafseer:
أَوۡلَىٰ لَكَ فَأَوۡلَىٰ
﴿٣٤﴾
Vay sənin halına, vay!(34)
Tafseer:
ثُمَّ أَوۡلَىٰ لَكَ فَأَوۡلَىٰۤ
﴿٣٥﴾
Sonra da vay sənin halına, vay!(35)
Tafseer:
أَیَحۡسَبُ ٱلۡإِنسَـٰنُ أَن یُتۡرَكَ سُدًى
﴿٣٦﴾
Yoxsa insan başlı-başına buraxılacağınımı güman edir?!(36)
Tafseer:
أَلَمۡ یَكُ نُطۡفَةࣰ مِّن مَّنِیࣲّ یُمۡنَىٰ
﴿٣٧﴾
Məgər o, mənidən axıdılan bir damla nütfə deyildimi?(37)
Tafseer:
ثُمَّ كَانَ عَلَقَةࣰ فَخَلَقَ فَسَوَّىٰ
﴿٣٨﴾
Sonra laxtalanmış qan oldu. Allah onu yaradıb kamil bir surət verdi.(38)
Tafseer:
فَجَعَلَ مِنۡهُ ٱلزَّوۡجَیۡنِ ٱلذَّكَرَ وَٱلۡأُنثَىٰۤ
﴿٣٩﴾
Ondan da biri kişi, biri qadın olmaqla iki cift yaratdı.(39)
Tafseer:
أَلَیۡسَ ذَ ٰلِكَ بِقَـٰدِرٍ عَلَىٰۤ أَن یُحۡـِۧیَ ٱلۡمَوۡتَىٰ
﴿٤٠﴾
Məgər (bunları edən) Allah ölüləri diriltməyə qadir deyilmi?(40)
Tafseer: