Surah ən-Nəbə - An-Naba’

Azəri Translation40 Aya count
This page contains the Arabic text, audio recitation, and Azəri translation of Surah ən-Nəbə - An-Naba’.
عَمَّ یَتَسَاۤءَلُونَ ﴿١﴾
Onlar (müşriklər) nə barədə bir-birindən soruşurlar?(1)
Tafseer:
عَنِ ٱلنَّبَإِ ٱلۡعَظِیمِ ﴿٢﴾
Böyük bir xəbər (Qiyamət) barəsində –(2)
Tafseer:
ٱلَّذِی هُمۡ فِیهِ مُخۡتَلِفُونَ ﴿٣﴾
(elə bir xəbər) ki, onlar onun haqqında ixtilafdadırlar.(3)
Tafseer:
كَلَّا سَیَعۡلَمُونَ ﴿٤﴾
Xeyr, onlar (Qiyamətin həqiqət olduğunu) mütləq biləcəklər!(4)
Tafseer:
ثُمَّ كَلَّا سَیَعۡلَمُونَ ﴿٥﴾
Bir daha xeyr! Onlar mütləq biləcəklər!(5)
Tafseer:
أَلَمۡ نَجۡعَلِ ٱلۡأَرۡضَ مِهَـٰدࣰا ﴿٦﴾
Məgər Biz yeri döşək etmədikmi?(6)
Tafseer:
وَٱلۡجِبَالَ أَوۡتَادࣰا ﴿٧﴾
Dağları da dirəklər?(7)
Tafseer:
وَخَلَقۡنَـٰكُمۡ أَزۡوَ ٰ⁠جࣰا ﴿٨﴾
(Ey insanlar!) Biz sizi (erkək və dişi olmaqla) cüt yaratdıq.(8)
Tafseer:
وَجَعَلۡنَا نَوۡمَكُمۡ سُبَاتࣰا ﴿٩﴾
Yuxunuzu da (sizin üçün) rahatlıq etdik.(9)
Tafseer:
وَجَعَلۡنَا ٱلَّیۡلَ لِبَاسࣰا ﴿١٠﴾
Gecəni örtük etdik.(10)
Tafseer:
وَجَعَلۡنَا ٱلنَّهَارَ مَعَاشࣰا ﴿١١﴾
Gündüzü isə ruzi qazanmaq vaxtı etdik.(11)
Tafseer:
وَبَنَیۡنَا فَوۡقَكُمۡ سَبۡعࣰا شِدَادࣰا ﴿١٢﴾
Üstünüzdə yeddi (qat) möhkəm (göy) qurduq.(12)
Tafseer:
وَجَعَلۡنَا سِرَاجࣰا وَهَّاجࣰا ﴿١٣﴾
Parlaq bir çıraq (günəş) yaratdıq.(13)
Tafseer:
وَأَنزَلۡنَا مِنَ ٱلۡمُعۡصِرَ ٰ⁠تِ مَاۤءࣰ ثَجَّاجࣰا ﴿١٤﴾
Biz buludlardan şırıl-şırıl tökülən yağmur endirdik ki,(14)
Tafseer:
لِّنُخۡرِجَ بِهِۦ حَبࣰّا وَنَبَاتࣰا ﴿١٥﴾
onunla toxum və (digər) bitkilər yetişdirək,(15)
Tafseer:
وَجَنَّـٰتٍ أَلۡفَافًا ﴿١٦﴾
habelə (ağaclarının qol-budaqları bir-birinə) sarmaşan bağlar (salaq).(16)
Tafseer:
إِنَّ یَوۡمَ ٱلۡفَصۡلِ كَانَ مِیقَـٰتࣰا ﴿١٧﴾
Həqiqətən, (haqqı batildən) ayırd etmə günü bəlli bir vaxta təyin edilmişdir!(17)
Tafseer:
یَوۡمَ یُنفَخُ فِی ٱلصُّورِ فَتَأۡتُونَ أَفۡوَاجࣰا ﴿١٨﴾
(Ey insanlar!) Sur üfürüləcəyi gün siz (məhşərə) dəstə-dəstə gələcəksiniz.(18)
Tafseer:
وَفُتِحَتِ ٱلسَّمَاۤءُ فَكَانَتۡ أَبۡوَ ٰ⁠بࣰا ﴿١٩﴾
(O gün) göy açılacaq və (mələklərin yerə enməsi üçün göydə) qapıları olacaqdır.(19)
Tafseer:
وَسُیِّرَتِ ٱلۡجِبَالُ فَكَانَتۡ سَرَابًا ﴿٢٠﴾
Dağlar da hərəkətə gətirilib ilğıma çevriləcəkdir.(20)
Tafseer:
إِنَّ جَهَنَّمَ كَانَتۡ مِرۡصَادࣰا ﴿٢١﴾
Həqiqətən, Cəhənnəm pusquda dayanıb (kafirləri) gözləyir.(21)
Tafseer:
لِّلطَّـٰغِینَ مَـَٔابࣰا ﴿٢٢﴾
O, həddi aşanların qayıdacağı yerdir.(22)
Tafseer:
لَّـٰبِثِینَ فِیهَاۤ أَحۡقَابࣰا ﴿٢٣﴾
Onlar orada əsrlər boyu qalacaqlar.(23)
Tafseer:
لَّا یَذُوقُونَ فِیهَا بَرۡدࣰا وَلَا شَرَابًا ﴿٢٤﴾
Onlar orada nə bir sərinlik, nə də içəcək bir şey dadacaqlar.(24)
Tafseer:
إِلَّا حَمِیمࣰا وَغَسَّاقࣰا ﴿٢٥﴾
(İçdikləri) yalnız qaynar su və irin (olacaqdır) –(25)
Tafseer:
جَزَاۤءࣰ وِفَاقًا ﴿٢٦﴾
(Dünyada ikən etdikləri əməllərə) müvafiq bir cəza olaraq.(26)
Tafseer:
إِنَّهُمۡ كَانُواْ لَا یَرۡجُونَ حِسَابࣰا ﴿٢٧﴾
Çünki, onlar hesaba çəkiləcəklərini güman etmirdilər.(27)
Tafseer:
وَكَذَّبُواْ بِـَٔایَـٰتِنَا كِذَّابࣰا ﴿٢٨﴾
Ayələrimizi də qətiyyətlə təkzib edirdilər.(28)
Tafseer:
وَكُلَّ شَیۡءٍ أَحۡصَیۡنَـٰهُ كِتَـٰبࣰا ﴿٢٩﴾
Biz hər bir şeyi hesablayıb (lövhi-məhfuzda) yazmışıq.(29)
Tafseer:
فَذُوقُواْ فَلَن نَّزِیدَكُمۡ إِلَّا عَذَابًا ﴿٣٠﴾
Elə isə dadın (əzabı)! Biz sizə əzabdan başqa bir şey artırmayacağıq!(30)
Tafseer:
إِنَّ لِلۡمُتَّقِینَ مَفَازًا ﴿٣١﴾
Həqiqətən, müttəqilər üçün qurtuluş vardır.(31)
Tafseer:
حَدَاۤىِٕقَ وَأَعۡنَـٰبࣰا ﴿٣٢﴾
(Həmçinin) bağlar və üzümlüklər,(32)
Tafseer:
وَكَوَاعِبَ أَتۡرَابࣰا ﴿٣٣﴾
dolğun döşlü həmyaşıd qızlar(33)
Tafseer:
وَكَأۡسࣰا دِهَاقࣰا ﴿٣٤﴾
(Cənnət şərabı ilə) ləbələb (doldurulmuş) qədəhlər də (vardır)!(34)
Tafseer:
لَّا یَسۡمَعُونَ فِیهَا لَغۡوࣰا وَلَا كِذَّ ٰ⁠بࣰا ﴿٣٥﴾
Onlar orada nə boş bir söz, nə də bir yalan eşidəcəklər.(35)
Tafseer:
جَزَاۤءࣰ مِّن رَّبِّكَ عَطَاۤءً حِسَابࣰا ﴿٣٦﴾
(Bunlar) Rəbbindən olan mükafat, bol bol verilən töhfədir.(36)
Tafseer:
رَّبِّ ٱلسَّمَـٰوَ ٰ⁠تِ وَٱلۡأَرۡضِ وَمَا بَیۡنَهُمَا ٱلرَّحۡمَـٰنِۖ لَا یَمۡلِكُونَ مِنۡهُ خِطَابࣰا ﴿٣٧﴾
Göylərin, yerin və onların arasında olanların Rəhman olan Rəbbindən. Onlar Allahın hüzurunda bir söz deməyə qadir olmayacaqlar.(37)
Tafseer:
یَوۡمَ یَقُومُ ٱلرُّوحُ وَٱلۡمَلَـٰۤىِٕكَةُ صَفࣰّاۖ لَّا یَتَكَلَّمُونَ إِلَّا مَنۡ أَذِنَ لَهُ ٱلرَّحۡمَـٰنُ وَقَالَ صَوَابࣰا ﴿٣٨﴾
O gün Ruh (Cəbrail) və mələklər səf-səf duracaq. Rəhmanın izin verdiyi kimsələrdən başqa heç kəs danışmayacaq. (İzin verdiyi kimsə də) doğrunu danışacaqdır.(38)
Tafseer:
ذَ ٰ⁠لِكَ ٱلۡیَوۡمُ ٱلۡحَقُّۖ فَمَن شَاۤءَ ٱتَّخَذَ إِلَىٰ رَبِّهِۦ مَـَٔابًا ﴿٣٩﴾
O haqq olan bir gündür. Kim istəsə Rəbbinə aparan yolu tutar!(39)
Tafseer:
إِنَّاۤ أَنذَرۡنَـٰكُمۡ عَذَابࣰا قَرِیبࣰا یَوۡمَ یَنظُرُ ٱلۡمَرۡءُ مَا قَدَّمَتۡ یَدَاهُ وَیَقُولُ ٱلۡكَافِرُ یَـٰلَیۡتَنِی كُنتُ تُرَ ٰ⁠بَۢا ﴿٤٠﴾
Biz sizi yaxın bir əzab barədə xəbərdar etdik. O gün insan öz əlləri ilə etdiyinə baxacaq, kafir isə: “Kaş mən torpaq olaydım!”– deyəcəkdir.(40)
Tafseer: