Surah əl-İnfitar - Al-Infitār

Azəri Translation19 Aya count
This page contains the Arabic text, audio recitation, and Azəri translation of Surah əl-İnfitar - Al-Infitār.
إِذَا ٱلسَّمَاۤءُ ٱنفَطَرَتۡ ﴿١﴾
Göy parçalanacağı zaman;(1)
Tafseer:
وَإِذَا ٱلۡكَوَاكِبُ ٱنتَثَرَتۡ ﴿٢﴾
ulduzlar səpələnəcəyi zaman;(2)
Tafseer:
وَإِذَا ٱلۡبِحَارُ فُجِّرَتۡ ﴿٣﴾
dənizlər daşıb bir-birinə qarışacağı zaman;(3)
Tafseer:
وَإِذَا ٱلۡقُبُورُ بُعۡثِرَتۡ ﴿٤﴾
qəbirlər çevriləcəyi zaman;(4)
Tafseer:
عَلِمَتۡ نَفۡسࣱ مَّا قَدَّمَتۡ وَأَخَّرَتۡ ﴿٥﴾
hər kəs əvvəlcədən (özü üçün) nəyi tədarük edib, nəyi sonraya saxladığını biləcəkdir.(5)
Tafseer:
یَـٰۤأَیُّهَا ٱلۡإِنسَـٰنُ مَا غَرَّكَ بِرَبِّكَ ٱلۡكَرِیمِ ﴿٦﴾
Ey insan! Kərim olan Rəbbinə qarşı səni aldadan nədir?(6)
Tafseer:
ٱلَّذِی خَلَقَكَ فَسَوَّىٰكَ فَعَدَلَكَ ﴿٧﴾
O Rəbbin ki, səni yaradıb kamilləşdirdi və sənə gözəl bir surət verdi.(7)
Tafseer:
فِیۤ أَیِّ صُورَةࣲ مَّا شَاۤءَ رَكَّبَكَ ﴿٨﴾
Səni istədiyi şəklə saldı.(8)
Tafseer:
كَلَّا بَلۡ تُكَذِّبُونَ بِٱلدِّینِ ﴿٩﴾
Xeyr! Əksinə, siz (Qiyaməti) yalan hesab edirsiniz!(9)
Tafseer:
وَإِنَّ عَلَیۡكُمۡ لَحَـٰفِظِینَ ﴿١٠﴾
Sizin üzərinizdə nəzarətçilər vardır.(10)
Tafseer:
كِرَامࣰا كَـٰتِبِینَ ﴿١١﴾
Hörmətli (əməllərinizi) yazan mələklər.(11)
Tafseer:
یَعۡلَمُونَ مَا تَفۡعَلُونَ ﴿١٢﴾
Onlar sizin nə etdiklərinizi bilirlər.(12)
Tafseer:
إِنَّ ٱلۡأَبۡرَارَ لَفِی نَعِیمࣲ ﴿١٣﴾
Həqiqətən, yaxşılar nemət içində olacaqlar.(13)
Tafseer:
وَإِنَّ ٱلۡفُجَّارَ لَفِی جَحِیمࣲ ﴿١٤﴾
Günahkarlar isə Cəhənnəmdə olacaqlar.(14)
Tafseer:
یَصۡلَوۡنَهَا یَوۡمَ ٱلدِّینِ ﴿١٥﴾
Onlar ora Din (hesab) günü girəcəklər.(15)
Tafseer:
وَمَا هُمۡ عَنۡهَا بِغَاۤىِٕبِینَ ﴿١٦﴾
Onlar oradan çıxa bilməyəcəklər.(16)
Tafseer:
وَمَاۤ أَدۡرَىٰكَ مَا یَوۡمُ ٱلدِّینِ ﴿١٧﴾
(Ey Peyğəmbər!) Sən nə biləydin ki, Din günü nədir?(17)
Tafseer:
ثُمَّ مَاۤ أَدۡرَىٰكَ مَا یَوۡمُ ٱلدِّینِ ﴿١٨﴾
Sonra sən nə biləydin ki, Din günü nədir?(18)
Tafseer:
یَوۡمَ لَا تَمۡلِكُ نَفۡسࣱ لِّنَفۡسࣲ شَیۡـࣰٔاۖ وَٱلۡأَمۡرُ یَوۡمَىِٕذࣲ لِّلَّهِ ﴿١٩﴾
O gün heç kəs heç kəsə heç bir fayda verə bilməz. O gün hökm yalnız Allaha məxsus olacaqdır!(19)
Tafseer: