Surah əl-Ələq - Al-‘Alaq

Azəri Translation19 Aya count
This page contains the Arabic text, audio recitation, and Azəri translation of Surah əl-Ələq - Al-‘Alaq.
ٱقۡرَأۡ بِٱسۡمِ رَبِّكَ ٱلَّذِی خَلَقَ ﴿١﴾
(Ey Peyğəmbər!) Yaradan Rəbbinin adı ilə oxu!(1)
Tafseer:
خَلَقَ ٱلۡإِنسَـٰنَ مِنۡ عَلَقٍ ﴿٢﴾
O, insanı qan laxtasından yaratdı.(2)
Tafseer:
ٱقۡرَأۡ وَرَبُّكَ ٱلۡأَكۡرَمُ ﴿٣﴾
Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir.(3)
Tafseer:
ٱلَّذِی عَلَّمَ بِٱلۡقَلَمِ ﴿٤﴾
O, qələmlə (yazmağı) öyrətdi.(4)
Tafseer:
عَلَّمَ ٱلۡإِنسَـٰنَ مَا لَمۡ یَعۡلَمۡ ﴿٥﴾
İnsana bilmədiklərini öyrətdi.(5)
Tafseer:
كَلَّاۤ إِنَّ ٱلۡإِنسَـٰنَ لَیَطۡغَىٰۤ ﴿٦﴾
Xeyr! İnsan, doğrudan da, həddini aşır –(6)
Tafseer:
أَن رَّءَاهُ ٱسۡتَغۡنَىٰۤ ﴿٧﴾
özünün ehtiyacsız olduğunu gördükdə.(7)
Tafseer:
إِنَّ إِلَىٰ رَبِّكَ ٱلرُّجۡعَىٰۤ ﴿٨﴾
Şübhəsiz dönüş ancaq Rəbbinədir.(8)
Tafseer:
أَرَءَیۡتَ ٱلَّذِی یَنۡهَىٰ ﴿٩﴾
Mane olan kimsəni (Əbu Cəhli) gördünmü?(9)
Tafseer:
عَبۡدًا إِذَا صَلَّىٰۤ ﴿١٠﴾
Bir bəndəyə (Muhammədə) namaz qıldığı zaman?(10)
Tafseer:
أَرَءَیۡتَ إِن كَانَ عَلَى ٱلۡهُدَىٰۤ ﴿١١﴾
Söylə görək, əgər o (bəndə) doğru yoldadırsa,(11)
Tafseer:
أَوۡ أَمَرَ بِٱلتَّقۡوَىٰۤ ﴿١٢﴾
yaxud təqvanı əmr edirsə?(12)
Tafseer:
أَرَءَیۡتَ إِن كَذَّبَ وَتَوَلَّىٰۤ ﴿١٣﴾
Söylə görək, əgər o (kafir haqqı) yalan sayıb üz döndəribsə?(13)
Tafseer:
أَلَمۡ یَعۡلَم بِأَنَّ ٱللَّهَ یَرَىٰ ﴿١٤﴾
Məgər o, Allahın (onu) gördüyünü bilmirmi?!(14)
Tafseer:
كَلَّا لَىِٕن لَّمۡ یَنتَهِ لَنَسۡفَعَۢا بِٱلنَّاصِیَةِ ﴿١٥﴾
Xeyr! Əgər (o pis əməlinə) son qoymasa, Biz onun kəkilindən tutub (Cəhənnəmə) sürükləyəcəyik –(15)
Tafseer:
نَاصِیَةࣲ كَـٰذِبَةٍ خَاطِئَةࣲ ﴿١٦﴾
yalançı, günahkar kəkilindən.(16)
Tafseer:
فَلۡیَدۡعُ نَادِیَهُۥ ﴿١٧﴾
Qoy öz tərəfdarlarını (köməyə) çağırsın.(17)
Tafseer:
سَنَدۡعُ ٱلزَّبَانِیَةَ ﴿١٨﴾
Biz də zəbaniləri (əzab mələklərini) çağıracağıq.(18)
Tafseer:
كَلَّا لَا تُطِعۡهُ وَٱسۡجُدۡ وَٱقۡتَرِب ۩ ﴿١٩﴾
Xeyr, sən ona tabe olma! Səcdə et və (Allaha) yaxınlaş!(19)
Tafseer: