Surah ər-Rəhman - Ar-Rahmān

Azəri Translation78 Aya count
This page contains the Arabic text, audio recitation, and Azəri translation of Surah ər-Rəhman - Ar-Rahmān.
ٱلرَّحۡمَـٰنُ ﴿١﴾
Rəhman! (Mərhəmətli olan Allah!)(1)
Tafseer:
عَلَّمَ ٱلۡقُرۡءَانَ ﴿٢﴾
Quranı öyrətdi.(2)
Tafseer:
خَلَقَ ٱلۡإِنسَـٰنَ ﴿٣﴾
İnsanı yaratdı.(3)
Tafseer:
عَلَّمَهُ ٱلۡبَیَانَ ﴿٤﴾
Ona bəyanı (duyğularını ifadə etməyi) öyrətdi.(4)
Tafseer:
ٱلشَّمۡسُ وَٱلۡقَمَرُ بِحُسۡبَانࣲ ﴿٥﴾
Günəş və ay müəyyən bir ölçü ilə (hərəkət edir).(5)
Tafseer:
وَٱلنَّجۡمُ وَٱلشَّجَرُ یَسۡجُدَانِ ﴿٦﴾
Otlar (və ya ulduzlar) da, ağaclar da (Allaha) səcdə edir.(6)
Tafseer:
وَٱلسَّمَاۤءَ رَفَعَهَا وَوَضَعَ ٱلۡمِیزَانَ ﴿٧﴾
(Allah) göyü ucaltdı və (yer üzündə) mizanı (ədaləti) qoydu ki,(7)
Tafseer:
أَلَّا تَطۡغَوۡاْ فِی ٱلۡمِیزَانِ ﴿٨﴾
çəkidə həddi aşmayasınız.(8)
Tafseer:
وَأَقِیمُواْ ٱلۡوَزۡنَ بِٱلۡقِسۡطِ وَلَا تُخۡسِرُواْ ٱلۡمِیزَانَ ﴿٩﴾
(Əşyaları) mizanda insafla çəkin və çəkini əskiltməyin.(9)
Tafseer:
وَٱلۡأَرۡضَ وَضَعَهَا لِلۡأَنَامِ ﴿١٠﴾
O, yeri məxluqat üçün döşədi.(10)
Tafseer:
فِیهَا فَـٰكِهَةࣱ وَٱلنَّخۡلُ ذَاتُ ٱلۡأَكۡمَامِ ﴿١١﴾
Orada meyvələr və salxımlı xurma ağacları vardır.(11)
Tafseer:
وَٱلۡحَبُّ ذُو ٱلۡعَصۡفِ وَٱلرَّیۡحَانُ ﴿١٢﴾
Həmçinin, saçaqlı dənli bitkilər və xoş ətirli çiçəklər də vardır.(12)
Tafseer:
فَبِأَیِّ ءَالَاۤءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿١٣﴾
Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?(13)
Tafseer:
خَلَقَ ٱلۡإِنسَـٰنَ مِن صَلۡصَـٰلࣲ كَٱلۡفَخَّارِ ﴿١٤﴾
O, insanı (Adəmi) saxsı kimi quru gildən yaratdı.(14)
Tafseer:
وَخَلَقَ ٱلۡجَاۤنَّ مِن مَّارِجࣲ مِّن نَّارࣲ ﴿١٥﴾
Cannı da (Cinlərin atası olan İblisi də) xalis oddan O yaratdı.(15)
Tafseer:
فَبِأَیِّ ءَالَاۤءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿١٦﴾
Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?(16)
Tafseer:
رَبُّ ٱلۡمَشۡرِقَیۡنِ وَرَبُّ ٱلۡمَغۡرِبَیۡنِ ﴿١٧﴾
O, iki məşriqin və iki məğribin Rəbbidir.(17)
Tafseer:
فَبِأَیِّ ءَالَاۤءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿١٨﴾
Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?(18)
Tafseer:
مَرَجَ ٱلۡبَحۡرَیۡنِ یَلۡتَقِیَانِ ﴿١٩﴾
O, qarşı-qarşıya gələn (suyu şirin və acı olan) iki dənizi bir-birinə qovuşdurdu.(19)
Tafseer:
بَیۡنَهُمَا بَرۡزَخࣱ لَّا یَبۡغِیَانِ ﴿٢٠﴾
Onların arasında bir maneə vardır, bir-birinə qatışa bilməzlər.(20)
Tafseer:
فَبِأَیِّ ءَالَاۤءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿٢١﴾
Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?(21)
Tafseer:
یَخۡرُجُ مِنۡهُمَا ٱللُّؤۡلُؤُ وَٱلۡمَرۡجَانُ ﴿٢٢﴾
O iki dənizdən mirvari və mərcan çıxır.(22)
Tafseer:
فَبِأَیِّ ءَالَاۤءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿٢٣﴾
Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?(23)
Tafseer:
وَلَهُ ٱلۡجَوَارِ ٱلۡمُنشَـَٔاتُ فِی ٱلۡبَحۡرِ كَٱلۡأَعۡلَـٰمِ ﴿٢٤﴾
Dənizdə dağlar kimi, yelkənləri qaldırılmış halda üzən gəmilər də Onundur.(24)
Tafseer:
فَبِأَیِّ ءَالَاۤءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿٢٥﴾
Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?(25)
Tafseer:
كُلُّ مَنۡ عَلَیۡهَا فَانࣲ ﴿٢٦﴾
Yer üzündə olan hər kəs fanidir.(26)
Tafseer:
وَیَبۡقَىٰ وَجۡهُ رَبِّكَ ذُو ٱلۡجَلَـٰلِ وَٱلۡإِكۡرَامِ ﴿٢٧﴾
Yalnız cəlal və ikram sahibi olan Rəbbinin Üzü əbədidir.(27)
Tafseer:
فَبِأَیِّ ءَالَاۤءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿٢٨﴾
Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?(28)
Tafseer:
یَسۡـَٔلُهُۥ مَن فِی ٱلسَّمَـٰوَ ٰ⁠تِ وَٱلۡأَرۡضِۚ كُلَّ یَوۡمٍ هُوَ فِی شَأۡنࣲ ﴿٢٩﴾
Göylərdə və yerdə olan hər kəs (ehtiyacını) Ondan istəyir. O hər gün bir işdədir.(29)
Tafseer:
فَبِأَیِّ ءَالَاۤءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿٣٠﴾
Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?(30)
Tafseer:
سَنَفۡرُغُ لَكُمۡ أَیُّهَ ٱلثَّقَلَانِ ﴿٣١﴾
Ey insanlar və cinlər! (Tezliklə) sizi hesaba çəkəcəyik.(31)
Tafseer:
فَبِأَیِّ ءَالَاۤءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿٣٢﴾
Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?(32)
Tafseer:
یَـٰمَعۡشَرَ ٱلۡجِنِّ وَٱلۡإِنسِ إِنِ ٱسۡتَطَعۡتُمۡ أَن تَنفُذُواْ مِنۡ أَقۡطَارِ ٱلسَّمَـٰوَ ٰ⁠تِ وَٱلۡأَرۡضِ فَٱنفُذُواْۚ لَا تَنفُذُونَ إِلَّا بِسُلۡطَـٰنࣲ ﴿٣٣﴾
Ey cin və insan tayfası! Əgər göylərin və yerin hüdudlarını yarıb keçə bilərsinizsə, keçin! Siz ancaq qüvvətlə keçə bilərsiniz.(33)
Tafseer:
فَبِأَیِّ ءَالَاۤءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿٣٤﴾
Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?(34)
Tafseer:
یُرۡسَلُ عَلَیۡكُمَا شُوَاظࣱ مِّن نَّارࣲ وَنُحَاسࣱ فَلَا تَنتَصِرَانِ ﴿٣٥﴾
Üstünüzə tüstüsüz alov və alovsuz tüstü göndəriləcək və siz bir-birinizə kömək edə bilməyəcəksiniz.(35)
Tafseer:
فَبِأَیِّ ءَالَاۤءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿٣٦﴾
Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?(36)
Tafseer:
فَإِذَا ٱنشَقَّتِ ٱلسَّمَاۤءُ فَكَانَتۡ وَرۡدَةࣰ كَٱلدِّهَانِ ﴿٣٧﴾
Göy yarılıb dağ edilmiş yağ (yaxud ərinmiş qurğuşun) kimi qıpqırmızı olacaqdır.(37)
Tafseer:
فَبِأَیِّ ءَالَاۤءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿٣٨﴾
Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?(38)
Tafseer:
فَیَوۡمَىِٕذࣲ لَّا یُسۡـَٔلُ عَن ذَنۢبِهِۦۤ إِنسࣱ وَلَا جَاۤنࣱّ ﴿٣٩﴾
O gün nə insan, nə də cin günahları barəsində sorğu-sual olunmayacaqdır.(39)
Tafseer:
فَبِأَیِّ ءَالَاۤءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿٤٠﴾
Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?(40)
Tafseer:
یُعۡرَفُ ٱلۡمُجۡرِمُونَ بِسِیمَـٰهُمۡ فَیُؤۡخَذُ بِٱلنَّوَ ٰ⁠صِی وَٱلۡأَقۡدَامِ ﴿٤١﴾
Günahkarlar simalarından (üzlərinin qaralığından, gözlərinin göylüyündən) tanınacaq, kəkillərindən və ayaqlarından yaxalanacaqlar.(41)
Tafseer:
فَبِأَیِّ ءَالَاۤءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿٤٢﴾
Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?(42)
Tafseer:
هَـٰذِهِۦ جَهَنَّمُ ٱلَّتِی یُكَذِّبُ بِهَا ٱلۡمُجۡرِمُونَ ﴿٤٣﴾
(Onlara belə deyiləcəkdir:) Bu, günahkarların yalan saydıqları Cəhənnəm!(43)
Tafseer:
یَطُوفُونَ بَیۡنَهَا وَبَیۡنَ حَمِیمٍ ءَانࣲ ﴿٤٤﴾
Onlar onunla (Cəhənnəm atəşi ilə) olduqca qaynar su arasında dolanacaqlar.(44)
Tafseer:
فَبِأَیِّ ءَالَاۤءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿٤٥﴾
Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?(45)
Tafseer:
وَلِمَنۡ خَافَ مَقَامَ رَبِّهِۦ جَنَّتَانِ ﴿٤٦﴾
Rəbbinin hüzurunda durmaqdan qorxanlar üçün iki cənnət vardır.(46)
Tafseer:
فَبِأَیِّ ءَالَاۤءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿٤٧﴾
Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?(47)
Tafseer:
ذَوَاتَاۤ أَفۡنَانࣲ ﴿٤٨﴾
(O iki Cənnətin hər) ikisində də (növbənöv meyvələrlə dolu) ağaclar vardır.(48)
Tafseer:
فَبِأَیِّ ءَالَاۤءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿٤٩﴾
Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?(49)
Tafseer:
فِیهِمَا عَیۡنَانِ تَجۡرِیَانِ ﴿٥٠﴾
(Hər) ikisində də iki axar bulaq vardır.(50)
Tafseer:
فَبِأَیِّ ءَالَاۤءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿٥١﴾
Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?(51)
Tafseer:
فِیهِمَا مِن كُلِّ فَـٰكِهَةࣲ زَوۡجَانِ ﴿٥٢﴾
(Hər) ikisində də hər meyvədən cüt-cüt vardır.(52)
Tafseer:
فَبِأَیِّ ءَالَاۤءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿٥٣﴾
Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?(53)
Tafseer:
مُتَّكِـِٔینَ عَلَىٰ فُرُشِۭ بَطَاۤىِٕنُهَا مِنۡ إِسۡتَبۡرَقࣲۚ وَجَنَى ٱلۡجَنَّتَیۡنِ دَانࣲ ﴿٥٤﴾
Onlar (orada) astarları atlazdan olan döşəklərə dirsəklənəcəklər. Hər iki cənnətin meyvələri onlara yaxın olacaqdır.(54)
Tafseer:
فَبِأَیِّ ءَالَاۤءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿٥٥﴾
Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?(55)
Tafseer:
فِیهِنَّ قَـٰصِرَ ٰ⁠تُ ٱلطَّرۡفِ لَمۡ یَطۡمِثۡهُنَّ إِنسࣱ قَبۡلَهُمۡ وَلَا جَاۤنࣱّ ﴿٥٦﴾
Orada gözlərini (öz ərlərinə) dikmiş, onlardan əvvəl özlərinə heç bir insan və cin toxunmamış qadınlar vardır.(56)
Tafseer:
فَبِأَیِّ ءَالَاۤءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿٥٧﴾
Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?(57)
Tafseer:
كَأَنَّهُنَّ ٱلۡیَاقُوتُ وَٱلۡمَرۡجَانُ ﴿٥٨﴾
Onlar (o qadınlar gözəllikdə) sanki yaqut və mərcandırlar.(58)
Tafseer:
فَبِأَیِّ ءَالَاۤءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿٥٩﴾
Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?(59)
Tafseer:
هَلۡ جَزَاۤءُ ٱلۡإِحۡسَـٰنِ إِلَّا ٱلۡإِحۡسَـٰنُ ﴿٦٠﴾
Yaxşılığın əvəzi yalnız yaxşılıq deyilmi?!(60)
Tafseer:
فَبِأَیِّ ءَالَاۤءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿٦١﴾
Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?(61)
Tafseer:
وَمِن دُونِهِمَا جَنَّتَانِ ﴿٦٢﴾
Bu Cənnətdən başqa daha iki Cənnət də vardır.(62)
Tafseer:
فَبِأَیِّ ءَالَاۤءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿٦٣﴾
Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?(63)
Tafseer:
مُدۡهَاۤمَّتَانِ ﴿٦٤﴾
Hər ikisi tünd yaşıldır.(64)
Tafseer:
فَبِأَیِّ ءَالَاۤءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿٦٥﴾
Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?(65)
Tafseer:
فِیهِمَا عَیۡنَانِ نَضَّاخَتَانِ ﴿٦٦﴾
(Hər) ikisində də fışqırıb qaynayan iki bulaq vardır.(66)
Tafseer:
فَبِأَیِّ ءَالَاۤءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿٦٧﴾
Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?(67)
Tafseer:
فِیهِمَا فَـٰكِهَةࣱ وَنَخۡلࣱ وَرُمَّانࣱ ﴿٦٨﴾
(Hər) ikisində də (cürbəcür) meyvələr, xurma ağacları və nar vardır.(68)
Tafseer:
فَبِأَیِّ ءَالَاۤءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿٦٩﴾
Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?(69)
Tafseer:
فِیهِنَّ خَیۡرَ ٰ⁠تٌ حِسَانࣱ ﴿٧٠﴾
Orada xoş xasiyyətli, gözəl (üzlü) qadınlar vardır.(70)
Tafseer:
فَبِأَیِّ ءَالَاۤءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿٧١﴾
Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?(71)
Tafseer:
حُورࣱ مَّقۡصُورَ ٰ⁠تࣱ فِی ٱلۡخِیَامِ ﴿٧٢﴾
Çadırlar içində qorunub saxlanılmış (və ya: gözlərini öz ərlərinə dikmiş) hurilər vardır.(72)
Tafseer:
فَبِأَیِّ ءَالَاۤءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿٧٣﴾
Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?(73)
Tafseer:
لَمۡ یَطۡمِثۡهُنَّ إِنسࣱ قَبۡلَهُمۡ وَلَا جَاۤنࣱّ ﴿٧٤﴾
Onlara ərlərindən öncə heç bir insan və cin toxunmamışdır.(74)
Tafseer:
فَبِأَیِّ ءَالَاۤءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿٧٥﴾
Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?(75)
Tafseer:
مُتَّكِـِٔینَ عَلَىٰ رَفۡرَفٍ خُضۡرࣲ وَعَبۡقَرِیٍّ حِسَانࣲ ﴿٧٦﴾
Onlar yaşıl balışlara və gözəl döşəkçələrə dirsəklənəcəklər.(76)
Tafseer:
فَبِأَیِّ ءَالَاۤءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿٧٧﴾
Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?(77)
Tafseer:
تَبَـٰرَكَ ٱسۡمُ رَبِّكَ ذِی ٱلۡجَلَـٰلِ وَٱلۡإِكۡرَامِ ﴿٧٨﴾
Cəlal və ikram sahibi olan Rəbbinin adı nə qədər mübarəkdir!(78)
Tafseer: