This page contains the Arabic text, audio recitation, and Azəri translation of Surah əl-Vaqiə - Al-Wāqi‘ah.
إِذَا وَقَعَتِ ٱلۡوَاقِعَةُ
﴿١﴾
Qiyamət vaqe olacağı zaman.(1)
Tafseer:
لَیۡسَ لِوَقۡعَتِهَا كَاذِبَةٌ
﴿٢﴾
Onun vaqe olacağına heç bir şübhə yoxdur.(2)
Tafseer:
خَافِضَةࣱ رَّافِعَةٌ
﴿٣﴾
O, (kafirləri) alçaldacaq, (möminləri) ucaldacaq.(3)
Tafseer:
إِذَا رُجَّتِ ٱلۡأَرۡضُ رَجࣰّا
﴿٤﴾
Yer şiddətlə titrədiyi zaman,(4)
Tafseer:
وَبُسَّتِ ٱلۡجِبَالُ بَسࣰّا
﴿٥﴾
Dağlar parça-parça olub ovxalandığı(5)
Tafseer:
فَكَانَتۡ هَبَاۤءࣰ مُّنۢبَثࣰّا
﴿٦﴾
(Ətrafa) səpələnmiş toz-torpağa döndüyü zaman,(6)
Tafseer:
وَكُنتُمۡ أَزۡوَ ٰجࣰا ثَلَـٰثَةࣰ
﴿٧﴾
siz üç dəstəyə ayrılacaqsınız.(7)
Tafseer:
فَأَصۡحَـٰبُ ٱلۡمَیۡمَنَةِ مَاۤ أَصۡحَـٰبُ ٱلۡمَیۡمَنَةِ
﴿٨﴾
Sağ tərəf sahibləri. Nə xoşbəxtdir sağ tərəf sahibləri!(8)
Tafseer:
وَأَصۡحَـٰبُ ٱلۡمَشۡـَٔمَةِ مَاۤ أَصۡحَـٰبُ ٱلۡمَشۡـَٔمَةِ
﴿٩﴾
Sol tərəf sahibləri. Nə bədbəxtdir sol tərəf sahibləri!(9)
Tafseer:
وَٱلسَّـٰبِقُونَ ٱلسَّـٰبِقُونَ
﴿١٠﴾
(Dünyada xeyirxah işlərdə) öndə gedənlər, (axirətdə də) öndədirlər!(10)
Tafseer:
أُوْلَـٰۤىِٕكَ ٱلۡمُقَرَّبُونَ
﴿١١﴾
Onlar (Allaha) yaxınlaşdırılmış kimsələrdir.(11)
Tafseer:
فِی جَنَّـٰتِ ٱلنَّعِیمِ
﴿١٢﴾
Onlar Nəim cənnətlərində olacaqlar.(12)
Tafseer:
ثُلَّةࣱ مِّنَ ٱلۡأَوَّلِینَ
﴿١٣﴾
Onların bir qismi əvvəlki ümmətlərlərdən.(13)
Tafseer:
وَقَلِیلࣱ مِّنَ ٱلۡـَٔاخِرِینَ
﴿١٤﴾
ِAz bir qismi də axırıncılardandır.(14)
Tafseer:
عَلَىٰ سُرُرࣲ مَّوۡضُونَةࣲ
﴿١٥﴾
(Onlar qızıl-gümüşlə) bəzənmiş taxtlar üstündə(15)
Tafseer:
مُّتَّكِـِٔینَ عَلَیۡهَا مُتَقَـٰبِلِینَ
﴿١٦﴾
qarşı-qarşıya əyləşib dirsəklənəcəklər.(16)
Tafseer:
یَطُوفُ عَلَیۡهِمۡ وِلۡدَ ٰنࣱ مُّخَلَّدُونَ
﴿١٧﴾
Onların ətrafında həmişəcavan (xidmətçi) oğlanlar dolanacaqlar –(17)
Tafseer:
بِأَكۡوَابࣲ وَأَبَارِیقَ وَكَأۡسࣲ مِّن مَّعِینࣲ
﴿١٨﴾
çeşmə şərabı ilə dolu badələr, bardaqlar və qədəhlərlə –(18)
Tafseer:
لَّا یُصَدَّعُونَ عَنۡهَا وَلَا یُنزِفُونَ
﴿١٩﴾
ondan başları ağrımaz və məst olmazlar,(19)
Tafseer:
وَفَـٰكِهَةࣲ مِّمَّا یَتَخَیَّرُونَ
﴿٢٠﴾
bəyənib seçdikləri meyvələr(20)
Tafseer:
وَلَحۡمِ طَیۡرࣲ مِّمَّا یَشۡتَهُونَ
﴿٢١﴾
və istədikləri quş əti ilə (onların ətrafında hərlənəcəklər).(21)
Tafseer:
وَحُورٌ عِینࣱ
﴿٢٢﴾
(Onlar üçün orada) iri qara gözlü hurilər vardır –(22)
Tafseer:
كَأَمۡثَـٰلِ ٱللُّؤۡلُوِٕ ٱلۡمَكۡنُونِ
﴿٢٣﴾
Sanki (sədəf içində) qorunub-saxlanmış mirvariyə bənzər (hurilər).(23)
Tafseer:
جَزَاۤءَۢ بِمَا كَانُواْ یَعۡمَلُونَ
﴿٢٤﴾
(Bu, onlara) etdikləri əməllərin mükafatı olaraq (veriləcəkdir).(24)
Tafseer:
لَا یَسۡمَعُونَ فِیهَا لَغۡوࣰا وَلَا تَأۡثِیمًا
﴿٢٥﴾
Onlar orada nə boş söz, nə də günaha səbəb olan söhbət eşidəcəklər.(25)
Tafseer:
إِلَّا قِیلࣰا سَلَـٰمࣰا سَلَـٰمࣰا
﴿٢٦﴾
Yalnız: “Salam! Salam!”– sözləri (eşidəcəklər).(26)
Tafseer:
وَأَصۡحَـٰبُ ٱلۡیَمِینِ مَاۤ أَصۡحَـٰبُ ٱلۡیَمِینِ
﴿٢٧﴾
Sağ tərəf sahibləri. Nə xoşbəxtdir sağ tərəf sahibləri!(27)
Tafseer:
فِی سِدۡرࣲ مَّخۡضُودࣲ
﴿٢٨﴾
(Onlar) tikansız sidr ağacları,(28)
Tafseer:
وَطَلۡحࣲ مَّنضُودࣲ
﴿٢٩﴾
meyvələri salxım-salxım asılmış banan ağacları altında,(29)
Tafseer:
وَظِلࣲّ مَّمۡدُودࣲ
﴿٣٠﴾
daimi kölgədə,(30)
Tafseer:
وَمَاۤءࣲ مَّسۡكُوبࣲ
﴿٣١﴾
daim axan su (kənarında),(31)
Tafseer:
وَفَـٰكِهَةࣲ كَثِیرَةࣲ
﴿٣٢﴾
çoxlu meyvələr –(32)
Tafseer:
لَّا مَقۡطُوعَةࣲ وَلَا مَمۡنُوعَةࣲ
﴿٣٣﴾
tükənməyən və qadağan edilməyən (meyvələr içində)(33)
Tafseer:
وَفُرُشࣲ مَّرۡفُوعَةٍ
﴿٣٤﴾
və hündür döşəklər üstündə (olacaqlar).(34)
Tafseer:
إِنَّاۤ أَنشَأۡنَـٰهُنَّ إِنشَاۤءࣰ
﴿٣٥﴾
Biz onları (huriləri) yeni bir biçimdə yaratdıq.(35)
Tafseer:
فَجَعَلۡنَـٰهُنَّ أَبۡكَارًا
﴿٣٦﴾
Biz onları bakirə qızlar etdik –(36)
Tafseer:
عُرُبًا أَتۡرَابࣰا
﴿٣٧﴾
ərlərini sevən, həmyaşıdlar.(37)
Tafseer:
لِّأَصۡحَـٰبِ ٱلۡیَمِینِ
﴿٣٨﴾
(Bunlar) sağ tərəf sahibləri üçündür.(38)
Tafseer:
ثُلَّةࣱ مِّنَ ٱلۡأَوَّلِینَ
﴿٣٩﴾
Onların bir qismi əvvəlkilərdən,(39)
Tafseer:
وَثُلَّةࣱ مِّنَ ٱلۡـَٔاخِرِینَ
﴿٤٠﴾
bir qismi də axırıncılardandır.(40)
Tafseer:
وَأَصۡحَـٰبُ ٱلشِّمَالِ مَاۤ أَصۡحَـٰبُ ٱلشِّمَالِ
﴿٤١﴾
Sol tərəf sahibləri. Nə bədbəxtdir sol tərəf sahibləri!(41)
Tafseer:
فِی سَمُومࣲ وَحَمِیمࣲ
﴿٤٢﴾
Onlar qızmar yel və qaynar su içində,(42)
Tafseer:
وَظِلࣲّ مِّن یَحۡمُومࣲ
﴿٤٣﴾
qapqara duman kölgəsində olacaqlar.(43)
Tafseer:
لَّا بَارِدࣲ وَلَا كَرِیمٍ
﴿٤٤﴾
(Bu duman) nə sərin, nə də xoşagələndir.(44)
Tafseer:
إِنَّهُمۡ كَانُواْ قَبۡلَ ذَ ٰلِكَ مُتۡرَفِینَ
﴿٤٥﴾
Onlar bundan əvvəl (dünyada) cah-calal içində idilər,(45)
Tafseer:
وَكَانُواْ یُصِرُّونَ عَلَى ٱلۡحِنثِ ٱلۡعَظِیمِ
﴿٤٦﴾
böyük günah işləməkdə (Allaha şərik qoşmaqda) israr edirdilər(46)
Tafseer:
وَكَانُواْ یَقُولُونَ أَىِٕذَا مِتۡنَا وَكُنَّا تُرَابࣰا وَعِظَـٰمًا أَءِنَّا لَمَبۡعُوثُونَ
﴿٤٧﴾
və deyirdilər: “Məgər biz ölüb torpaq və sür-sümük olduqdan sonra yenidən dirildiləcəyik?(47)
Tafseer:
أَوَءَابَاۤؤُنَا ٱلۡأَوَّلُونَ
﴿٤٨﴾
Yaxud əvvəlki atalarımızda (dirildiləcəklərmi)?!”(48)
Tafseer:
قُلۡ إِنَّ ٱلۡأَوَّلِینَ وَٱلۡـَٔاخِرِینَ
﴿٤٩﴾
(Ey Peyğəmbər!) De: “Şübhəsiz ki, əvvəlkilər də, sonrakılar da,(49)
Tafseer:
لَمَجۡمُوعُونَ إِلَىٰ مِیقَـٰتِ یَوۡمࣲ مَّعۡلُومࣲ
﴿٥٠﴾
bəlli bir günün (Qiyamət gününün) müəyyən vaxtında mütləq cəm ediləcəklər.(50)
Tafseer:
ثُمَّ إِنَّكُمۡ أَیُّهَا ٱلضَّاۤلُّونَ ٱلۡمُكَذِّبُونَ
﴿٥١﴾
Sonra, siz ey (doğru yoldan) azanlar, (haqqı) yalan sayanlar!(51)
Tafseer:
لَـَٔاكِلُونَ مِن شَجَرࣲ مِّن زَقُّومࣲ
﴿٥٢﴾
Siz mütləq zəqqum ağacından yeyəcəksiniz,(52)
Tafseer:
فَمَالِـُٔونَ مِنۡهَا ٱلۡبُطُونَ
﴿٥٣﴾
qarınlarınızı onunla dolduracaqsınız,(53)
Tafseer:
فَشَـٰرِبُونَ عَلَیۡهِ مِنَ ٱلۡحَمِیمِ
﴿٥٤﴾
üstündən də qaynar su içəcəksiniz.(54)
Tafseer:
فَشَـٰرِبُونَ شُرۡبَ ٱلۡهِیمِ
﴿٥٥﴾
Siz (onu) susuzluq xəstəliyinə tutulmuş dəvə kimi içəcəksiniz”.(55)
Tafseer:
هَـٰذَا نُزُلُهُمۡ یَوۡمَ ٱلدِّینِ
﴿٥٦﴾
Bu, onların Din günündəki ziyafətidir.(56)
Tafseer:
نَحۡنُ خَلَقۡنَـٰكُمۡ فَلَوۡلَا تُصَدِّقُونَ
﴿٥٧﴾
Sizi Biz yaratdıq. Kaş ki (dirildiləcəyinizi) təsdiq etsəniz!(57)
Tafseer:
أَفَرَءَیۡتُم مَّا تُمۡنُونَ
﴿٥٨﴾
Axıtdığınız nütfəni gördünüzmü?!(58)
Tafseer:
ءَأَنتُمۡ تَخۡلُقُونَهُۥۤ أَمۡ نَحۡنُ ٱلۡخَـٰلِقُونَ
﴿٥٩﴾
Onu siz yaradırsınız, yoxsa Bizik yaradan?!(59)
Tafseer:
نَحۡنُ قَدَّرۡنَا بَیۡنَكُمُ ٱلۡمَوۡتَ وَمَا نَحۡنُ بِمَسۡبُوقِینَ
﴿٦٠﴾
Sizin aranızda ölümü Biz müəyyən etdik və heç nə Bizim qarşımızı ala bilməz.(60)
Tafseer:
عَلَىٰۤ أَن نُّبَدِّلَ أَمۡثَـٰلَكُمۡ وَنُنشِئَكُمۡ فِی مَا لَا تَعۡلَمُونَ
﴿٦١﴾
Sizin yerinizə bənzərlərinizi gətirmək və sizi özünüz bilmədiyiniz başqa bir şəkildə yenidən yaratmağa (Bizə mane olan tapılmaz).(61)
Tafseer:
وَلَقَدۡ عَلِمۡتُمُ ٱلنَّشۡأَةَ ٱلۡأُولَىٰ فَلَوۡلَا تَذَكَّرُونَ
﴿٦٢﴾
Siz ilk yaradılışı bilirsiniz. Kaş ki (dirildiləcəyiniz barədə) düşünsəniz!(62)
Tafseer:
أَفَرَءَیۡتُم مَّا تَحۡرُثُونَ
﴿٦٣﴾
Əkdiyinizi gördünüzmü?!(63)
Tafseer:
ءَأَنتُمۡ تَزۡرَعُونَهُۥۤ أَمۡ نَحۡنُ ٱلزَّ ٰرِعُونَ
﴿٦٤﴾
Onu siz bitirirsiniz, yoxsa Bizik bitirən?!(64)
Tafseer:
لَوۡ نَشَاۤءُ لَجَعَلۡنَـٰهُ حُطَـٰمࣰا فَظَلۡتُمۡ تَفَكَّهُونَ
﴿٦٥﴾
Əgər Biz istəsəydik, onu bir saman çöpünə döndərər, siz də təəccüb edərdiniz,(65)
Tafseer:
إِنَّا لَمُغۡرَمُونَ
﴿٦٦﴾
(və deyərdiniz:) “Biz ziyana uğradıq.(66)
Tafseer:
بَلۡ نَحۡنُ مَحۡرُومُونَ
﴿٦٧﴾
Xeyr, biz (ruzidən) məhrum olanlardanıq!”(67)
Tafseer:
أَفَرَءَیۡتُمُ ٱلۡمَاۤءَ ٱلَّذِی تَشۡرَبُونَ
﴿٦٨﴾
İçdiyiniz suyu gördünüzmü?!(68)
Tafseer:
ءَأَنتُمۡ أَنزَلۡتُمُوهُ مِنَ ٱلۡمُزۡنِ أَمۡ نَحۡنُ ٱلۡمُنزِلُونَ
﴿٦٩﴾
Onu buluddan siz endirirsiniz, yoxsa Bizik endirən!(69)
Tafseer:
لَوۡ نَشَاۤءُ جَعَلۡنَـٰهُ أُجَاجࣰا فَلَوۡلَا تَشۡكُرُونَ
﴿٧٠﴾
Əgər istəsəydik, onu acı edərdik. Kaş ki şükür etsəniz!(70)
Tafseer:
أَفَرَءَیۡتُمُ ٱلنَّارَ ٱلَّتِی تُورُونَ
﴿٧١﴾
Yandırdığınız odu gördünüzmü?!(71)
Tafseer:
ءَأَنتُمۡ أَنشَأۡتُمۡ شَجَرَتَهَاۤ أَمۡ نَحۡنُ ٱلۡمُنشِـُٔونَ
﴿٧٢﴾
Onun ağacını siz yaradırsınız, yoxsa Bizik yaradan!(72)
Tafseer:
نَحۡنُ جَعَلۡنَـٰهَا تَذۡكِرَةࣰ وَمَتَـٰعࣰا لِّلۡمُقۡوِینَ
﴿٧٣﴾
Biz onu (Cəhənnəmi) xatırlamaq və müsafirlərin faydalanması üçün yaratdıq.(73)
Tafseer:
فَسَبِّحۡ بِٱسۡمِ رَبِّكَ ٱلۡعَظِیمِ
﴿٧٤﴾
(Ey Peyğəmbər!) Elə isə əzəmətli Rəbbinin adı ilə təsbih et!(74)
Tafseer:
۞ فَلَاۤ أُقۡسِمُ بِمَوَ ٰقِعِ ٱلنُّجُومِ
﴿٧٥﴾
Ulduzların batdığı yerlərə and olsun!(75)
Tafseer:
وَإِنَّهُۥ لَقَسَمࣱ لَّوۡ تَعۡلَمُونَ عَظِیمٌ
﴿٧٦﴾
Şübhəsiz ki, bu, böyük bir anddır. Kaş ki biləydiniz.(76)
Tafseer:
إِنَّهُۥ لَقُرۡءَانࣱ كَرِیمࣱ
﴿٧٧﴾
Həqiqətən, o, çox dəyərli Qurandır,(77)
Tafseer:
فِی كِتَـٰبࣲ مَّكۡنُونࣲ
﴿٧٨﴾
qorunub saxlanılan kitabdadır (lövhi-məhfuzdadır).(78)
Tafseer:
لَّا یَمَسُّهُۥۤ إِلَّا ٱلۡمُطَهَّرُونَ
﴿٧٩﴾
Ona yalnız pak olanlar toxunar.(79)
Tafseer:
تَنزِیلࣱ مِّن رَّبِّ ٱلۡعَـٰلَمِینَ
﴿٨٠﴾
O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.(80)
Tafseer:
أَفَبِهَـٰذَا ٱلۡحَدِیثِ أَنتُم مُّدۡهِنُونَ
﴿٨١﴾
(Ey müşriklər!) Siz bu kəlamı yalanmı sayırsınız?!(81)
Tafseer:
وَتَجۡعَلُونَ رِزۡقَكُمۡ أَنَّكُمۡ تُكَذِّبُونَ
﴿٨٢﴾
Sizə verilən ruziyə şükür etməyi, onu yalan saymaqlamı edirsiniz?!(82)
Tafseer:
فَلَوۡلَاۤ إِذَا بَلَغَتِ ٱلۡحُلۡقُومَ
﴿٨٣﴾
(Can) boğaza yetişdiyi zaman –(83)
Tafseer:
وَأَنتُمۡ حِینَىِٕذࣲ تَنظُرُونَ
﴿٨٤﴾
həmin an siz (qarşınızda can verən kimsəyə) baxırsınız.(84)
Tafseer:
وَنَحۡنُ أَقۡرَبُ إِلَیۡهِ مِنكُمۡ وَلَـٰكِن لَّا تُبۡصِرُونَ
﴿٨٥﴾
Biz ona (elmimiz və ya mələklərimizlə) sizdən daha yaxınıq, lakin siz isə (bunu) görmürsünüz.(85)
Tafseer:
فَلَوۡلَاۤ إِن كُنتُمۡ غَیۡرَ مَدِینِینَ
﴿٨٦﴾
Madam ki, siz (iddianıza görə) haqq-hesab olunmayacaqsınız(86)
Tafseer:
تَرۡجِعُونَهَاۤ إِن كُنتُمۡ صَـٰدِقِینَ
﴿٨٧﴾
əgər doğru danışanlarsınızsa, onda, o canı geri qaytarın.(87)
Tafseer:
فَأَمَّاۤ إِن كَانَ مِنَ ٱلۡمُقَرَّبِینَ
﴿٨٨﴾
Amma əgər o, (ölən kimsə Allaha) yaxın olanlardandırsa,(88)
Tafseer:
فَرَوۡحࣱ وَرَیۡحَانࣱ وَجَنَّتُ نَعِیمࣲ
﴿٨٩﴾
onda rahatlıq, gözəl ruzi və Nəim Cənnəti vardır.(89)
Tafseer:
وَأَمَّاۤ إِن كَانَ مِنۡ أَصۡحَـٰبِ ٱلۡیَمِینِ
﴿٩٠﴾
Əgər o, sağ tərəf sahiblərindəndirsə,(90)
Tafseer:
فَسَلَـٰمࣱ لَّكَ مِنۡ أَصۡحَـٰبِ ٱلۡیَمِینِ
﴿٩١﴾
(ona:) “Sağ tərəf sahiblərindən sənə salam olsun!”– (deyiləcəkdir).(91)
Tafseer:
وَأَمَّاۤ إِن كَانَ مِنَ ٱلۡمُكَذِّبِینَ ٱلضَّاۤلِّینَ
﴿٩٢﴾
Yox əgər o, (haqqı) yalan sayanlardan və (doğru yoldan) azanlardandırsa,(92)
Tafseer:
فَنُزُلࣱ مِّنۡ حَمِیمࣲ
﴿٩٣﴾
(onun) ziyafəti qaynar su olacaq,(93)
Tafseer:
وَتَصۡلِیَةُ جَحِیمٍ
﴿٩٤﴾
özü də Cəhənnəmdə yanacaqdır.(94)
Tafseer:
إِنَّ هَـٰذَا لَهُوَ حَقُّ ٱلۡیَقِینِ
﴿٩٥﴾
Həqiqətən, bu (qullara əməllərinin əvəzi verilməsi), açıq-aydın bir haqqdır.(95)
Tafseer:
فَسَبِّحۡ بِٱسۡمِ رَبِّكَ ٱلۡعَظِیمِ
﴿٩٦﴾
(Ey Peyğəmbər!) Elə isə əzəmətli Rəbbinin adı ilə təsbih et!(96)
Tafseer: