This page contains the Arabic text, audio recitation, and Azəri translation of Surah əl-Mutaffifin - Al-Mutaffifīn.
وَیۡلࣱ لِّلۡمُطَفِّفِینَ
﴿١﴾
Çəkidə və ölçüdə aldadanların vay halına!(1)
Tafseer:
ٱلَّذِینَ إِذَا ٱكۡتَالُواْ عَلَى ٱلنَّاسِ یَسۡتَوۡفُونَ
﴿٢﴾
O kəslər ki, insanlardan (bir şey) alıb ölçdükləri zaman (onu) tam ölçərlər.(2)
Tafseer:
وَإِذَا كَالُوهُمۡ أَو وَّزَنُوهُمۡ یُخۡسِرُونَ
﴿٣﴾
Onlar üçün bir şey ölçdükləri və ya çəkdikləri zaman (onu) əskildərlər.(3)
Tafseer:
أَلَا یَظُنُّ أُوْلَـٰۤىِٕكَ أَنَّهُم مَّبۡعُوثُونَ
﴿٤﴾
Məgər onlar (öldükdən sonra) diriləcəklərini zənn etmirlərmi?!(4)
Tafseer:
لِیَوۡمٍ عَظِیمࣲ
﴿٥﴾
(Özü də) əzəmətli bir gündə.(5)
Tafseer:
یَوۡمَ یَقُومُ ٱلنَّاسُ لِرَبِّ ٱلۡعَـٰلَمِینَ
﴿٦﴾
O gün insanlar aləmlərin Rəbbi üçün (qəbirlərindən) qalxacaqlar!(6)
Tafseer:
كَلَّاۤ إِنَّ كِتَـٰبَ ٱلۡفُجَّارِ لَفِی سِجِّینࣲ
﴿٧﴾
Xeyr! Günahkarların kitabı Siccindədir.(7)
Tafseer:
وَمَاۤ أَدۡرَىٰكَ مَا سِجِّینࣱ
﴿٨﴾
Sən nə biləsən ki, Siccin nədir?!(8)
Tafseer:
كِتَـٰبࣱ مَّرۡقُومࣱ
﴿٩﴾
O, yazılı bir kitabdır!(9)
Tafseer:
وَیۡلࣱ یَوۡمَىِٕذࣲ لِّلۡمُكَذِّبِینَ
﴿١٠﴾
O gün (Qiyaməti) yalan sayanların vay halına!(10)
Tafseer:
ٱلَّذِینَ یُكَذِّبُونَ بِیَوۡمِ ٱلدِّینِ
﴿١١﴾
O kəslər ki, Din gününü yalan sayarlar.(11)
Tafseer:
وَمَا یُكَذِّبُ بِهِۦۤ إِلَّا كُلُّ مُعۡتَدٍ أَثِیمٍ
﴿١٢﴾
Bunu həddi aşan günahkardan başqa heç kəs yalan saymaz.(12)
Tafseer:
إِذَا تُتۡلَىٰ عَلَیۡهِ ءَایَـٰتُنَا قَالَ أَسَـٰطِیرُ ٱلۡأَوَّلِینَ
﴿١٣﴾
Ayələrimiz ona oxunduğu zaman: “Bu, keçmişdəkilərin əfsanələridir!”– deyər.(13)
Tafseer:
كَلَّاۖ بَلۡۜ رَانَ عَلَىٰ قُلُوبِهِم مَّا كَانُواْ یَكۡسِبُونَ
﴿١٤﴾
Xeyr! Onların qəlbini qazandıqları (günahlar) bürümüşdür.(14)
Tafseer:
كَلَّاۤ إِنَّهُمۡ عَن رَّبِّهِمۡ یَوۡمَىِٕذࣲ لَّمَحۡجُوبُونَ
﴿١٥﴾
Xeyr, o gün onlarla Rəbbi arasına pərdə çəkiləcəkdir!(15)
Tafseer:
ثُمَّ إِنَّهُمۡ لَصَالُواْ ٱلۡجَحِیمِ
﴿١٦﴾
Sonra onlar Cəhənnəmə girəcəklər.(16)
Tafseer:
ثُمَّ یُقَالُ هَـٰذَا ٱلَّذِی كُنتُم بِهِۦ تُكَذِّبُونَ
﴿١٧﴾
Sonra onlara: “Budur sizin yalan saydığınız (Cəhənnəm)!”– deyiləcəkdir.(17)
Tafseer:
كَلَّاۤ إِنَّ كِتَـٰبَ ٱلۡأَبۡرَارِ لَفِی عِلِّیِّینَ
﴿١٨﴾
Xeyr! Yaxşıların kitabı İlliyyundadır!(18)
Tafseer:
وَمَاۤ أَدۡرَىٰكَ مَا عِلِّیُّونَ
﴿١٩﴾
Sən nə biləsən ki, İlliyyun nədir?!(19)
Tafseer:
كِتَـٰبࣱ مَّرۡقُومࣱ
﴿٢٠﴾
O, yazılı bir kitabdır!(20)
Tafseer:
یَشۡهَدُهُ ٱلۡمُقَرَّبُونَ
﴿٢١﴾
Ona, Allaha yaxın olanlar (mələklər) şahid olar.(21)
Tafseer:
إِنَّ ٱلۡأَبۡرَارَ لَفِی نَعِیمٍ
﴿٢٢﴾
Həqiqətən, yaxşılar nemət içində olacaqlar.(22)
Tafseer:
عَلَى ٱلۡأَرَاۤىِٕكِ یَنظُرُونَ
﴿٢٣﴾
Onlar taxtlar üstündə (əyləşib Allahın nemətlərinə) baxacaqlar.(23)
Tafseer:
تَعۡرِفُ فِی وُجُوهِهِمۡ نَضۡرَةَ ٱلنَّعِیمِ
﴿٢٤﴾
Sən onların üzündə nemətlərin sevincini görəcəksən.(24)
Tafseer:
یُسۡقَوۡنَ مِن رَّحِیقࣲ مَّخۡتُومٍ
﴿٢٥﴾
Onlara möhürlü (əl dəyməmiş) şərabdan içirdiləcəkdir.(25)
Tafseer:
خِتَـٰمُهُۥ مِسۡكࣱۚ وَفِی ذَ ٰلِكَ فَلۡیَتَنَافَسِ ٱلۡمُتَنَـٰفِسُونَ
﴿٢٦﴾
Onun sonu müşkdür. Qoy yarışanlar onun üçün yarışsınlar!(26)
Tafseer:
وَمِزَاجُهُۥ مِن تَسۡنِیمٍ
﴿٢٧﴾
Onun qatışığı təsnimdəndir (təsnim bulağındandır).(27)
Tafseer:
عَیۡنࣰا یَشۡرَبُ بِهَا ٱلۡمُقَرَّبُونَ
﴿٢٨﴾
O elə bir bulaqdır ki, ondan (Allaha) yaxın olanlar içərlər.(28)
Tafseer:
إِنَّ ٱلَّذِینَ أَجۡرَمُواْ كَانُواْ مِنَ ٱلَّذِینَ ءَامَنُواْ یَضۡحَكُونَ
﴿٢٩﴾
Günahkarlar (dünyada) iman gətirənlərə gülürdülər.(29)
Tafseer:
وَإِذَا مَرُّواْ بِهِمۡ یَتَغَامَزُونَ
﴿٣٠﴾
Onların (möminlərin) yanından keçdikdə bir-birinə qaş-göz edirdilər.(30)
Tafseer:
وَإِذَا ٱنقَلَبُوۤاْ إِلَىٰۤ أَهۡلِهِمُ ٱنقَلَبُواْ فَكِهِینَ
﴿٣١﴾
Ailələrinin yanına qayıtdıqda (möminlərə istehza etdikləri üçün) fərəhlə qayıdırdılar.(31)
Tafseer:
وَإِذَا رَأَوۡهُمۡ قَالُوۤاْ إِنَّ هَـٰۤؤُلَاۤءِ لَضَاۤلُّونَ
﴿٣٢﴾
Onları (möminləri) gördükdə isə: “Bunlar azmışlardır!”– deyirdilər.(32)
Tafseer:
وَمَاۤ أُرۡسِلُواْ عَلَیۡهِمۡ حَـٰفِظِینَ
﴿٣٣﴾
Halbuki onlar möminlərə gözətçi göndərilməmişdilər.(33)
Tafseer:
فَٱلۡیَوۡمَ ٱلَّذِینَ ءَامَنُواْ مِنَ ٱلۡكُفَّارِ یَضۡحَكُونَ
﴿٣٤﴾
Bu gün (Qiyamət günü) isə iman gətirənlər kafirlərə güləcəklər.(34)
Tafseer:
عَلَى ٱلۡأَرَاۤىِٕكِ یَنظُرُونَ
﴿٣٥﴾
Onlar taxtlar üstündə (əyləşib Allahın nemətlərinə) baxacaqlar.(35)
Tafseer:
هَلۡ ثُوِّبَ ٱلۡكُفَّارُ مَا كَانُواْ یَفۡعَلُونَ
﴿٣٦﴾
Kafirlər etdikləri əməllərin cəzasını aldılarmı?!(36)
Tafseer: