This page contains the Arabic text, audio recitation, and Azəri translation of Surah əl-Əla - Al-A‘lā.
سَبِّحِ ٱسۡمَ رَبِّكَ ٱلۡأَعۡلَى
﴿١﴾
Ən Uca Rəbbinin adını təsbih et!(1)
Tafseer:
ٱلَّذِی خَلَقَ فَسَوَّىٰ
﴿٢﴾
O Rəbbin ki, (hər şeyi) yaratdı və kamilləşdirdi.(2)
Tafseer:
وَٱلَّذِی قَدَّرَ فَهَدَىٰ
﴿٣﴾
O Rəbbin ki, (hər şeyin müqəddəratını əzəldən) müəyyən etdi və yol göstərdi.(3)
Tafseer:
وَٱلَّذِیۤ أَخۡرَجَ ٱلۡمَرۡعَىٰ
﴿٤﴾
O Rəbbin ki, otlağı çıxartdı.(4)
Tafseer:
فَجَعَلَهُۥ غُثَاۤءً أَحۡوَىٰ
﴿٥﴾
Sonra da onu (çürüyüb) qaralmış samana çevirdi.(5)
Tafseer:
سَنُقۡرِئُكَ فَلَا تَنسَىٰۤ
﴿٦﴾
(Ey Peyğəmbər!) Biz sənə (Quranı) oxudacağıq və sən (onu) unutmayacaqsan.(6)
Tafseer:
إِلَّا مَا شَاۤءَ ٱللَّهُۚ إِنَّهُۥ یَعۡلَمُ ٱلۡجَهۡرَ وَمَا یَخۡفَىٰ
﴿٧﴾
Yalnız Allahın istədiyindən başqa. Şübhəsiz ki, O, aşkarı da, gizlini də bilir.(7)
Tafseer:
وَنُیَسِّرُكَ لِلۡیُسۡرَىٰ
﴿٨﴾
Biz səni ən asan olana (Cənnətə aparan əməllərə) müvəffəq edəcəyik.(8)
Tafseer:
فَذَكِّرۡ إِن نَّفَعَتِ ٱلذِّكۡرَىٰ
﴿٩﴾
(Ey Peyğəmbər!) Xatırlatmaq fayda versə, xatırlat!(9)
Tafseer:
سَیَذَّكَّرُ مَن یَخۡشَىٰ
﴿١٠﴾
(Allahdan) qorxan öyüd-nəsihət götürəcəkdir.(10)
Tafseer:
وَیَتَجَنَّبُهَا ٱلۡأَشۡقَى
﴿١١﴾
Ən bədbəxt (kafir kimsə) isə ondan (öyüd-nəsihətdən) qaçacaqdır.(11)
Tafseer:
ٱلَّذِی یَصۡلَى ٱلنَّارَ ٱلۡكُبۡرَىٰ
﴿١٢﴾
O kimsə ki, ən böyük alova (Cəhənnəm alovuna) atılacaqdır.(12)
Tafseer:
ثُمَّ لَا یَمُوتُ فِیهَا وَلَا یَحۡیَىٰ
﴿١٣﴾
Sonra orada nə öləcək, nə də yaşaya biləcək.(13)
Tafseer:
قَدۡ أَفۡلَحَ مَن تَزَكَّىٰ
﴿١٤﴾
(Günahlardan) təmizlənən kimsə isə uğur qazanmışdır.(14)
Tafseer:
وَذَكَرَ ٱسۡمَ رَبِّهِۦ فَصَلَّىٰ
﴿١٥﴾
O kimsə ki, Rəbbinin adını xatırlayıb namaz qılmışdır.(15)
Tafseer:
بَلۡ تُؤۡثِرُونَ ٱلۡحَیَوٰةَ ٱلدُّنۡیَا
﴿١٦﴾
Xeyr, siz dünya həyatını üstün tutursunuz.(16)
Tafseer:
وَٱلۡـَٔاخِرَةُ خَیۡرࣱ وَأَبۡقَىٰۤ
﴿١٧﴾
Axirət isə daha xeyirli və daha davamlıdır.(17)
Tafseer:
إِنَّ هَـٰذَا لَفِی ٱلصُّحُفِ ٱلۡأُولَىٰ
﴿١٨﴾
Həqiqətən də, bu (anlatılanlar), əvvəlki səhifələrdə də vardır –(18)
Tafseer:
صُحُفِ إِبۡرَ ٰهِیمَ وَمُوسَىٰ
﴿١٩﴾
İbrahimin və Musanın səhifələrində.(19)
Tafseer: