Surah əl-Ğaşiyə - Al-Ghāshiyah

Azəri Translation26 Aya count
This page contains the Arabic text, audio recitation, and Azəri translation of Surah əl-Ğaşiyə - Al-Ghāshiyah.
هَلۡ أَتَىٰكَ حَدِیثُ ٱلۡغَـٰشِیَةِ ﴿١﴾
(Ey Peyğəmbər!) Qiyamətin xəbəri sənə gəlib çatdımı?(1)
Tafseer:
وُجُوهࣱ یَوۡمَىِٕذٍ خَـٰشِعَةٌ ﴿٢﴾
O gün (neçə-neçə) üzlər (qorxudan) zəlil bir görkəm alacaqdır.(2)
Tafseer:
عَامِلَةࣱ نَّاصِبَةࣱ ﴿٣﴾
Çalışıb, yorulacaq,(3)
Tafseer:
تَصۡلَىٰ نَارًا حَامِیَةࣰ ﴿٤﴾
qızmar oda girəcək,(4)
Tafseer:
تُسۡقَىٰ مِنۡ عَیۡنٍ ءَانِیَةࣲ ﴿٥﴾
qaynar çeşmədən (su) içirdiləcək.(5)
Tafseer:
لَّیۡسَ لَهُمۡ طَعَامٌ إِلَّا مِن ضَرِیعࣲ ﴿٦﴾
Onların daridən (acı və pis qoxulu tikanlı bitkidən) başqa bir yeməyi olmayacaqdır.(6)
Tafseer:
لَّا یُسۡمِنُ وَلَا یُغۡنِی مِن جُوعࣲ ﴿٧﴾
(O yemək onları) nə doydurar, nə də aclıqdan qurtarar.(7)
Tafseer:
وُجُوهࣱ یَوۡمَىِٕذࣲ نَّاعِمَةࣱ ﴿٨﴾
O gün (neçə-neçə) üzlər sevinəcək,(8)
Tafseer:
لِّسَعۡیِهَا رَاضِیَةࣱ ﴿٩﴾
(dünyadakı) səylərindən razı qalacaq,(9)
Tafseer:
فِی جَنَّةٍ عَالِیَةࣲ ﴿١٠﴾
uca Cənnətdə olacaq,(10)
Tafseer:
لَّا تَسۡمَعُ فِیهَا لَـٰغِیَةࣰ ﴿١١﴾
orada faydasız bir söz eşitməyəcək.(11)
Tafseer:
فِیهَا عَیۡنࣱ جَارِیَةࣱ ﴿١٢﴾
Orada axar çeşmələr vardır;(12)
Tafseer:
فِیهَا سُرُرࣱ مَّرۡفُوعَةࣱ ﴿١٣﴾
Orada hündür taxtlar,(13)
Tafseer:
وَأَكۡوَابࣱ مَّوۡضُوعَةࣱ ﴿١٤﴾
qoyulmuş piyalələr,(14)
Tafseer:
وَنَمَارِقُ مَصۡفُوفَةࣱ ﴿١٥﴾
yan-yana düzülmüş yastıqlar,(15)
Tafseer:
وَزَرَابِیُّ مَبۡثُوثَةٌ ﴿١٦﴾
və sərilmiş xalçalar var.(16)
Tafseer:
أَفَلَا یَنظُرُونَ إِلَى ٱلۡإِبِلِ كَیۡفَ خُلِقَتۡ ﴿١٧﴾
Məgər dəvəyə baxmırlar ki, necə yaradılmışdır?(17)
Tafseer:
وَإِلَى ٱلسَّمَاۤءِ كَیۡفَ رُفِعَتۡ ﴿١٨﴾
Göyə (baxmırlar ki) necə ucaldılmışdır?(18)
Tafseer:
وَإِلَى ٱلۡجِبَالِ كَیۡفَ نُصِبَتۡ ﴿١٩﴾
Dağlara (baxmırlar ki) necə dikəldilmişdir?(19)
Tafseer:
وَإِلَى ٱلۡأَرۡضِ كَیۡفَ سُطِحَتۡ ﴿٢٠﴾
Yerə (baxmırlar ki) necə döşədilmişdir?(20)
Tafseer:
فَذَكِّرۡ إِنَّمَاۤ أَنتَ مُذَكِّرࣱ ﴿٢١﴾
(Ey Peyğəmbər!) Sən öyüd-nəsihət ver! Sən yalnız öyüd-nəsihət verənsən.(21)
Tafseer:
لَّسۡتَ عَلَیۡهِم بِمُصَیۡطِرٍ ﴿٢٢﴾
Sən onların üzərində hökmdar deyilsən.(22)
Tafseer:
إِلَّا مَن تَوَلَّىٰ وَكَفَرَ ﴿٢٣﴾
Lakin kim üz döndərib küfr edərsə,(23)
Tafseer:
فَیُعَذِّبُهُ ٱللَّهُ ٱلۡعَذَابَ ٱلۡأَكۡبَرَ ﴿٢٤﴾
Allah onu ən böyük əzabla cəzalandırar.(24)
Tafseer:
إِنَّ إِلَیۡنَاۤ إِیَابَهُمۡ ﴿٢٥﴾
Şübhəsiz ki, onların dönüşü Bizədir.(25)
Tafseer:
ثُمَّ إِنَّ عَلَیۡنَا حِسَابَهُم ﴿٢٦﴾
Sonra onları hesaba çəkmək də Bizə aiddir.(26)
Tafseer: