Surah əl-Leyl - Al-Layl

Azəri Translation21 Aya count
This page contains the Arabic text, audio recitation, and Azəri translation of Surah əl-Leyl - Al-Layl.
وَٱلَّیۡلِ إِذَا یَغۡشَىٰ ﴿١﴾
And olsun (yer üzünü zülmətə) bürüməkdə olan gecəyə!(1)
Tafseer:
وَٱلنَّهَارِ إِذَا تَجَلَّىٰ ﴿٢﴾
And olsun (günəşin çıxması ilə) işıqlanmaqda olan gündüzə!(2)
Tafseer:
وَمَا خَلَقَ ٱلذَّكَرَ وَٱلۡأُنثَىٰۤ ﴿٣﴾
And olsun kişini və qadını (erkəyi və dişini) yaradana!(3)
Tafseer:
إِنَّ سَعۡیَكُمۡ لَشَتَّىٰ ﴿٤﴾
(Ey insanlar!) Sizin səyləriniz müxtəlifdir!(4)
Tafseer:
فَأَمَّا مَنۡ أَعۡطَىٰ وَٱتَّقَىٰ ﴿٥﴾
Kim (malını Allah yolunda) verər və (Allahdan) qorxarsa,(5)
Tafseer:
وَصَدَّقَ بِٱلۡحُسۡنَىٰ ﴿٦﴾
və ən gözəl olanı (Lə iləhə illəllah kəlməsini) təsdiq edərsə,(6)
Tafseer:
فَسَنُیَسِّرُهُۥ لِلۡیُسۡرَىٰ ﴿٧﴾
Biz onu ən asan olana (saleh əmələ) müyəssər edəcəyik.(7)
Tafseer:
وَأَمَّا مَنۢ بَخِلَ وَٱسۡتَغۡنَىٰ ﴿٨﴾
Kim də (malını Allah yolunda xərcləməyə) xəsislik edib, (Rəbbinə) ehtiyacı olmadığını güman etsə(8)
Tafseer:
وَكَذَّبَ بِٱلۡحُسۡنَىٰ ﴿٩﴾
və ən gözəl olanı (Lə iləhə illəllah kəlməsini) yalan hesab edərsə,(9)
Tafseer:
فَسَنُیَسِّرُهُۥ لِلۡعُسۡرَىٰ ﴿١٠﴾
Biz onu ən çətin olana (şər əmələ) müyəssər edəcəyik.(10)
Tafseer:
وَمَا یُغۡنِی عَنۡهُ مَالُهُۥۤ إِذَا تَرَدَّىٰۤ ﴿١١﴾
(Cəhənnəmə) düşdükdə var-dövləti ona fayda verməyəcək.(11)
Tafseer:
إِنَّ عَلَیۡنَا لَلۡهُدَىٰ ﴿١٢﴾
Şübhəsiz ki, doğru yola yönəltmək Bizə aiddir.(12)
Tafseer:
وَإِنَّ لَنَا لَلۡـَٔاخِرَةَ وَٱلۡأُولَىٰ ﴿١٣﴾
Sözsüz ki, Axirət də, dünya da Bizimdir.(13)
Tafseer:
فَأَنذَرۡتُكُمۡ نَارࣰا تَلَظَّىٰ ﴿١٤﴾
(Ey insanlar!) Mən sizi alov saçan bir odla qorxutdum.(14)
Tafseer:
لَا یَصۡلَىٰهَاۤ إِلَّا ٱلۡأَشۡقَى ﴿١٥﴾
Ona ancaq ən bədbəxt kimsə (kafir) daxil olar.(15)
Tafseer:
ٱلَّذِی كَذَّبَ وَتَوَلَّىٰ ﴿١٦﴾
O kimsə ki, (haqqı) yalan sayar və (ondan) üz döndərər.(16)
Tafseer:
وَسَیُجَنَّبُهَا ٱلۡأَتۡقَى ﴿١٧﴾
Allahdan ən çox qorxan isə (o Oddan) uzaqlaşdırılacaqdır.(17)
Tafseer:
ٱلَّذِی یُؤۡتِی مَالَهُۥ یَتَزَكَّىٰ ﴿١٨﴾
O kimsə ki, malını (Allah yolunda) verir, (günahlardan) təmizlənir.(18)
Tafseer:
وَمَا لِأَحَدٍ عِندَهُۥ مِن نِّعۡمَةࣲ تُجۡزَىٰۤ ﴿١٩﴾
Onun boynunda başqa bir kimsəyə əvəz veriləcək heç bir minnət yoxdur.(19)
Tafseer:
إِلَّا ٱبۡتِغَاۤءَ وَجۡهِ رَبِّهِ ٱلۡأَعۡلَىٰ ﴿٢٠﴾
(O bunu) ancaq Ən Uca Rəbbinin Üzünü dilədiyindən (ixlasla) edər.(20)
Tafseer:
وَلَسَوۡفَ یَرۡضَىٰ ﴿٢١﴾
O, razı qalacaqdır!(21)
Tafseer: