This page contains the Arabic text, audio recitation, and Azəri translation of Surah əş-Şəms - Ash-Shams.
وَٱلشَّمۡسِ وَضُحَىٰهَا
﴿١﴾
And olsun günəşə və onun saçdığı şəfəqə!(1)
Tafseer:
وَٱلۡقَمَرِ إِذَا تَلَىٰهَا
﴿٢﴾
And olsun onu təqib edən aya!(2)
Tafseer:
وَٱلنَّهَارِ إِذَا جَلَّىٰهَا
﴿٣﴾
And olsun (günəşi) parlaq edən gündüzə!(3)
Tafseer:
وَٱلَّیۡلِ إِذَا یَغۡشَىٰهَا
﴿٤﴾
And olsun (günəşi) örtüb-bürüyən gecəyə!(4)
Tafseer:
وَٱلسَّمَاۤءِ وَمَا بَنَىٰهَا
﴿٥﴾
And olsun göyə və onu bina edənə! (Yaxud: And olsun göyə və onun yaradılışına).(5)
Tafseer:
وَٱلۡأَرۡضِ وَمَا طَحَىٰهَا
﴿٦﴾
And olsun yerə və onu döşəyənə!(6)
Tafseer:
وَنَفۡسࣲ وَمَا سَوَّىٰهَا
﴿٧﴾
And olsun nəfsə və ona (gözəl) biçim verənə,(7)
Tafseer:
فَأَلۡهَمَهَا فُجُورَهَا وَتَقۡوَىٰهَا
﴿٨﴾
ona (nəfsə) günahlarını və (Allahdan) qorxmasını təlqin edənə!(8)
Tafseer:
قَدۡ أَفۡلَحَ مَن زَكَّىٰهَا
﴿٩﴾
Nəfsini (günahdan) təmizləyən nicat tapmışdır.(9)
Tafseer:
وَقَدۡ خَابَ مَن دَسَّىٰهَا
﴿١٠﴾
Onu (günaha) batıran isə ziyana uğramışdır.(10)
Tafseer:
كَذَّبَتۡ ثَمُودُ بِطَغۡوَىٰهَاۤ
﴿١١﴾
Səmud (qövmü) öz azğınlığı üzündən (Allahın elçisi Salehi) inkar etdi.(11)
Tafseer:
إِذِ ٱنۢبَعَثَ أَشۡقَىٰهَا
﴿١٢﴾
Onların ən bədbəxti (dəvəni kəsməyə) qalxdığı zaman(12)
Tafseer:
فَقَالَ لَهُمۡ رَسُولُ ٱللَّهِ نَاقَةَ ٱللَّهِ وَسُقۡیَـٰهَا
﴿١٣﴾
Allahın elçisi (Saleh) onlara: “Allahın (bu) dişi dəvəsinə toxunmayın və onun su içməsinə mane olmayın!”– dedi.(13)
Tafseer:
فَكَذَّبُوهُ فَعَقَرُوهَا فَدَمۡدَمَ عَلَیۡهِمۡ رَبُّهُم بِذَنۢبِهِمۡ فَسَوَّىٰهَا
﴿١٤﴾
Onlar isə onu (Salehi) yalançı sayıb, dəvəni kəsdilər. Rəbbi də bu günahlarına görə onların hamısını məhv edib yerlə yeksan etdi.(14)
Tafseer:
وَلَا یَخَافُ عُقۡبَـٰهَا
﴿١٥﴾
Allah bunun aqibətindən qorxmaz!(15)
Tafseer: