Surah əl-Fəcr - Al-Fajr

Azəri Translation30 Aya count
This page contains the Arabic text, audio recitation, and Azəri translation of Surah əl-Fəcr - Al-Fajr.
وَٱلۡفَجۡرِ ﴿١﴾
And olsun fəcrə (dan yerinin ağardığı vaxta)!(1)
Tafseer:
وَلَیَالٍ عَشۡرࣲ ﴿٢﴾
And olsun on gecəyə (zülhiccə ayının ilk on gecəsinə)!(2)
Tafseer:
وَٱلشَّفۡعِ وَٱلۡوَتۡرِ ﴿٣﴾
And olsun cütə və təkə!(3)
Tafseer:
وَٱلَّیۡلِ إِذَا یَسۡرِ ﴿٤﴾
And olsun keçib getməkdə olan gecəyə!(4)
Tafseer:
هَلۡ فِی ذَ ٰ⁠لِكَ قَسَمࣱ لِّذِی حِجۡرٍ ﴿٥﴾
Məgər bu (andlar) ağıl sahibi üçün kifayət deyilmi?(5)
Tafseer:
أَلَمۡ تَرَ كَیۡفَ فَعَلَ رَبُّكَ بِعَادٍ ﴿٦﴾
(Ey Peyğəmbər!) Məgər Rəbbin (Hud qövmü) Ada nələr etdiyini görmədinmi?!(6)
Tafseer:
إِرَمَ ذَاتِ ٱلۡعِمَادِ ﴿٧﴾
Sütunlar sahibi İrəmə (İrəm qəbiləsinə)?!(7)
Tafseer:
ٱلَّتِی لَمۡ یُخۡلَقۡ مِثۡلُهَا فِی ٱلۡبِلَـٰدِ ﴿٨﴾
Halbuki yer üzündə onlar kimisi xəlq edilməmişdi.(8)
Tafseer:
وَثَمُودَ ٱلَّذِینَ جَابُواْ ٱلصَّخۡرَ بِٱلۡوَادِ ﴿٩﴾
(Habelə) vadidə qayaları yonan (Salehin qövmü) Səmuda?!(9)
Tafseer:
وَفِرۡعَوۡنَ ذِی ٱلۡأَوۡتَادِ ﴿١٠﴾
Eləcə də dirəklər sahibi Firona?(10)
Tafseer:
ٱلَّذِینَ طَغَوۡاْ فِی ٱلۡبِلَـٰدِ ﴿١١﴾
Onlar məmləkətlərdə həddi aşmış,(11)
Tafseer:
فَأَكۡثَرُواْ فِیهَا ٱلۡفَسَادَ ﴿١٢﴾
Oralarda çoxlu fəsad törətmişdilər.(12)
Tafseer:
فَصَبَّ عَلَیۡهِمۡ رَبُّكَ سَوۡطَ عَذَابٍ ﴿١٣﴾
Rəbbin də onlara əzab qamçısı endirdi.(13)
Tafseer:
إِنَّ رَبَّكَ لَبِٱلۡمِرۡصَادِ ﴿١٤﴾
(Ey Peyğəmbər!) Həqiqətən Rəbbin (qullarının əməllərinə) nəzarət edir.(14)
Tafseer:
فَأَمَّا ٱلۡإِنسَـٰنُ إِذَا مَا ٱبۡتَلَىٰهُ رَبُّهُۥ فَأَكۡرَمَهُۥ وَنَعَّمَهُۥ فَیَقُولُ رَبِّیۤ أَكۡرَمَنِ ﴿١٥﴾
İnsana gəlincə, Rəbbi onu sınayıb ehtiram göstərsə və ona nemət versə: “Rəbbim mənə ehtiram göstərdi!”– deyər.(15)
Tafseer:
وَأَمَّاۤ إِذَا مَا ٱبۡتَلَىٰهُ فَقَدَرَ عَلَیۡهِ رِزۡقَهُۥ فَیَقُولُ رَبِّیۤ أَهَـٰنَنِ ﴿١٦﴾
Amma onu sınayıb ruzisini azaltsa: “Rəbbim məni alçaltdı!”– deyər.(16)
Tafseer:
كَلَّاۖ بَل لَّا تُكۡرِمُونَ ٱلۡیَتِیمَ ﴿١٧﴾
Xeyr! Əksinə siz yetimə ehtiram göstərmirsiniz.(17)
Tafseer:
وَلَا تَحَـٰۤضُّونَ عَلَىٰ طَعَامِ ٱلۡمِسۡكِینِ ﴿١٨﴾
Miskini yedirməyə bir-birinizi təşviq etmirsiniz.(18)
Tafseer:
وَتَأۡكُلُونَ ٱلتُّرَاثَ أَكۡلࣰا لَّمࣰّا ﴿١٩﴾
Mirası hərisliklə yeyirsiniz.(19)
Tafseer:
وَتُحِبُّونَ ٱلۡمَالَ حُبࣰّا جَمࣰّا ﴿٢٠﴾
Mal-dövləti də olduqca çox sevirsiniz.(20)
Tafseer:
كَلَّاۤۖ إِذَا دُكَّتِ ٱلۡأَرۡضُ دَكࣰّا دَكࣰّا ﴿٢١﴾
Xeyr! Elə ki yer lərzəyə gəlib parça-parça olacaq,(21)
Tafseer:
وَجَاۤءَ رَبُّكَ وَٱلۡمَلَكُ صَفࣰّا صَفࣰّا ﴿٢٢﴾
Rəbbin və mələklər səf-səf düzülərək gələcək(22)
Tafseer:
وَجِاْیۤءَ یَوۡمَىِٕذِۭ بِجَهَنَّمَۚ یَوۡمَىِٕذࣲ یَتَذَكَّرُ ٱلۡإِنسَـٰنُ وَأَنَّىٰ لَهُ ٱلذِّكۡرَىٰ ﴿٢٣﴾
və o gün Cəhənnəm gətiriləcək. O gün insan (günahlarını) xatırlayacaq. Lakin (bu) xatırlamanın ona nə faydası?(23)
Tafseer:
یَقُولُ یَـٰلَیۡتَنِی قَدَّمۡتُ لِحَیَاتِی ﴿٢٤﴾
O: “Kaş (axirət) həyatım üçün öncədən hazırlıq görəydim!”– deyəcəkdir.(24)
Tafseer:
فَیَوۡمَىِٕذࣲ لَّا یُعَذِّبُ عَذَابَهُۥۤ أَحَدࣱ ﴿٢٥﴾
O gün Allahın verdiyi əzabı kimsə verə bilməz.(25)
Tafseer:
وَلَا یُوثِقُ وَثَاقَهُۥۤ أَحَدࣱ ﴿٢٦﴾
Onun bağladığı kimi kimsə bağlaya bilməz.(26)
Tafseer:
یَـٰۤأَیَّتُهَا ٱلنَّفۡسُ ٱلۡمُطۡمَىِٕنَّةُ ﴿٢٧﴾
(O gün möminə deyiləcəkdir:) “Ey arxayın olan nəfs!(27)
Tafseer:
ٱرۡجِعِیۤ إِلَىٰ رَبِّكِ رَاضِیَةࣰ مَّرۡضِیَّةࣰ ﴿٢٨﴾
Razı qalmış və razılıq qazanmış halda Rəbbinə tərəf dön!(28)
Tafseer:
فَٱدۡخُلِی فِی عِبَـٰدِی ﴿٢٩﴾
(Saleh) qullarımın arasına keç!(29)
Tafseer:
وَٱدۡخُلِی جَنَّتِی ﴿٣٠﴾
(Onlarla birgə) Cənnətimə daxil ol!(30)
Tafseer: