Surah əl-Bələd - Al-Balad

Azəri Translation20 Aya count
This page contains the Arabic text, audio recitation, and Azəri translation of Surah əl-Bələd - Al-Balad.
لَاۤ أُقۡسِمُ بِهَـٰذَا ٱلۡبَلَدِ ﴿١﴾
And içirəm bu şəhərə (Məkkəyə)!(1)
Tafseer:
وَأَنتَ حِلُّۢ بِهَـٰذَا ٱلۡبَلَدِ ﴿٢﴾
Sən bu şəhərdə sakinsən. (Yaxud: Sənə bu şəhərdə istədiyini etmək halaldır).(2)
Tafseer:
وَوَالِدࣲ وَمَا وَلَدَ ﴿٣﴾
And olsun ataya (Adəmə) və onun zürriyyətinə!(3)
Tafseer:
لَقَدۡ خَلَقۡنَا ٱلۡإِنسَـٰنَ فِی كَبَدٍ ﴿٤﴾
Biz insanı çətinlik içində xəlq etdik.(4)
Tafseer:
أَیَحۡسَبُ أَن لَّن یَقۡدِرَ عَلَیۡهِ أَحَدࣱ ﴿٥﴾
Məgər o (insan), heç kəsin ona gücü çatmayacağınımı güman edir?!(5)
Tafseer:
یَقُولُ أَهۡلَكۡتُ مَالࣰا لُّبَدًا ﴿٦﴾
O: “Mən (Muhammədə düşmənçilik yolunda) çoxlu mal xərclədim!”– deyir.(6)
Tafseer:
أَیَحۡسَبُ أَن لَّمۡ یَرَهُۥۤ أَحَدٌ ﴿٧﴾
Məgər o, heç kəsin onu görməyəcəyinimi zənn edir?!(7)
Tafseer:
أَلَمۡ نَجۡعَل لَّهُۥ عَیۡنَیۡنِ ﴿٨﴾
Biz ona iki göz vermədikmi?!(8)
Tafseer:
وَلِسَانࣰا وَشَفَتَیۡنِ ﴿٩﴾
Eləcə də, bir dil və iki dodaq (vermədikmi)?!(9)
Tafseer:
وَهَدَیۡنَـٰهُ ٱلنَّجۡدَیۡنِ ﴿١٠﴾
Biz ona iki yolu (haqqı və batili) göstərmədikmi?!(10)
Tafseer:
فَلَا ٱقۡتَحَمَ ٱلۡعَقَبَةَ ﴿١١﴾
O, sərt yoxuşu aşa biləmədi.(11)
Tafseer:
وَمَاۤ أَدۡرَىٰكَ مَا ٱلۡعَقَبَةُ ﴿١٢﴾
Sən nə bilirsən ki, o sərt yoxuş nədir?(12)
Tafseer:
فَكُّ رَقَبَةٍ ﴿١٣﴾
(O,) kölə azad etməkdir(13)
Tafseer:
أَوۡ إِطۡعَـٰمࣱ فِی یَوۡمࣲ ذِی مَسۡغَبَةࣲ ﴿١٤﴾
və ya aclıq günündə (möhtaca) yemək verməkdir –(14)
Tafseer:
یَتِیمࣰا ذَا مَقۡرَبَةٍ ﴿١٥﴾
qohumluğu çatan bir yetimə,(15)
Tafseer:
أَوۡ مِسۡكِینࣰا ذَا مَتۡرَبَةࣲ ﴿١٦﴾
yaxud (aclıqdan) yerə sərilmiş miskinə!(16)
Tafseer:
ثُمَّ كَانَ مِنَ ٱلَّذِینَ ءَامَنُواْ وَتَوَاصَوۡاْ بِٱلصَّبۡرِ وَتَوَاصَوۡاْ بِٱلۡمَرۡحَمَةِ ﴿١٧﴾
Sonra isə iman gətirənlərdən, bir-birinə səbir tövsiyə edənlərdən və mərhəmət tövsiyə edənlərdən olmaqdır.(17)
Tafseer:
أُوْلَـٰۤىِٕكَ أَصۡحَـٰبُ ٱلۡمَیۡمَنَةِ ﴿١٨﴾
Onlar sağ tərəf sahibləridir.(18)
Tafseer:
وَٱلَّذِینَ كَفَرُواْ بِـَٔایَـٰتِنَا هُمۡ أَصۡحَـٰبُ ٱلۡمَشۡـَٔمَةِ ﴿١٩﴾
Ayələrimizi inkar edənlər isə sol tərəf sahibləridir.(19)
Tafseer:
عَلَیۡهِمۡ نَارࣱ مُّؤۡصَدَةُۢ ﴿٢٠﴾
Onları hər tərəfdən qapalı Cəhənnəm gözləyir.(20)
Tafseer: